Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pearl Jam
Pearl Jam — Seattle, Vaşinqton mənşəli bir rok qrupudur. == Üzvlər == === İndiki üzvlər === Eddi Vedder (Eddie Vedder — vokal, ritm-gitara Stoun Qossard (Stone Gossard) — bek-vokal, solo-gitara Mayk Makkridi (Mike McCready) — ritm-gitara Cef Ament (Jeff Ament) — bas-gitara Mett Kemeron (Matt Cameron) — zərb === Əvvəlki üzvlər === Deyv Kruzen (Dave Krusen) Mett Çemberlen (Matt Chamberlain) Deyv Abruzizes (Dave Abbruzzese) Cek Ayrons (Jack Irons) == Qrup haqqında == Pearl Jam ilk olaraq Seattle'da 1980-ci ilin ortasında gitarist Stoun Qossard və bas gitarist Cef Ament'in "Green River" adlı rok qrupunu qurmasıyla başladı. Qrup ilk olaraq bir EP və "Rohab Doll" adlı bir albom hazırladı. Lakin 1988-ci ilin sonunda "Green River" dağıldı. Daha sonra Qossard və Ament, ikiliyə qatılan baterist Cef Turner (Jeff Turner) və daha əvvəl Seattle'li bir qrup olan "Malfunkshun"un solisti olan Andre Vudla (Andrew Wood) birlikdə "Mother Love Bone" adlı qrupu qurdu. Qurulan bu yeni qrup Green River'dan tamamilə fərqlənirdi. Qrup, 1989-cu ildə çıxardacaqları "Shine" adlı EP üçün Stardog'la razılaşma imzaladı. Shine'ı, bir il sonra çıxacaq "Apple" adlı albom izlədi. Çox təəssüf ki Andrew Wood, eroin asılılığını məğlub edə bilmədi və "Apple" albomunun çıxdığı 1990-cı ilin Mart ayında həddindən artıq dozadan öldü. Vud'un ölümüylə "Mother Love Bone" qrupu da dağıldı.
Caspian Fish
Liza (fish)
Liza (lat. Liza) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinə aid heyvan cinsi.
Pearl (drag queen)
Pearl, bəzən Pearl Liaison (11 sentyabr 1990) kimi tanınan, amerikalı dreq ifaçısı və Musiqi prodüseri Metyu Ceyms Lentinin səhnə adıdır, o RuPaul's Drag Race in yeddinci mövsümündə ictimaiyyətin diqqətini cəlb edərək ikinci yerə layiq görülmüşdür. == Erkən həyatı == Lent anası və iki bacısı ilə Florida ştatının Sent Pitersberq şəhərində böyüyüb. O, uşaqlıq illərindən "böyük brilyant üzükləri və xəzləri olan zəngin yaşlı xanımları" təqlid etmək üçün çox vaxt sərf edirdi, bu da nəticədə onun dreq ifaçı olmağına gətirib çıxartdı. == Dreq karyerası == Çikaqoya köçdükdən sonra Lent 2012-ci ildə Kim Chi və Trixie Mattel ilə birlikdə Pearl səhnə adından istifadə edərək dreq kimi çıxış etməyə başladı. Lent əvvəlcə dreq obrazından hobbi kimi istifadə etməyi planlaşdırırdı, lakin tez bir zamanda konsert sifarişləri artmağa başladı. Daha sonra Nyu-Yorkun Bruklin şəhərinə köçdü. 2014-cü ilin dekabrında Pearl Logo TV -də RuPaul's Drag Race-in yeddinci mövsümünün iştirakçısı olduğu elan edildi. Müsabiqəyə ləng başlasa da, Pearl iki əsas nominasiyada qalib gəldi və nəticədə digər rəqibləri Ginger Minj və Violet Çaçki ilə birlikdə finala keçdi. Mövsümün finalında Violet Çaçki qalib gəldi və Pearl isə ikinci oldu. === Musiqi sahəsində === 2 iyun 2015-ci ildə Lent ilk sinqlı olan "Love Slave" üçün klip çəkərək Pleasure albomunu buraxdı.
Earl
Earl (qadın üçün kontes), İngilis mənşəli bir zadəgan titulu, konta bərabərdir. Qədim norveç dilində Jarl titulu ilə əlaqələndirilir. Mənşəyinə görə “cəsur adam” və ya “döyüşçü” deməkdir. Earl adı Skandinaviya və Anqlosaks mənşəli titulu olaraq “qəbilə başçısı” mənasında meydana gəlmişdir. Titul orta əsrlərdə Skandinaviyada yoxa çıxsa da, İngiltərədə istifadəsinə davam edilmişdir. Bu titul rütbə olaraq vikont və markiz arasında sıralanır və materik Avropasındakı kont tituluna müvafiq gəlir.
