MEH

i. (light) breeze; yaz ~i spring breeze; ~ əsmək to blow* the breeze

MEDUZA
MEHLİ
OBASTAN VİKİ
Hacı Mehdi Kuzəkünani
Hacı Mehdi ağa Kuzəkünani (1879-?) — İran Məşrutə hərakatının fəal üzvü, yaşlı olmasına baxmayaraq Məşrutə hərakatı başlayaraq, bu hərəkata qoşuldu.O Təbrizin ədalətçilər cəmiyyətinin təsisçilərindən idi ki sonra adı Təbrizin Milli Cəmiyyətinə çevrildi.İndi,onun evi Təbrizdə Məşrutiyyət muzeyinə çevrilib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. کسروی، احمد. تاریخ مشروطه ایران انتشارات امیرکبیر مجتهدی، مهدی.
Hacı Mehdi Şükuhi
Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896, Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur. Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.
Hacı Mehdiqulu xan Əmirsüleymani
Əmirsüleymani Hacı Mehdiqulu xan İsa xan oğlu (18 noyabr 1850, Tehran – 6 may 1937) — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. == Həyatı == İsa xan Qovanlı-Qacarın dördüncü oğlu Mehdiqulu xan 1850-ci ildə Tehran şəhərində dünyaya göz açmışdı. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Məcdəddövlə ləqəbini daşıyırdı. Mehdiqulu xan Nasirəddin şahın məiyyətində üç dəfə Avropada olmuşdu. Şahın yaxınlarından sayılırdı. Xas xidmətçilərdən idi. Biyutat rəisi vəzifəsində çalışmışdı. Bir müddət əmiraxur olmuşdu. 1897-ci ildə Xəmsə, 1901-ci ildə Kirmanşah əyalətlərinə vali təyin olunmuşdu.
Hacı Mirzə Mehdi Cahanşahi
Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Cahanşahi (?-1903) — İslam alimi. == Həyatı == Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası ictihad dərəcəsinə yüksəlmiş məşhur islam alimlərindən idi. Hacı Mirzə Mehdi Cahanşahi ibtidai təhsilini ailədə almışdı. Sonra mükkəmməl mədrəsə təhsili görmüşdü. Qum və Nəcəf alimlərinin yanında ali savada yiyələnmişdi.Şeyx Məhəmmədhüseyn Ərdəkaninin sevimli şagirdlərindən idi. O, doğma şəhəri Təbrizə qayıtmış, hüquq və elmlə məşğul olmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 1, səh.
Hacı İvaz Mehmed Paşa
Hacı İvaz Mehmed Paşa (1675, Yaqodina[d] – 1743, Navpakt) — I Mahmud dönəmində 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == BA, Tahvîl Defteri, nr. 5, mükerrer s. 68. BA, Atîk Vüzerâ Defteri, nr. 2, s. 40, 43. BA, A.DVN Mühimme, nr. 950, s. 12, 19-20.
Hacı Şeyx Mehdi Taha
Hacı Şeyx Mehdi Taha ibn Şeyx Muhəmməd Rza ibn Hacı Nəcəf ət-Təbrizi (1825–1905) — İslam alimi, müctəhid. == Həyatı == Mehdi Şeyx Muhəmmədrza oğlu 1825-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hacı Şeyx Mehdi XIV (XX) əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur.O, Şeyx Mürtəza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. Belə əsərlərdən biri hədis alimlərinə həsr olunmuş "Ehyaul-məvat fi əhvalir-ruvat" adlı əsərdir. Hacı Şeyx Mehdi 1328 (1905) ildə vəfat etmişdir. == Mənbə == Tərbiyət M.Ə. Danişməndani Azərbaycan. Tərcümə Q.Kəndli, Bakı,1991.
