Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • FERİBOT

    (-tu) sal, bərə; tren feribotu – dəmiryol bərəsi bərə, sal

    Tam oxu »
    Türkcə-azərbaycanca lüğət
  • ФЕРИКЪАТ

    кил. ФАРАКЪАТ.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ферикъат

    см. фаракъат.

    Tam oxu »
    Ləzgicə-rusca lüğət
  • ФЕРИКЪАТ

    also. фаракъат.

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • ФЕРИКЪАТ

    also. фаракъат.

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • PERİDOTİT

    fr. peridot – peridot və ya olivin

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ФАРАКЪАТВАЛ

    ...ФЕРИКЪАТВАЛ сущ.; -или, -иле; -илер, -илери, -илера фаракъат || ферикъат тир гьал. Абур питав агакьайла, къужадин руьгьдин ферикъатвал квахьна. М. В

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ФАРАКЪАТ

    || ФЕРИКЪАТ араб, сущ.; -ди. -да; - ар, -ри, -ра арадал гъанвай архайинвал, къиж авачир, къулай гьал. Гила ви таяр мехъерар авуна ферикьат жезва, в

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • НЕГЬУН

    ...насигьат. Зун инсанрин юкьваз элкъвез хуьквезва, Шад жез - негъиз, ферикъат жез - къалзава. М. Б. Зун инсан я. Дагъларин мерд кфил масан Негьнавайни

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • КАВАЛ

    ...ацукьна кьуьзуь кӀарабриз рагъ гузвай чӀехи бубадин кавалдин кикел ферикъат жедай. А. Къ. ЧӀарав.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ИМАМ

    ...кьулухъ чӀугур имамдихъ галаз фейи хейлин лезгияр Ириб хуьре ферикъат хьана. И. Гь. Мегьамед алЯрагъи. 2) мискӀинда, кьейиди кучуддайла, сурал ка

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • БИЛБИЛ

    ...билбил хьана: бицӀек Малик вичи гьиниз тухванатӀа, нин кӀвале ферикъат авунатӀа, ада вири гьа хьайихьайивал ахъайна. Я. Къафаров. Аял буржунай...

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Heriot-Vatt Universiteti
Heriot-Vatt Universiteti — 1821-ci ildə Edinburqda qurulmuş və 1966-cı ildən universitet kimi faəliyyət göstərən dünyanın ilk mexanik universitetidir. == Kampusları == Universitetin Scottish Borders, Orkney, Dubay və Malayziyada kampusları var.
Ferit Orhan Pamuk
Orxan Pamuk (türk. Orhan Pamuk; 7 iyun 1952[…], İstanbul, Türkiyə) — Türkiyə roman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006). == Həyatı == Türk yazıçısı Fərid Orxan Pamuk İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır"biography". orhanpamuk.net. 27 Eylül 2008 tarihinde kaynağından arşivlendi. İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir. Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanmışdır Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatmışdır "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxildir. Orxan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır.Ailəsi Qərb yönümlü, varlı orta təbəqəyə mənsub idi.
Adil Qəribov
Adil Qəribov (tam adı: Adil Əbdulxaliq (Abdulxalıq) oğlu Qəribov; 28 mart 1950, Nuxa rayonu) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə məktəbi gümüş medаlla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuşdur. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın organika və Fiziki Kimya institutunda namizədlik disertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə aspiranturanı bitirdikdən sonra, Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib, 1978–1980-cı illərdə kiçik, daha sonra 1980–1990-cı illərdə baş elmi işçi kimi çalışıb.1990–1995-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasion kimyası" qrupunun rəhbəri olub. 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə isə "Radiasiya kimya" ixtisası üzrə professor adını alıb. 1995–2001-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasiya kimyası" laboratoriyasının, AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna dəyişdirilib və oranın direktoru seçilib. O, 2007-ci ildən AMEA –nın Radiasiya Kimya ixtisası üzrə müxbir üzvü seçilib.
Asif Qəribov
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Qəribov
Azər Qəribov və ya Azər Qərib — Azərbaycan jurnalisti, blogger, səyyah. == Həyatı == 22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşqul olmuşdur.Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır. Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.
Emin Qəribov
Emin Qəribov - Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.
Feriköy Məzarlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. == Haqqında == Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. == Məzarlıqdakı azərbaycanlıların xatirəsi == 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb. == Məzarlıqda dəfn olunan məşhurlar == Şəmsəddin Sami - alban əsilli türk yazıçı və tədqiqatçı Əli Sami Yen - türk futbolçu Keriman Xalis Ece Tamer - Türkiyənin ilk "Dünya Gözəli" Turqut Özatay - türk aktyor Ahmet Mete Işıkara - türk alim === Məzarlıqda dəfn olunan azərbaycanlılar === Əhməd bəy Ağaoğlu - dövlət xadimi Difai təşkilatının qurucusu Xəlil bəy Xasməmmədli - Azərbaycanın ilk ədliyyə naziri. Xosrov bəy Sultanov - Azərbaycanın ilk müdafiə naziri. Qulam Mirzə Şərifzadə - 1919-1920-ci illərdə Azərbaycan Dövlət teatrının direktoru. Sürəyya Ağaoğlu - Türkiyənin ilk qadın millət vəkili.
Feriköy qəbiristanlığı