Perl
Perl — yuxarı səviyyəli, dinamik proqramlaşdırma dilidir. Perl 1987-ci ildə Lari Vall tərəfindən Unix script dili kimi yaradılmışdır. Perl 6 özündə C, Shell Script, AWK, Sed kimi müxtəlif dillərin xüsusiyyətlərini cəmləşdirir. Perl Vebdə CGİ proqramlaşdırma dili kimi istifadə olunur. Bundan başqa Perl qrafik proqramlaşdırma, sistem proqramlaşdırma, şəbəkə proqramlaşdırmasında, bioinformatikada və digər sahələrdə istifadə olunur. == Sintaksisi == "Salam Dunya" proqramı aşağıdakı kimi yazıla bilər: n ilə yeni sətrə keçmək təmin olunur.
Fiqh
Fiqh (ərəb. فقه‎), kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir. İstilahi (şəriət baxımından) mənası: Quran və Hz.Məhəmmədin sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm. İslam hüququ (fıqh) 4 əsas qaynağa dayanır: Quran, Hədis, İcma, Qiyas. Bunların xaricində istihsan, ıstıhlah, ürf, məsləhət uygulamaları da var. Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh elmi ilə məşğul olanlara fəqih deyilirdi. == Tarixçə == İslamiyyətin ilk dövrlərində islam dini ilə bağlı bütün çalışma və mübahisələr fiqh intizamı altında qurulmuşdur.
Perl (film)
Perl (ing. Pearl) — 2022-ci il ABŞ istehsalı sleşer filmi. Filmin rejissoru Tay Vestdir. Ssenari müəllifləri Vest və baş rolda çıxış edən Mia Qotdur. "X" film seriyasının ikinci seriyasıdır. 2022-ci ildə buraxılmış "X" filmindəki yaşlı qadının hekayəsindən bəhs edir. Film 1918-ci ildə Texasda ailəsi ilə birlikdə yaşayan, aktrisa olmaq arzusunda olan psixopat gənc qız haqqındadır. == İstinadlar == == Xarici keçidlər == a24films.com/films/pearl — Perl rəsmi saytı Perl — Internet Movie Database saytında.
Cuda Perl
Cuda Perl (ing. Judea Pearl — Cudia Perl, ivr. ‏יהודה פרל‏‎; 4 sentyabr 1936, Tel-Əviv, Britaniya Fələstini[d]) — kompüterşünaslıq sahəsində Amerika və İsrail alimi, Bayesian şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal olunan nəticələrin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etimad yayma alqoritminin müəllifi, hesablama və əks-şərti hesablama. 2011-ci ildə Perl Türinq mükafatına "ehtimal və səbəb səbəbləri üçün hesablama hazırlamaqla süni intellektə əsaslı töhfə" qazandırdı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2014). Cudanın "Ağıllı Sistemlərdə Ehtimal Təqdimatı: Şüalanan İnferans Şəbəkələri" (ing. "Probabilistic Reasoning in Intelligent Systems: Networks of Plausible Inference") (1988) kitabı sitatların sayına görə CiteSeerX verilənlər bazasında 7-ci yeri tutur (May 2012-ci il tarixinə 5.222 fakt). Pakistanda 2002-ci ildə öldürülən amerikalı jurnalist Daniel Perlın atasıdır. == Bioqrafiyası == 4 sentyabr 1936-cı ildə Təl-Əvivdə Mandatalı Fələstində, Polşadan gələn mühacir ailəsində anadan olmuşdur. Uşaqlıq Bnei Brakda keçdi - bu şəhəri quran Gur Hasidim qrupunda onun babası - Chaim Perl idi.
Earl Boykins
Erl Boykins (2 iyun 1976, Klivlend, Ohayo) − NBA çempionatında ən balaca boy olan basketbolçu. 1980–1990-cı illərdə NBA-da çıxış edən Maqqsi Boqzun isə 160 santimetr boyu var idi. İndi boyu 165 sm-dir. NBA-da o, 10 ildən çox vaxt keçirib. Boykinsin hesabında 520 top var. ABŞ-nin Vaşinqton Uizard klubu ilə müqavilə imzalayıb. Basketbolçu ötən mövsümü İtaliyanın Virtuse klubunda keçirib.
Perl Bak
Perl Bak, doğum soyadı Saydenstriker (ing. Pearl Sydenstricker Buck; Çin adı çin. 赛珍珠, pinyin: Sài Zhēnzhū, hərfi mənası: "Say Çjençju"; 26 iyun 1892[…], Xilsboro[d], Qərbi Virciniya – 6 mart 1973[…] və ya 1973, Danby[d], Vermont) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938). == Həyatı == XX əsrin 30-cu illərində Amerika müəllifləri üç dəfə Nobel mükafatına layiq görülmüşdülər. Üçüncü mükafatın sahibi qadın yazıçı Perl Komfort (Saydenstriker) Bak olmuşdu. O, Qərbi Virciniyada, missioner fəaliyyəti ilə məşğul olan amerikalı presvetrian din xadiminin ailəsində doğulmuşdu. Atası İncili yunancadan Çin dilinə tərcümə edən sərt, quru və qapalı adam idi. Anası isə ədəbiyyat və sənət bilicisi kimi tanınırdı. Perl üç aylıq olanda atasının missiya başçısı təyin edilməsi ilə əlaqədar ailə Çinin Jenjianq əyalətinə göndərilmişdi. Nəticədə Perl Çin dilini doğma ingilis dilindən əvvəl öyrənmişdi.
