Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eugen Fischer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Fischer-Waldheim
Qriqori Fişer fon Valdheym (alm. Johann Gotthelf Fischer von Waldheim‎; 13 oktyabr 1771[…], Valdhaym[d], Mittelsachsen[d] – 18 oktyabr 1853[…], Moskva) — Rusiya təbiıtşünası, palentologiya, zoologiya, entomologiya (xüsusilə də sərtqanadlıların) üzrə elmi işlərin müəllifi, Peterburq Akademiyasının fəxri üzvü (1828-ci ildən). Botanik Aleksandr Fişer fon Valdheymin atası == Elmi işləri == "Anatomie der Maki u. der ihnen verwandten Thiere" (Frankfurt, 1804); "Entomoigraphia imperii rossici; Genera Insectorum systematice exposita et analysi iconographica instructa" (5 cilddə, Москва, 1820–1851); "Notice sur le Tettigopsis nouveau genre d’Orthoptères de la Russie" (Moskva, 1830); "Locustarum quaedam Genera aptera etc." (M., 1839); "Catalogus Coleopterorum in Sibiria orientali a cel. Gregorio Silide Karelin collectorum" (M., 1842); "Versuch über die Schwimblase der Fische" (Лпц., 1795); "Mémoire pour servir d’introduction à un ouvrage sur la respiration des animaux etc." (P., 1798); "Ueber die verschiedene Form des Intermaxillarknochens in versch. Thierarten" (Lpç., 1800); "Naturhistorische Fragmente mit bes. Hinsicht auf Anat. u. Physiol. der Thiere u.
Filler
Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi. Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi. Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar. == Avstriya-Macarıstan kronu == Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı. Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı.
Bidens fischeri
Bidens fischeri (lat. Bidens fischeri) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Bulbophyllum fischeri
Bulbophyllum fischeri (lat. Bulbophyllum fischeri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Erigeron pulcher
Erigeron pulcher (lat. Erigeron pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Glaucium fischeri
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Ligularia fischeri
Ligularia fischeri (lat. Ligularia fischeri) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Phragmipedium fischeri
Phragmipedium fischeri (lat. Phragmipedium fischeri) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü.
Rumex pulcher
Rumex pulcher (lat. Rumex pulcher) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Yarımnövləri == Rumex pulcher subsp. anodontus (Hausskn.) Rech.f. Rumex pulcher subsp. cassius (Boiss.) Rech.f. Rumex pulcher subsp. raulinii (Boiss.) Rech.f. Rumex pulcher subsp. woodsii (De Not.) Arcang.
Senecio filifer
Senecio filifer (lat. Senecio filifer) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio pulcher
Senecio pulcher (lat. Senecio pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
The Witcher
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Robert Filmer
Ser Robert Filmer (ing. Sir Robert Filmer; 1588[…], Kent qraflığı – 26 may 1653[…], İst-Satton[d], İngiltərə Respublikası) — İngiltərə filosofu, royalisti və torizmin nümayəndəsi. O, kralların ilahi hüququnu qorumuş və demokratiyanın bir dövlət idarəetmə forması kimi uğursuz olduğunu düşünmüşdür. Onun əsas əsəri olan "Kralların təbii gücü" Con Lokk tərəfindən tənqid edildikdən sonra tanınmışdır. Filmer özü Tomas Hobbs, Con Milton, Hüqo Qrotsi və Aristoteli tənqid etmişdir. == Həyatı == Robert Filmerin dəqiq doğum tarixi təyin olunmayıb. BEEL 1604-cü ili göstərir, lakin Britannika da daxil olmaqla əksər mənbələr təqribən 1588-ci ili qeyd edir. Robert Kent qraflığının İst-Satton kəndindən olan bir ingilis aristokrat ailəsində anadan olmuşdur. Onun atası Edvard Filmer, anası isə Elizabet idi. Robert Üçlük kolleci, Kembric Universiteti və Linkolns-İnn barrister məktəbində təhsil alır.
Sayfon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystikSayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Syphon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystikSayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Syphon Filter 2
Yaradıcı-Eidetic Yayım edən kompaniya-989 studio Buraxılma tarixi-29 fevral 2000 Janr-şuter 3-cü şəxsdən Platforma-PlayStation,PlayStation 2 Daşıyıcı-CD İdarəedici-coystik Syphon filter 1 geymerlər tərəfindən qəbul olunduqdan sonra 2000-ci ildə oyunun 2-ci hissəsi çıxdı.Əsas terrorçu Romerin Qazaxıstandakı bazasını partlatdıqdan sonra Qabriel Loqan komanda üzvləri ilə birgə təyyarədə ABŞ-yə qayıdır.Lakin Kolorado ştatı ərazisində dağlıq zonada terrorçular təyyarəni vururlar və Loqan təyyarədən paraşutla tullanmalı olur.Yerdə isə onu heç də gül-çiçəklə gözləmirlər.Loqan qəzaya uğramış təyyarəni tapmalı və terrorçuların bazasından oğurladıqları gizli faylları yenidən ələ keçirməlidir... 1-ci hissədən fərqli olaraq bu hissəyə bir neçə dəyişiklik əlavə edilib.Ən əsası multipleyerin köməyilə oyunu artıq 2 nəfər eyni zamanda oynaya bilər.Eyni zamanda digər agentlər-Lian Sinq və Tereza Lipan da müxtəlif missiyalar zamanı oynanıla bilən olurlar.Syphon Filter 2 də olduqca maraqlı missiyalar var.Sibir türməsi,Moskva küçələri,Nyu-York kanalizasiyası kimi mərhələlər oyunu daha da rəngarəng edir..
