Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firon
Firon (yunanca Φαραώ / pharaōn)— Qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik. Sənə öz dərgahımızdan zikr də vermişik.
Teti (firon)
Teti (e. ə. XXIV əsr – təq. e.ə. 2300) — Köhnə Padşahlıqnın VI sülalənin ilk hökmdarı.Təxminən e.ə 2347-2337 illər aralığında hökmdarlıq etmişdir. == Adları və ünvanları == Şəxsi ad: Teti Horus adı: Hr Sehetep Tavi Nebti adı: Sehetep Nebti Qızıl Horus: Hr nebu sema Yunan dilində adı: Othoes == Sülalə == Teti, kralın anası Seşeşetin oğludur.
Mastabat al-Firon
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Şəxsi ad (firon)
Şəxsi ad — Qədim Misirdə hökmdara anadan olarkən verilən ad, beş firon titulundan birincisi. Adətən adın önündə "Ra oğlu" kəlməsi ördək ("za") və günəş ("Ra") heroqliflərilə göstərilir. İlk dəfə IV sülalə zamanında tətbiq edilmişdir. Bu da fironun günəş tanrısı Ranın nümayəndəsi olduğunu göstərir. Qadın fironlar üçün bu heroqliflər "Ra qızı" kimi interpretirasiya olunur. Ördək ("za") və günəş ("Ra") heroqliflərinin ardınca şəxsi ad kartuşun içində heroqliflərlə göstərilir.
Əl-firon (mastaba)
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Asiya (Fironun arvadı)
Asiya — Fironun arvadı. Allah təala "Qurani-Kərim"də onun adını çəkmişdir. Onun əri ən qəddar fironlardan biri idi. Asiya fərqli gözəlliyə və incə hisslərə malik bir qadın idi. O, ərinin əhaliyə verdiyi zülmə, istibdada qarşı çıxırdı. Asiyanın əri Fironun təkəbbürü və lovğalığı o həddə çıxdı ki, rəblik iddiası etməyə başladı. O, belə deyirdi: "Mən sizin uca rəbbinizəm". O, əhalini qorxu altında saxlamağa başladı. Camaat çarəsizlikdən ona boyun əydi və Allaha yox, Firona səcdə etdi. Firon həddini aşmışdı.
Fironlar adası
Faraonlar adası (ərəb. جزيرة فرعون‎) — Qırmızı dənizə dail olan Akaba körfəzində yerləşən qayadan ibarət olan ada. Ada misirə məxsusdur. Adanın sahəsi 0.039 km²-dir. 2013-cü il məlummatına görə adada daimi yaşayış yoxdur. == Coğrafiyası == Sinay yarımdasından bir qədər aralıda, Ərəbistan yarımadasından isə qərbbdə yerləşir. Ada Tabadan 8 km cənubdadır. Adanı sinay yarımadasından ensiz boğaz ayırır. Ada ilə yarımada arasında ən qısa məsafə 190 metrdir. Adanın uzunluğu 350 m, eni isə 170 metrdir.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.
Fironların lənəti
Fironların lənəti — iddiaya görə, Qədim Misirin kraliyyət şəxslərinin məzarlarına və mumiyalarına toxunan insanın başına gələn lənət. Lənət əsasən 1922-ci ildə Tutanxamon türbəsinin açılmasından sonrakı bir neçə il ərzində baş verən ölümlərlə əlaqələndirilir. Bəzən lənət Misirdən kənarda qədim məzarların açılmasına da aid edilir: Səmərqənddə Əmir Teymurun məzarı (1941), Krakovda Böyük Kazimirin məzarı (1973), Alp dağlarında Ötzinin mumiyası (1991), Altay Respublikasında Ukok şahzadəsinin məzarı (1993). Lənətin sehrli mahiyyəti elmdə inkar edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Day J. The Mummy's Curse: Mummymania in the English-speaking World. Routledge. 2006. ISBN 978-0415340229.
Fironun siqarları
Fironun siqarları - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 4-cü hissəsidir.