Yetti Parl
Yetti Parl (27 may 1921, Amsterdam) — Niderland müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "De Vogels Van Holland" mahnısı ilə təmsil etmişdir.
National Pearls (albom)
National Pearls - Azərbaycan musiqiçisi Qara Dərvişin 2015-ci ildə işıq üzü görən ilk albomu.
Pearls of Passion
Pearls of Passion — Roxette qruppunun debut albomudur. 1997-də albomun bonus-treklər ilə yeni versiya çıxdı.
Earl Grey çayı
Erl Qrey çayı (ing. Earl Grey tea) — ətirli sitrus meyvə olan berqamotun qabığından çıxarılmış yağın əlavə etməsindən alınan bir fərqli ləzzət və ətri ilə bir çay qarışığı.
A.A.Fisch.Waldh.
Aleksandr Aleksandroviç Fişer fon Valdgeym (rus. Алекса́ндр Алекса́ндрович Фи́шер фон Ва́льдгейм; 20 aprel 1839, Moskva – 28 fevral 1920, Soçi) — Rus botaniki, İmperator Sankt-Peterburq Botanika Bağının direktoru.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. == Mahnıların siyahısı == Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
Heart
Heart — L'Arc~en~Ciel qrupunun albomudur.
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Pedri
Pedro Gonzalez Lopez (isp. Pedro González López; 25 noyabr 2002) — La Liqa təmsilçilərindən olan Barselona klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Las Palmas === Kanar adalarının, Teguestedə anadan olan Pedri, 2018-ci ildə Las Palmas'ın gənclər quruluşu olan Yuventud Laqunaya qatıldı. 15 iyul 2019-cu ilfə baş məşqçi Pepe Mel tərəfindən ilk komandaya yüksəldilən oyunçu, klubla dörd illik peşəkar müqavilə imzaladı. Pedri peşəkar debütünü 18 avqust 2019-cu ildə, yalnız 16 yaşında, Segunda çempionatında Hueskaya qarşı 0–1 ev məğlubiyyətində debüt etdi. İlk qolunu 19 sentyabrda Sportinq Xixonun qapısına yeganə qolunu vurdu. O Las Palmas tarixində qol vurmuş oyunçu kimi tarixə düşdü (16 yaş 9 ay 23 gün).
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Perak
Perak (jawın: ڨيرق) — Malayziya Federal Dövlətini meydana gətirən 13 ştatdan biridir. Malayziya nın qərbində Malakka boğazı kənarında yerləşir. Qərbdə Andaman dənizi nə sahili vardır, şimalda isə Tayland ilə qonşudur.
Perlo
Perlo (Averon)
Perul
Perul (fr. Peyroules, oks. Peirolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.9%, 1999-cu ildə 72.1%). Fəal olan 95 nəfərdən 76 nəfər (46 kişi və 30 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi.
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. == Tarixi == Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Petrol
Petrol (mahnı) —
Pezaro
Pezaro (it. Pesaro) — İtaliyanın Marke regionunda şəhər.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. == Coğrafiyası == Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. == Əhalisi == Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. == Tarixi == Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. == İstinadlar == == Ədəbiyyat == «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Fişt zirvəsi
Fişt (adıq Фыщт — "ağ baş") — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir. == Təsviri == Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var. Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır. Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.
Albert Fiş
Albert Fiş -(ing. Hamilton Howard "Albert" Fish) Amerika Birləşmiş Ştatlarının məşhur qatili. Tarixdə ən amansız silsilə qatillərdən biri hesab olunan Albert Fişin digər adları Boz Adam, Bruklin Qaniçəni və Xortdan olmuşdur. Albert Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur. Dünyada olan silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur və o, təkcə silsilə qatillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazdırmışdır. Qurbanlarının yaşlı, cavan ayırd etmədən bir çoxunun ətini də dadmışdır. == Həyatı == Albert Hamilton Fiş 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasının ölümündən sonra uşaq evinə düşən Albert Fiş bu həyata ayaq uydura bilməmiş, ruhi sarsıntı keçirmişdir. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrilmiş və şizofren davranışlar sərgiləməyə başlamışdır.
Riannon Fiş
Riannon Mari Fiş (ing. Rhiannon Marie Fish; 14 mart 1991, Kalqari, Alberta) — Kanada-Avstraliya aktrisası.
Fişt Olimpiya Stadionu
Fişt Olimpiya Stadionu (rus. Олимпийский стадион «Фишт») – Rusiyanın Soçi şəhərində yerləşən stadiondur. Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir. Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku və 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir. == Tarixi == Stadionun dizayn layihəsi Populous və BuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv.
Flayinq Fiş Kouv
Flayinq Fiş Kouv (ing. Flying Fish Cove) — Avstraliyanın Milad adasının əsas yaşayış məntəqəsi.
Petrel
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.