Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brendan Freyzer
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru. == Həyatı == Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir. 1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir.
Ceyms Freyzer
Cеyms Frеyzеr (1 yanvar 1854[…], Qlazqo – 7 may 1941[…], Kembric) — ingilis еtnоlоq və fоlklоrçu. == Həyatı == Böyük ingilis еtnоlоqu və fоlklоrçusu Cеyms Frеyzеrin (1854–1941) əsərlərinin əksəriyyəti din tаriхinə həsr оlunmuşdur. Frеyzеri məşhurlаşdırаn 12 cildlik "Qızıl budаq" kitаbındа insаn ruhunа inаm, оnun müхtəlif fоrmаlаrа kеçməsi, оnlаrın bitkilərdə təcəssümü, аqrаr аyinlər, аğаclаrа sitаyiş, tаbu аdətləri, mаgiyа, sаflаşmа аyinləri, insаnın qurbаn vеriləməsi, müqəddəs nikаh və s. hаqdа dаnışılır. Müəllif tərəfindən irəli sürülən tаriхi və еtnоlоji fikirlər bir fаktın — qədim İtаliyаdа Nеmоy Diоnisi məbədində kаhin vəzifəsi ilə bаğlı özünəməхsus vərəsəlik аdətinin izаhınа yönəlmişdi. Bеlə ki, bu vəzifəni tutmаq istəyən qаbаqcаdаn qоrunаn аğаcın budаğını qırmаlı və öz sələfini öldürməli idi. Məhz bu qəribə аdəti izаh еtmək istəyi Frеyzеri 12 qаlın cilddən ibаrət "Qızıl budаq" kitаbını yаzmаğа vаdаr еtmişdir. Frеyzеrin əsаs idеyаsı bəşəriyyətin əqli inkişаfının аrdıcıl mərhələləri hаqdа ümumi nəzəriyyə idi. О üç ümumi tаriхi mərhələni müəyyən еtmişdi. Оnlаrdаn birincisi cаdugərlik (mаgiyа) mərhələsidir.
Co Freyzer
Co Freyzer (ing. Joseph William Frazier) - 70-ci illərin tanınmış boksçusu. Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hesab olunur.Freyzerlə Əlinin arasında baş tutan Filippinin paytaxtı Manilada keçirilən 3-cü döyüş isə illər keçməsinə baxmayaraq hələdə bütün dünyada hər kəs tərəfindən ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir,qarşılaşma "Manilada Triller" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrildi. Məhəmməd Əli ilə 1971-ci ildə baş tutan görüşdə ilk matçı qazanmış və həmin məğlubiyyət Məhəmməd Əlinin peşəkar karyerasındakı ilk məğlubiyyəti olmuşdur. Peşəkar boks karyerası 1965-1976-cı illər aralığında baş tutmuş Freyzer 1981-ci ildə bir döyüş üçün yenidən rinqlərə qayıtmışdır. Smokin Co ləqəbi ilə tanınan Freyzer 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunları zamanı çıxış etdiyi ağır çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur. 1971-ci ilin 8 martında Manhettendə Məhəmməd Əli ilə baş tutan görüş Əsrin döyüşü adını almış və dünya tarixində ən çox izləyici marağına səbəb olmuş boks qarşılaşması olmuşdur. Freyzerin karyerası ərzində keçirdiyi 37 görüşün 32 görüşü qələbə ilə 4 görüş isə məğlubiyyətlə başa çatmışdır. Əldə edilən qələbələrin 27 si nokautla nəticələnmişdir. Co Freyzer 2011-ci ilin 7 noyabr tarixində yaşadığı Pensilvaniya ştatının Filadelfiya şəhərində vəfat edib.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. == Coğrafiyası == Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Kristin Freyzer
İqor Lukanin - Kristin Freyzer - Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. 33 yaşlı İqor və 29 yaşlı Kristin təxminən 10 il Azərbaycan şərəfini qoruyublar. Onlar 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil ediblər və müvafiq olaraq, 17-ci və 19-cu yeri tutublar. Bu cütlüyün dünya çempionatlarında ən yaxşı nəticəsi 2008-ci ilə təsadüf edir - 11-ci pillə. Lukanin – Freyzer Avropa çempionatlarında bir neçə dəfə qüvvəsini sınayıb. Bunlardan birində 7-ci, üçündə isə 9-cu sırada qərarlaşıb.[mənbə göstərin]Bu cütlük 2009-cu ildə karyerasını başa vurub.
