Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Anna Feris
Anna Key Feris (ing. Anna Kay Faris, 29 noyabr 1976, Baltimor, Merilend) — Amerikalı aktrisa. == Həyatı == Anna Feris 29 noyabr 1976-cı ildə Merilend ştatının Baltimor şəhərində doğulmuşdur. Onun anası Karen "ing. Seaview Elementary School" məktəbində müəllimə, atası Cek Feris isə Vaşinqton Universitetində sosioloq vəzifəsində çalışmışdır. Həmçinin, Annanın kiçik qardaşı Robert Devisdə yerləşən Kaliforniya Universitetində sosiologiya üzrə professordur. Feris şotland, irland, ingilis, alman və fransız əsillidir. Annanın 6 yaşı tamam olanda ailəsi Vaşinqton ştatının Edmonds şəhərinə köçür. Karyerasına Sietl teatrında başlayan Anna 9 yaşındaykən ilk peşəkar layihədə iştirak edir. Ardınca filmlərə çəkilən aktrisa "Lovers Lane" filmi ilə diqqəti öz üzərinə çəkməyi bacardı.
Jazz-Iz-Christ
Jazz-Iz-Christ — erməni-amerikan müğənnisi Serj Tankyanın rəhbərlik etdiyi qrup Jazz-iz Christ debüt studiya albomu. Albom 23 iyul 2013-cü ildə Serjical Strike Records leyblı tərəfindən buraxıldı. Albom üzərində tanınmış pianoçu Tiqran Hamasyan, flautist Valeri Tolstov və truba ifaçısı Tom Dupreyin böyük əməyi var. Bundan əlavə albomda Stüart Koupeland və aktyor / musiqiçi Devid Alpay və Vinsent Pedullanın ifaları yer alıb. Tankyanın əvvəlki diskoqrafiyasından fərqli olaraq, 15 trekdən yalnız 4-ü ("Distant Thing", "Song of Sand", "Garuna", and "Miso Soup") Serjin vokallarından ibarətdir. Qadın vokalçının yer aldığı "End of Time" istisna olmaqla, qalan bütün treklər instrumental əsərləridilər.
Ferit Orhan Pamuk
Orxan Pamuk (türk. Orhan Pamuk; 7 iyun 1952[…], İstanbul, Türkiyə) — Türkiyə roman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006). == Həyatı == Türk yazıçısı Fərid Orxan Pamuk İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır"biography". orhanpamuk.net. 27 Eylül 2008 tarihinde kaynağından arşivlendi. İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir. Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanmışdır Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatmışdır "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxildir. Orxan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır.Ailəsi Qərb yönümlü, varlı orta təbəqəyə mənsub idi.
Jan Leon Jerom Ferris
Jan Leon Jerom Ferris (18 avqust 1863 – 18 mart 1930) - amerikalı rəssam. ABŞ tarixi haqqında 78 səhnədən ibarət bir rəssam tərəfindən çəkilmiş ABŞ tarixi rəsmləri seriyası olan Bir millətin təqdimatı (ing. The Pageant of a Nation) ilə tanınır. == Həyat və karyerası == O, Jan-Leon Jeromun (onun adı verilib) tərəfdarı və Maria Fortuninin pərəstişkarı olan portret rəssamı Stefen Ceyms Ferrisin ailəsində Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olmuşdu. O incəsənətin ətrafında böyümüşdü, atası ona təhsil verib və iki məşhur rəssam Eduard Moran və Tomas Moran onun dayıları idi. Ferris 1879-cu ildə Pensilvaniya İncəsənət Akademiyasında təhsil almış və 1883-cü ildə Jülian Akademiyasında Vilyam Buqronun rəhbərliyində təhsilini davam etdirmişdi. O, həmçinin özünün Amerika tarixindən səhnələr çəkmək qərarını böyük təsir göstərən adını daşıdığı Jan-Leon Jerom ilə tanış olmuşdu.
Behişt
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.
Bağ-behişt xalçaları
Bağ-behişt xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Həşt-Behişt (Təbriz)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.