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlarFilon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Xiron
Xiron (yun. Χείρων, lat. Chron) Yunan mifologiyasına görə Kron və Filirin oğlu, Zevsin ata tərəfdən qardaşı, yarı insan yarı at qamətli Kentavrlara aid əfsanəvi bir personajdır. İxiondan törənmiş yarı insan yarı heyvan məxluqları ilə eyni tutulsa da Xiron başqa mənşəyə malik olmuşdur. Belə ki, Kron onu öz arvadı Reyadan gizlin Filir adlı atdan dünyaya gətirmişdir. İlliada əsərində Xiron digər kentavrlardan üstün sayılır. Belə ki, Xiron digər əyyaş və ziyankar kentavrlardan fərqli olaraq, Apollon və Artemidanın şagirdi, ağıllı, ədalətli, tanrıların dostu, qəhrəmanların tərbiyəçisi, əczaçı və təbadət bilicisi, təbib, sağlamlıq və təbabət tanrısı Asklepin müəllimi kimi təsvir edilmişdir. Heraklın yaxın dostu olmuşdur. Herakl ona ehtiram edərək onun mağarasında yaşamışdır. Alicənab Xiron səhvən Heraklın atdığı zəhərli oxla ayağından ölümcül yaralanır.
Firn
Firn (alm. Frin- keçənilki, köhnə‎) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir. == Firn hövzəsi == Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub.Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub.Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir. Olimpiya Ehtiyatları məktəbini bitirdikdən sonra Alyona 2013-cü ilin martında Krasnoyarsk köçür. Az sonra Alyona "Yenisey STM" klubunun məşqçisi Maxim Zaltsmandan reqbiyə keçmək barədə təklif alı.
Bizanslı Filon
Bizanslı Filon (E.ə. 280 – E.ə. 220) – Arximedin dövründə yaşamış, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında işləyib, yaradıcılıq fəaliyyəti göstərən yunan mühəndisi və ixtiraçısıdır. Filonun Ktesibiosun şagirdi olması, onun bizə gəlib çatan elmi işlərində dəfələrlə xatırlanmışdır. Bizansda anadan olan Filonun İsgəndəriyyəyə nə vaxt gəlməsi barədə dəqiq məlumat yoxdur. == Həyatı == Filonun mexanika sahəsində apardığı tədqiqatları "Mexanikanın əsasları" (yun. Mechanike syntaxis) adlı 9 kitabda öz əksini tapmışdır. Bizə qədər onun kitablarından yalnız bir neçəsi eramızın əvvəlində ərəb və daha sonra latın dillərinə tərcümə olunmuş fraqmentlər şəklində gəlib çatmışdır. O, kitablarında tarix haqqında məlumat vermədiyindən bu işlərin xronoloji ardıcıllığını müəyyən etmək çətinlik yaradır. Yalnız yazı stilinə əsasən tarixçilər onun işlərinin E.ə.
Filon İsgəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Filon İskəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Fransua Fiyon
Fransua Şarl Arman Fiyon (fr. François Charles Armand Fillon); d. 4 mart 1954-cü il, Le-Man, Sarta) — fransız dövlət və siyasi xadimi. Respublikaçılar partiyasının üzvüdür. 17 may 2007-ci ildən 10 may 2012-ci ilədək Fransanın Baş Naziri olub (prezident Nikolya Sarkozinin dövründə). Hal-hazırda Fransa Milli Məclisinin deputatıdır (17 iyun 2012-ci ildə ikinci Paris seçki dairəsindən seçilib).
Kiron Uilyamson
Kieron Uilyamson (ing. Kieron Williamson) Gənc rəssam. Dahi rəssamlıq qabiliyyəti sayəsində, “balaca Mone” adlandırılır və Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc rəssamın əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Son beş ildə tablolarının satışından 2,3 milyon dollar qazanıb. == Bioqrafiya == 2002-ci il İngiltərədə, şərqi Norfolk qraflığında anadan olub. Kieron beş yaşında ailəsi ilə birgə cənub-qərbi İngiltərəyə səyahət edib, Kornuoll qraflığına baş çəkib və artıq bir ildən sonra o, dahi rəssamlıq qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc impressionistin əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Dolayısıyla, Kieron ilk 35 min dollarını qazanıb. Bir ildən sonra artıq 33 işin satıldığı ikinci sərgi baş tutub.