Freyzer Kemp
Fraser Kemp (1 sentyabr 1958-ci ildə anadan olub) 1997-2010- cu illərdə Houghton və Vaşinqton Şərqi üçün Parlament üzvü (MP) olmuş və əvvəllər İşçi Partiyasının tam ştatlı əməkdaşı olan Britaniya İşçi Partiyasının siyasətçisidir. == Təhsil və karyera dövrləri == Vaşinqton, Tyne and Wear- da Biddick İbtidai Məktəbində və Vaşinqton Məktəbində oxuyub. Kemp 1975-ci ildə dövlət qulluğunda işə başlayıb və Mülki və İctimai Xidmətlər Assosiasiyasında və İşçi Partiyasının Dördüncü Maddə fraksiyasında fəal olub. 1981-ci ildə Leyboristlər Partiyasında tam ştatlı işləməyə başladı. Leicesterdə partiya təşkilatçısı təyin edildi,1984-cü ilə qədər o, 1986-cı ildə West Midlands-da Regional Təşkilatçı təyin edilməzdən əvvəl Şərqi Midlenddə Regional Təşkilatçı köməkçisi idi. O, 1990-cı ildə Mid Staffordshire təkrar seçkilərində Leyboristlər Partiyasına tarixin ən böyük iki dəyişməsinə cavabdeh olan seçki agenti kimi məşhurlaşdı,əsasən Anket Vergisi məsələsində mübarizə apardı və daha da böyük yelləncək oldu.Tony Blair Leyboristlər Partiyasının lideri olduqdan çox keçmədən,1994-cü ildə Dadli Uest aralıq seçkiləri . Kemp daha sonra Londonda,Millbank Tower-də partiya qərargahına göndərildi və 1994-cü ildə Baş Seçki Koordinatoru oldu. O,1996-cı ildə böyüdüyü seçki dairəsi Houghton və Vaşinqton İst üçün Leyborist namizədi seçilənə qədər bu vəzifəni tutdu. 2001-ci ildə Kemp,i The Chair viktorina şousunun aparıcısı olmaq üçün uğursuz sınaqdan keçdi. == Parlament karyerası == 2001-ci ildə Kemp Hökumət *Qamçısının Ofisinə kiçik "qamçı kimi təyin edildi,lakin 2004-cü ildə onun himayəsi altında olan Tom Watson ilə birlikdə Leyboristlərin Liberal Demokratlar üzərində Birmingem Hodge Hill və Hartlepool üzərindəki qələbələrini planlaşdıraraq əlavə seçki xidmətinə geri çağırıldı.Kemp, 2010-cu il ümumi seçkilərində,dairəsi sərhəd dəyişikliklərində yoxa çıxanda təqaüdə çıxdı.
Freyzer Kanyonu qızıl hərisliyi
Freyzer Kanyonu qızıl hərisliyi (həmçinin Freyzer qızıl hərisliyi və ya Freyzer çayı qızıl hərisliyi) - 1857-ci ildə baş vermiş qızıl hərisliyi.
Creeper
Creeper — dünyada ilk kompüter virusu. Creeper 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv tədqiqat agentliyinə xidmət göstərən şirkətin əməkdaşı tərəfindən yaradılıb. Amma "Creeper"i "yetkin" virus saymayanlar da var.
Deezer
Deezer — musiqi yayını ilə məşğul olan bir növ sosial şəbəkə. İstifadəçilərin aktiv və ya qeyri-aktiv olmalarından asılı olmayaraq musiqi dinləmələrini təmin edir. Deezer 30.000.000-dan çox lisenziyalı mahnıya, 30.000-dən çox radio kanalının yayınına və 12.000.000 istifadəçiyə sahibdir. == İstifadəçilər == 2013-cü ilin sentyabr ayının məlumatına görə saytın 183 ölkədə istifadəçisi vardır.