Fərhad Qəribov
Fərhad Qəribov — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib. 1977-ci ildən "Muğanmeliorasiyasutikinti" Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən "Kəndtikinti" Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdır. 1986-cı ildən "Azərneft" Birliyinin "Azərneftlayihətikinti" Birliyində tikinti-quraşdırma idarəsinin rəisi, mənzil-kommunal kontorunun rəis müavini, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən tikinti-quraşdırma idarəsinin rəisi vəzifələrində işləmişdir. 2002–2004-cü illərdə "Debüt" Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləmişdir. 2004–2005-ci illərdə "Azəri-Holdinq" maliyyə-sənaye qrupuna rəhbərlik etmişdir. === Ailəsi === Evlidir.
Pəhli Qəribov
Pəhli Xaləddin oğlu Qəribov (17 sentyabr 1993; Kürdəmir, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Pəhli Qəribov 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Pəhli hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyət göstərmişdir. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Pəhli sentyabr ayında çağırılmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Pəhli Qəribov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Pəhli Qəribovun nəşi Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rafail Qəribov
Rafail Qəribov (Qəribov Rafail Bəşir oğlu; d. 21 noyabr 1961. Sofular, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru (2008). “Volqapromstroybezopasnost” ETM QSC‑nin baş direktoru. Beynəlxalq İctimai Elmlər Akademiyasının həqiqi üzvü (2008). == Həyatı == Qəribov Rafail Bəşir oğlu 1961-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Tovuz rayonunun Sofular kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Mühəndis-Tikinti İnstitutunu “sənaye və mülki tikinti” ixtisası üzrə bitirib. 1980-1982-ci illərdə Sovet Ordusunda xidmət edib. 1978-1988-ci illərdə Bakı Baş Tikinti İdarəsi sistemində işçi, mühəndis, baş mühəndis işləyib. 1988-1990-cı illərdə 11 nömrəli “Sosialmədənitikinti” tresti partiya komitəsinin katibi olub.
Soltan Qəribov
Soltan Qəribov (azərb. Qəribov Soltan Xəlfə oğlu‎) — "Şuri" ləqəbi ilə tanınan muğam ifaçısı 26 dekabr 1946-cı İldə Abşeron rayonu Hökməli qəsəbəsində Anadan olmuşdur 3 qızı 2 oğlu var 18 dekabr 2020-ci ildə 73 yaşında Vəfat etmişdir == Həyatı == Soltan Qəribov 26 dekabr 1946-cı ildə Hökməli kəndində anadan olmuşdur. Gənc yaşlarında Əlibaba Məmmədovun dəvəti "Humayun" ansamblında ifa etmişdir. Soltan Qəribov 1961-ci ildə Abşeronda keçirilmiş muğam müsabiqəsinin qalibi olmuşdur. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinə daxil olmuşdur.Muğam ustadı Hacıbaba Hüseynovdan dərs alaraq gələcəyin xanəndəsi kimi muğam sənətinin incəliklərini öyrənmişdir. 1973-cü ildən Əhməd Bakıxanovun adını daşıyan ansamblda çıxış etməsi təklif edilir. Əhməd Bakıxanovun təklifi ilə 2 il ansanbılında çıxış etmişdir. Abşeronun muğam məktəbinin tanınmış xanəndəsi kimi tanınırdı. == Vəfatı == 18 Dekabr 2020-ci ildə vəfat etmişdir.
