Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filfilli
Filfili — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 50 km şimal-şərqdə, Xaçmaz kəndinin 10 km şimalında, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 1160 metrdir. Filfilli inzibati ərazi vahidinin mərkəzidir. Kəndin əhalisi (803 nəfər) heyvandarlıq, bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, poçt, 100 yerlik ATS, feldşer-mama məntəqəsi var. Kənddə ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xaçmaz dərəsi vasitəsilə Dağıstan sərhəddində yerləşən Fiy və Məlkəmud dağ aşırımlarına yol Filfilli kəndindən keçir. Kəndin ərazisində qədim və orta əsrlərə aid edilən arxeoloji və memarlıq abidələrindən Surxayxan qalası (XVIII əsr), Qalabaşı yaşayış yeri (XVI-XVIII əsrlər), qədim qəbiristanlıq var. Bu abidələrdən birinci ikisinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.
Fitilyo
Fitilyö (fr. Fitilieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartröz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38165. Kommunanın 1999-cu il üçün əhalisi 1275 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimalda yerləşir.
Midilli
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Vitelli
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 – 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Ziyilli gərməşov
Ziyilli hallimon
Ziyilli hallimon — Qafqazda,Avropada,Krımda,Qərbi Sibirdə,İranda,Monqolustanda,Yaponiyada və Çində təbii halda bitir.Krım və Qafqazda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm olan yarımkol bitkidir.Gövdələri çubuqvari,düz və ya dırmaşan olub,yarpaqlara sıx yapışmış ağımtıl-boz qabıqlıdır.Yarpaqları qarşılıqlı,tamkənarları,saplaqlı,lansetvaridən uzunsova qədər və ya uzunsov-ellipsvari,bəzən ən aşağı yarpaqları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkilli,aşağı yarpaqları küt,yuxarıdakılar bizdir.Çiçəkləri nazik sünbülşəkillidir,yarpaqsız süpürgə çiçək qruplarına yığılmışdır.Dişicikli çiçəklərin kasayarpaqları oturaq,ətli,yumurtaşəkilli,yuxarısı bitişik,dişli,kənarları yumşaq çıxıntılıdır.Aprel ayında çiçəkləyir.Oktyabr ayında meyvəsi yetişir. == Ekologiyası == Duzlu torpaqlarda,günəşli ərazilərdə bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kür-Araz ovalığında,Naxçıvan düzənliyində,Aranda və aşağı dağ qurşağında,səhra və yarımsəhralarda,şoranlıqlarda,şoranlaşmamış gilli təpələrdə yayılmışdır. == İstifadəsi == Dəvələr üçün yardımçı yemdir.Dekorativ bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ziyilli tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Ümumi yayılması == Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyil. == Bioloji xüsusiyyətləri == Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Ziyilli zirinc
Ziyilli zirinc (lat. Berberis verruculosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Qərbi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, eni 1,5 m-ə qədərdir, zoğları çox miqdarda ziyillərlə örtülmüşdür, uzunluğu 2 sm-ə qədər, nazik, üç yerə bölünmüş iynəli həmişəyaşıl koldur. Qabığı sarı-qonur, uzunluğu 1-2 sm-ə çatır. Yarpaqları növbəli yerləşir, uzunluğu 2,5 sm-ə qədər, yumurtavari və ya ellipsvaridir. Çiçəkləri tək, iri, qızılı-sarı, 1-2 ədəddir. Meyvələri oval, qara, bənövşəyi-qara, göyümtül çalarlıdır, uzunluğu 1,2 sm-ə qədərdir. Çox miqdarda nazik kökləri olan, yaxşı şaxələnmiş, üst kök sistemi vardır. == Ekologiyası == Bütün normal, məhsuldar, zəif turş və ya qələvi torpaqlara davamlıdır.
Ziyilli çömçəxul
Ziyilli çömçəxul (lat. Benthophilus granulosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur. == Morfoloji əlamətləri == D III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var.
Avl Vitelli
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 – 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.
Midilli boğazı
Midilli boğazı (yun. Στενό της Μυτιλήνης, türk. Midilli Boğazı) — Yunanıstanın Lesbos adası ilə Türkiyənin qərb sahili arasında olan Egey dənizinə aid boğazı. Boğazın sahilində Midillinin əsas şəhəri və limanı yerləşir]. Bizans dövründə Midilli adı tez-tez bütün adaya münasibətdə istifadə olunurdu. Boğazdan keçən bərə xidməti Midilini Ayvalıq və Dikili ilə birləşdirir . Boğaz cənub-şərqdəki Çandarlı körfəzindən Dikili körfəzindən[ keçərək Edremit körfəzinə aparır. Boğazın cənub girişində, Aqrilla burnu ilə üzbəüz Baston adaları yerləşir. Mahera və Mavros-Lofos burnu arasında Pamfilon adası, Ayvalıq yaxınlığında Mosko adaları yerləşir.