Heybət Mehdiyev
Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim == Həyatı == Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. === Təltif və mükafatları === Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Heydərzadə Mehmed Paşa
Heydərzadə Mehmed Paşa (ö. sentyabr 1654) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra yüksələrək ocaq kəndxudası, 1642-ci ilin fevralında sekbanbaşı, 1644-cü ildə isə saray miraxuru təyin edildi. Ardından 5 aprel 1646-cı ildə Misir, 1647-ci ilin avqustunda Hələb, ardından Bağdad bəylərbəyi təyin edilib, 1648-ci ilin iyulunda vəzifədən azad edildi. Həmin ilin dekabrında üçüncü vəzir olaraq divana daxil oldu. Ardından 1650-ci ildə Diyarbəkir, 1651-ci ildə isə yenidən Bağdad bəylərbəyi təyin edildi. Ancaq 1653-cü ildə vəzifədən alındı və paytaxta gələrək burada bir müddət dövlət işlərindən uzaq durdu. Yaşı və dövlət təcrübəsi göz önünə alınaraq 1654-cü ilin mayında sədarət naibi təyin edildi və həmin ilin sentyabrında ordunun gəlişi ilə vəzifədən azad edilərək Silistrə sancaqbəyi oldu. Ancaq Silistrəyə gələr-gəlməz həbs edilərək edam olundu.
Hicran Mehbalıyeva
Hicran Paşa qızı Mehbalıyeva (d. 11 mart 1954) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hicran Mehbalıyeva 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib. Ailəsi ilə başqa ölkəyə köçdüyü üçün sənətdən uzaqlaşıb. 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artistlərinin siyahısı fəxri adı ilə təltif edilib. == Mükafatları == Azərbaycan SSR əməkdar artisti — 01.12.1982 == Filmoqrafiya == Xoşbəxtlik qayğıları (film, 1976) Evləri köndələn yar (film, 1982) İşgüzar səfər (film, 1982) Qonşu qonşu olsa...
Hicran Mehdiyev
Hicran Mehdiyev — Texnika elmləri namizədi, iqtisadi informatika kafedrasının baş müəllimi, Tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsi (2000). == Həyatı == 20 fevral 1961-ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur. 1977-ci ildə Cəbrayıl şəhər orta məktəbini bitirmişdir və həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1982-ci-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institununda proqramçı mühəndis, kiçik elmi işçi, qrup rəhbəri vəzifələrində işləmişdir. 1987-1990-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda məqsədli aspiranturada təhsil almiş və 1992-ci ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-1998-ci illərdə Prezident yanında İdarəçilik Akademiyasinda baş müəllim vəzifəsində çalışmışdır. 2000-ci ildən tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsində çalışır. == Elmi adları == 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir 1992-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda namizədlik dissertasiyası müdafiə etmişdir == Tədqiqat sahəsi == Informasiya texnologiyalarinin tehsildə tətbiqi, ekspert-öyrədici sistemlərinin yaradılması. == Əmək fəaliyyəti == BDU 2000-2002-ci illərdə informasiya texnologiyalari və programlaşdırma, 2002-ci ildən iqtisadi informatika kafedraları Informatika, riyaziyyat və informatikanın tədrisi metodikası, əməliyyat sistemləri və proqramlaşdərma dilləri, 14 elmi əsərin müəllifidir. == Seçilmiş əsərləri == 1.
Hüseyn Mehdiyev
Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Azərbaycanın Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Avropa Kino Akademiyasının üzvü. == Həyatı == Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. "Fotopoeziya" və "Musiqi etüdləri" adlı fotokitabları nəşr olunub. 1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin, Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Daşkənd, Kair və s.).
Hüseyn Mehrəliyev
Hüseyn Mehrəliyev (tam adı: Hüseyn İslam oğlu Mehrəliyev; 22 mart 1924, Cəbrayıl rayonu – 1 yanvar 1998) — Azərbaycan jurnalisti və yazıçısı. == Həyatı == Hüseyn Mehrəliyev 1924-cü il martın 22-də Cəbrayıl rayonunun Keçəlməmmədli kəndində anadan olmuşdur. Keçəlməmmədli məktəbində oxumuş, daha sonra isə Soltanlı kəndindəki orta məktəbi bitirmişdir. 1941-ci ildə Karyagin şəhərində yerləşən V.İ.Lenin adına pedaqoji məktəbi bitirmiş və həmin ildən əmək fəaliyyətinə başlamışdır. Bir müddət məktəbdə müəllim işləmişdir. H.Mehrəliyev 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olaraq, 1951-ci ildə həmin şöbəni müvəffəqiyyətlə bitirmişdir. Ordu sıralarına hərbi xidmətə çağırılmış, orada siyasi işçi olmuş, Zaqafqaziya Hərbi Dairəsinin "Lenin bayrağı" redaksiyasında təşkilatçı müxbir vəzifəsində çalışmışdır. Tələbəlik illərindən başlayaraq müxtəlif qəzet və jurnal səhifələrində onlarca oçerk, felyeton və məqalələrlə çıxış etmiş, 1952-ci ildən isə, mətbuatda peşəkar jurnalist kimi fəaliyyətə başlamışdır. 1959-cu ildə Moskva şəhərində Sov.İKP MK yanında Ali Partiya məktəbinə daxil olan H.Mehrəliyev 1961-ci ildə oranı bitirmişdir. Sonralar "Sosialist Sumqayıtı" və "Abşeron" qəzetlərində redaktor işləmişdir.