Fillər
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır. Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur. == Afrika fili == Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır.
Syphon Filter 3
Yaradıcı-Sony bend Yayım edən kompaniya-Sony computer entertainment Buraxılma tarixi- 2001 Janr-şuter 3-cü şəxsdən Platforma-PlayStation,PlayStation 2 Daşıyıcı-CD İdarəedici-coystik Syphon filter 3 sözsüz ki,əvvəlki 2 hissədən daha maraqlı və rəngarəng olmasıyla seçilir.Tokio,Vaşinqton,Kosta-Rika,Dublin,Əfqanıstan və digər məşhur yerlərdə Qabriel Loqan,Lian Sinq,Tereza Lipan,Lourens Mujari terrorçulara qarşı amansız mübarizə aparırlar...
Blokbaster filmlər
Studiyalar diqqətini gəlir əldə etmək üçün hər il hədsiz dərəcədə bahalı filmlər buraxmağa yönəltmişdilər. Belə filmlər hər biri xeyli pula başa gələn mənzərə, güclü aktyorlar və istehsalat dəyərinə əsaslanırdı. Blokbasterlər, əsasən, məşhur aktyor və geniş tamaşaçı kütləsi cəlb etmək üçün kütləvi reklamdan asılıdır. Uğurlu blokbasterlər ona sərf olunan dəyər geri qazanmaq və çoxlu gəlir əldə etmək üçün kifayət qədər çox tamaşaçı cəlb edir. Belə filmlər ciddi uğursuzluq riski daşıyırlar və əksər studiyalar il ərzində həm yüksək, həm də aşağı nəticə əldə edən blokbasterlər buraxırlar. Bu dövrdən olan rekord qırmış filmlərə “Gələcəyə dönüş” (Back to the Future), “Beverli Hillz polisi" (Beverly Hills Cop), “Altıncı hiss” (The Sixth Sense), “Titanik” (Titanic), “Yağış adam” (Rain Man), “Yaşıl mil” (The Green Mile), “Ulduz müharibələri: Birinci mərhələ - Fantom təhlükəsi” (Star Wars: Episode I – The Phantom Menace), “Nyu York şəbəkələri”, “Keçmişi olmayan adam” (The Man Without a Past) daxildir. Bu şəkildə çəkilən filmlərdə adətən aktyorluq baxımından yüksək peşəkarlıq qabiliyyəti, rejissorluq, ssenaristlik və filmlə bağlı olan digər detallara xüsusi diqqət yetirilir və yaradıcılıq və yeniçiliyə əsaslanır.
Rəngli filmlər
Rəngli filmlər — həm rəngli şəkil çəkmək üçün istifadə olunan fotolentlər , həm də rəngli kinofilmlər üçün işlədilən deyimdir. == Tarixi == Rəngli filmlərin yaranmasının ilkin səbəbi rənglərin araşdırılmasıdır ki , bu da İsaak Nyutonla bağlıdır. 1666-cı ildə optik eksperiment aparan Nyuton rənglərin işığın bir funksiyası olması qərarına gəldi.1802-ci ildə Tomas Yanq və 1850-ci illərdə Hermann Vonn Hermholtz rəngləri araşdırmışlar. Yanq-Hermholtz teoriyasına görə insan retinası yalnız üç rəngə-al, sarı və mavi (sonralar gözdən keçirib al, yaşıl və mavi olaraq dəyişdi) rənglərinə cavab verə bilir. Ancaq Yanq-Hermholtz teoriyası öz doğruluğunu eksperimentlə sübut etməmişdi. Teoriya 1850-ci illərdə Ceyms Maksvell tərəfindən inkişaf etdirildi. Baxmayaraq ki , Maksvell rəngli şəkil çəkməyin yollarını 1861-ci ildə artıq göstərmişdi, rənglərin kino bölməsində işlədilə biləcək qədər natural olması çox vaxt apardı. Amma bu rejissorları film rəngləməkdən döndərə bilmədi. Əl ilə boyama film rəngləmədə işlədilən ilk üsul oldu. 1895-ci ildə çəkilmiş "Annabelin serpantin rəqsi" bu üsulla çəkilmiş ilk film oldu.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Bədheybətlər haqqında filmlər
Bədheybətlər haqqında filmlər — əsas süjet xəttini əntər, div, cin kimi bədheybət məxluqlarla mübarizə təşkil edən film janrıdır. Bu janr elmi fantastika, komediya və qorxu film janrları ilə sıx bağlıdır. Janr qorxu ədəbiyyatı nümunələrinin ekranlaşdırılması ilə inkişaf etmişdir.
Forsaj (filmlər seriyası)
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. ilk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı və Forsaj 4 (2009). Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün onuncu və on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Sürətli və Qəzəbli: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
Xınalıq haqqında filmlər
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. == Dalinin əsərindəki fillər == Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. == Simvolizm == Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.