Yaqub Qəribov
Yaqub Qəribov Əli oğlu (1 yanvar 1952, Nic, Qutqaşen rayonu) — coğrafiya elmlər doktoru, professor. == Həyatı == Yaqub Əli oğlu Qəribov 1952-ci ildə Qəbələ rayonunun Nic kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil almışdır.1975-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda aspiranturaya daxil olmuşdur. == Elmi fəaliyyəti == 1973–1975-ci illərdə Qutqaşen rayonunun Çuxur Qəbələ kənd orta məktəbində müəllim. 1983-cü ildə "Şirvan düzünün təbii landşaftlarının antropogen təsirlərlə dəyişilməsi və onun rekonstruksiya məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2013-cü ildə "Azərbaycan respublikasının müasir landşaftlarının antropogen transformasiyasını və optimallaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1979–1993-cü illərdə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi, baş elmi işçi və aparıcı elmi vəzifəsində çalışmışdır. Y. Ə. Qəribov 1992-ci ildən Bakı Dövlət Universitetinun Coğrafiya fakültəsində mühazirə dərsləri aparmış, 1994-cü ildən fiziki coğrafiya kafedrasında baş müəllim. 1997-ci ildən ildən dosent, 2012-ci ildən isə kafedra müdiri vəzifəsində çalışır. == Elmi əsərləri == Y, Ə, Qəribov fiziki coğrafiya və landşaftşünaslıq ixtisası üzrə 6 dərsliyin və dərs vəsaitinin, 3 metodik göstərişin, 4 monoqrafik əsərin, 10-dan artıq tədris proqramının, 200-dən çox elmi məqalənin müəllifidir.
İsmayıl Qəribov
İsmayıl Qəribov - kimya elmləri doktoru (1973), professor (1974) == Həyatı == İsmayıl Qəribov 1915-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Ağdaşda orta məktəbi bitirdikdən sonra V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olmuşdur. 1939-cu ildə həmin institutu bitirərək doğma rayonuna qayıtmış və burada orta məktəblərdə ixtisası üzrə müəllim işləmişdir.Ailəli olmuşdur.5 övlada malik.Ən tanınmışı Qəribov Fuad İsmayıl oğlu olmuşdur. == Fəaliyyəti == İ. Qəribov 1943-cü ildə Gəncə Zərdabi adına Pedaqoji İnstitutuna müəllim dəvət edilmiş, orada kimya kafedrasının müdiri vəzifəsində işləməyə başlamışdır. O, 1967-ci ilə kimi həmin institutda çalışmışdır. 1967-ci ildən etibarən Bakıda "Vedeqo" adlı Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Sonra o, Azərbaycan Tibb İnstitutunda kimya kafedrasında dosent, bir müddət keçdikdən sonra isə professor vəzifəsini tutmuşdur. M. Qəribov 1973-cü ildə kimya elmləri doktoru elmi adını almışdır. Azərbaycan Tibb İnstitutunda işlədiyi dövrdə professor M. Qəribovun rəhbərliyi altında 3 nəfər elmlər namizədi hazırlanmışdır. O, 70-ə yaxın elmi məqalənin müəllifidir.
Şahmar Qəribov
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Fəriba Vəfi
Fəriba Vəfi (az.-əbcəd فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir. Bu roman Gülşiri və Yelda mükafatlarına layiq görülmüşdür.
Fəribə Vəfi

Asif Qəribov (şəhid)