FİTİL

is.
1. bax piltə 1-ci mənada. Lampa fitili. – Arvad istər-istəməz maşınkaya sarı getdi.
Fitilini düzəldib aşağı çəkdi. S.Rəhman.
Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı. İ.Şıxlı.

// Bir şeyi alışdırmaq, partlayış əmələ gətirmək üçün alışqan qaytan.
Daldan gəlir top, topxana, qumbara; Fitilləri tüstüləyir havadə. A.Səhhət.
Bu iyrənc səltənəti darmadağın edəsi; Qəzəbinin coşması bənddir bircə fitilə; İradəndir o fitil. X.Rza.

2. bax piltə 2-ci mənada. Yaraya fitil qoymaq. Yaranın fitilini çıxarmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FİTİL fitil bax piltə

Etimologiya

  • FİTİL Ərəbcədir (fatil) bizdə piltə kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FİTƏ
FİTİLLƏMƏ
OBASTAN VİKİ
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir.Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Fitilyo
Fitilyö (fr. Fitilieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartröz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38165. Kommunanın 1999-cu il üçün əhalisi 1275 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimalda yerləşir.

Digər lüğətlərdə