Kiron Vilyamson
Kieron Uilyamson (ing. Kieron Williamson) Gənc rəssam. Dahi rəssamlıq qabiliyyəti sayəsində, “balaca Mone” adlandırılır və Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc rəssamın əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Son beş ildə tablolarının satışından 2,3 milyon dollar qazanıb. == Bioqrafiya == 2002-ci il İngiltərədə, şərqi Norfolk qraflığında anadan olub. Kieron beş yaşında ailəsi ilə birgə cənub-qərbi İngiltərəyə səyahət edib, Kornuoll qraflığına baş çəkib və artıq bir ildən sonra o, dahi rəssamlıq qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc impressionistin əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Dolayısıyla, Kieron ilk 35 min dollarını qazanıb. Bir ildən sonra artıq 33 işin satıldığı ikinci sərgi baş tutub.
Miron Bialoşevski
Miron Bialoşevski (1922-1983) — Polşa şairi, nasir, dramaturq, aktyor və rejissor. == Həyatı == O, müharibə illərində gizli universitetdə oxuyur, amma təhsilini başa vura bilmir. Varşava üsyanı yatılıdıqdan sonra almanlar tərəfindən həbs edilir və atası ilə birlikdə Almaniyaya işlədilməyə aparılır. Ordan qaça bilir. Sonralar kiçik bir teatr (Teatr Osobny) yaradır və orda aktyor və resijjor kimi çıxış edir. == Yaradıcılığı == Miron Bialoşevskinin yaradıcılığında məşhur Varşava üsyanı xüsusi yer tutur. O, həyatın boz günlərində də işıq və ümid arayırdı. Danışıq dilininpoetik istifadə ustası sayılan Miron Bialoşevski, həm də aktyor və rejissor idi. Miron Bialoşevskinin avtobioqrafik "Varşava üsyanının gündəliyi" kitabı böyük rezonansa səbə olur və 1970-ci ildə Polşanın Mədəniyyət və Mədəni İrs nazirliyi tərəfindən mükafatlandırılır. == Ədəbiyyat == Miron Bialoşevski (1922-1983) (Polşa).
Miron Qrossman
Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator. == Həyatı == Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar.
Playa Giron
Playa Giron (isp. Playa Girón) — Kubanın cənubunda, Donuzlar körfəzinin sahilində, Giron qəsəbəsi yaxınlığında yerləşən çimərlik. Ərazi 17 aprel 1961-ci ildəki Donuzlar Körfəzi əməliyyatı ilə tanınır. Əməliyyat Kuba inqilabı vasitəsi ilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Hökuməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır.
Rami Miron
Rami Miron (ivr. ‏רמי מירון‏‎; 17 yanvar 1957, Bakı) - olimpiya güləşçisi. == Həyatının erkən dövrü == Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində dünyaya gəlmişdir. Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür. == Karyerası == 1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür..Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir. Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur. Bu zaman 170 boyunda və 68 kq çəkisində olmuşdur.1977-ci il Dünya Çempionatında IV yeri tutmuşdur.
Firn hövzəsi
Firn hövzəsi-(rus. фирновый бассейн, ing. region of alimentation of glasier, zone of snow supply) buzlağın qidalanma sərhəddindən yuxarıda yerləşən hissəsi. Burada sülb atmosfer çöküntülərinin miqdarı onların ərimə və buxarlanma sərfindən çoxdu.
Sen-Jiron (rayon)
Sen-Jiron (fr. Saint-Girons) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Sen-Jiron. Rayon əhalisi 2006-cı ildə 27 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon sahəsi — 1497 km².
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. == Tarixi == Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. == Xidmətləri == Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.