Antonio Frilli
Antonio Frilli (? – ölüm 1902) — fərdi və ictimai sifarişçilər üçün mərmər və alebaster heykəllər üzrə ixtisaslaşmış florensiyalı heykəltaraşdır. == Həyatı və yaradıcılığı == 1860-cı ildə o, Florensiyada ilk və xüsusi Atelyesini qurdu. O, Florensiyada bir neçə köməkçi ilə əzəmətli qəbirstanlıqlar və şəxsi villalar üçün böyük ağ Karrara mərmər və zərif orta ölçülü rənglənmiş alebasterlə işləyirdi. Onun əsərləri Florensiyada Porte Santi və Allori kimi məşhur qəbirstanlıqları bəzəyir. Ölümündən sonra Frilinin mərmər portreti atelyesinə həkk olunub və bu, Cimitero degli Alloridə ailə türbəsinə yerləşdirilib. Frilli və onun qalereyası Avropada, Amerika Birləşmiş Ştatlarında, Avstraliyada məşhurdur. Buna səbəb onun əsərlərinin dünyada bir çox sərgilərdə iştirak etməsidir. O, 1876-cı ildə Filadelfiyada Yüzillik Sərgidə iştirak edib və 1881-ci ildə onun abidələri və bağ avadanlıqları Avstraliyada, Melburnda İtalyan pavilyonunda nümayiş etdirilib. 1904-cü ildə Frilinin ölümündən iki il sonra onun oğlu Sent-Lüisdə Yüzillik Sərgidə iştirak edib.
Firulli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.
Ziyilli qoz gənəsi
Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü. Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir. Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir.
Ziyilli kloun balıqları
Ziyilli kloun balıqları (lat. Antennariidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ziyilli kloun balığı
Ziyilli kloun balığı (lat. Antennarius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinə aid heyvan cinsi.
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir.Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. == Yayılması == BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Cıbıllı
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur. Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər, 1914 - cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır.
Fıstıqlı
Fıstıqlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd fıstıq ağacı çox olan ərazidə salındığı üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Fıstıqlı kəndində milli tərkibi muğallardan ibarət 42 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışır.2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2.881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Fıstıqlı kəndində hər iki cinsdən toplam 262 nəfər əhali yaşamaqdadır. == İqtisadiyyatı == Kənddə 75 təsərrüfat mövcuddur.
Çarlz Tilli
Çarlz Tilli (27 may 1929 – 29 aprel 2008[…], Bronks, Nyu-York ştatı) siyasətlə cəmiyyət arasındakı əlaqələr haqqında yazan Amerikalı sosioloq, siyasətçi və tarixçi idi. 1969–1984-cü illərdə Miçiqan Universitetinin tarix, sosiologiya və sosial elmlər üzrə professoru və son olaraq Kolumbiya Universitetinin Sosial Elmlər Cozef L. Battenvayzer professoru idi. O, "21-ci əsrin sosiologiyasının qurucu atası" və "dünyanın ən görkəmli sosioloqlarından və tarixçilərindən" biri kimi təsvir edilmişdir. Ölümündən sonra şərəfinə çox sayda xüsusi jurnal mövzusu, konfrans, mükafat və cənazə lövhələri çıxdı. == Şəxsi həyatı və təhsili == Tilli İllinoyz ştatı, Lombard şəhərində (Çikaqo yaxınlığında) anadan olub. 1950-ci ildə Harvard Universitetini yüksək dərəcəli diplom (magna cum laude) ilə bitirib. Koreya müharibəsi dövründə ABŞ Hərbi Donanmasında amfibiya heyətinin xəzinədarı vəzifəsində çalışıb. Tilli Harvardda Sosiologiya fəlsəfə doktorunu 1958-ci ildə bitirdi. Harvardda ikən, sosial şəbəkə analizindəki Harvard inqilabı əsnasında, o, İctimai Əlaqələr şöbəsinin tələbəsi idi. Tillinin Miçiqan Universitetindəki məzun tələbələrindən olan Dr.
Taiti ziyilli kloun balığı
Taiti ziyilli kloun balığı (lat. Antennarius striatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinin ziyilli kloun balığı cinsinə aid heyvan növü.
Fıstıqlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızıllı (Həştrud)
Qızıllı (fars. قزللو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 372 nəfər yaşayır (54 ailə).
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Satıllı (Təbriz)
Satıllı (fars. ساتللو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,365 nəfər yaşayır (247 ailə).
Samuel Leonard Tilli
Samuel Leonard Tilli (ing. Samuel Leonard Tilley;8 may 1818[…], Qeyctaun[d], Nyu-Bransuik – 25 iyun 1896) — Nyu-Bransuik və daha sonra Kanada dövlət adamı. 1860-cı illərin ilk yarısında, Kanada Konfederasiyasının qurucu konfranslarının iştirakçısı olan Nyu-Bransuik Baş Naziri və suveren Kanada qurulduqdan sonra Con A. Makdonaldın hökumət idarələrində bir nazir (nazir də daxil olmaqla) 1873 və 1878–1885-ci illərdə maliyyənin). 1873-cü ildə Makdonald hökumətinin istefası ilə 1878-ci il seçkilərindəki yeni qələbə arasındakı dövrdə, ikinci dəfə 1885–1893-cü illərdə Nyu-Bransuik valisi leytenant idi. Qüdrətli Hamam ordeninin şevaliyeri (1867), Maykl və Georgi müqəddəslər ordeni komandiri cəngavəri (1879). == Həyatı == 1818-ci ilin may ayında Geyctaunda anadan olan Samuel Tilli, Tomas və Susan Ann Petersin böyük oğlu idi. Atası hacı atalardan biri Tomas Tilliydən düz bir xəttlə endi. Samuel Leonardın ulu babası Samuel Tilli, sadiq adamı olaraq, Amerika İnqilabından sonra sərhədin şimalına doğru hərəkət etdi. Geyctaundaki kilsə məktəbində dörd il sonra Leonard, 1827-ci ildə yerli liseyə girdi və dörd il daha orada keçdi. 1831-ci ildə 13 yaşında Portlanddakı qohumları ilə köçdü, Nyu-Bransuik və yaxınlıqdakı Müqəddəs Condaki aptekdə fəhlə oldu.