Həmdulla Mehrabov
Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru. Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. 1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi.
IV Mehmed
IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642, Konstantinopol – 6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir. Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.
IV Mehmed Gəray
IV Mehmed Gəray (Sofu) (1606 – 1674) — Krım xanıdır. "Sofu Mehmed Gəray xan" adı ilə də tanınır. (1641–1644) və (1654–1666) illərində hakimiyyətdə olmuşdur. Polşa və Litva Knyazlığı ilə ittifaq siyasətini müdafiə etmişdir. IV Mehmed xan olmaqla bərabər, dini və fəlsəfi şeirləri ilə məşhur bir şairdir. Şeirlərində "Kamil" təxəllüsündən istifadə etmişdir. Xanlığı dövründə yenidənqurma və mədəni həyatla bağlı işlərə önəm vermişdir. Sofu Mehmed Gəray xanın dövründə Övliya Çələbi Krım xanlığını ziyarət etdi və xanlıq dövründə Krımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşayışı və xana aid məlumatların dövrümüzə qədər gəlib çatmasına səbəb olmuşdur.
I Mehmed
I Mehmed ya da Çələbi Mehmed (Osmanlı türkcəsi: چلبی محمد - Mehmed-i evvel; 1386, Bursa – 26 may 1421, Ədirnə) — 5. Osmanlı padşahıdır. Atası Sultan I Bəyazid, anası isə Gərmiyanoğulları bəyliyindən Dövlət Xatundur. == Şahzadəliyi == Şahzadə Mehmed 1381-ci ildə dünyaya gəlmişdir. Atası İldırım Bəyazid, anası Dövlət Xatundur. Bəzi mənbələrdə anasının Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatun olduğu qeyd olunsa da, bu məlumat yanlışdır. Şahzadə Mehmed uşaqlığından etibarən böyük alimlərdən dərs alıb. Dünyəvi və dini elmlərə yiyələnmişdir. 1393-cü ildə təcrübə qazanmaq üçün atası İldırım Bəyazid tərəfindən Amasya sancaqbəyi olaraq təyin edildi. 1393-1402-ci illər arasında Amasya sancaqbəyi olaraq fəaliyyət göstərdiyi müddətdə dövlət idarəçiliyini öyrəndi.
I Mehmed Gəray
I Mehmed Gəray (30 noyabr 1465, Həştərxan xanlığı – oktyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — 5. Krım xanı. == Həyatı == === Gənclik illəri === Mehmed Gəray 1465-ci ildə Həştərxanda dünyaya gəlmişdir. Krım xanı Məngli Gərayın ən böyük oğludur. Anasının kim olduğu bilinir. Gənclik illərində atasının Polşa və Litva knyazlıqlarına, eləcə də Moskva knyazlığına tərtiblədiyi saysız səfərlərdə iştirak etmiş, əmisi Yağmurçi Gərayın 1507-ci ildə vəfatından sonra kalqay (Krım taxtının vəliəhdi) elan edildi. Vəliəhd olaraq atasından Qarasubazar və Ağməscid bölgələrinin idarəsini təhvil aldı. === Səltənət illəri === 1515-ci ilin aprelində atası Məngli Gəray Salacıq bölgəsində vəfat etdi. O əsnada kalqay Mehmed Gəray və ordusu isə yarımadanın şimalındakı Perekop qalasında idi və onun paytaxta gəlişinə qədər 40 gün boyunca xanın vəfatı əhalidən gizlədildi. Krım taxtına oturan Mehmed Gəray, gələcəkdə üsyan edəcək olan kiçik qardaşı Topal Əhməd Gərayı kalqay elan etdi.
Kalafat Mehmed Paşa
Kalafat Mehmed Paşa (Sofiya, Osmanlı imperiyası – 8 may 1793, Gelibolu, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 11 ay 21 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Həyatından bəhs edən tarixi mənbələrdə Sofiya yaxınlığındakı bir kənddə doğulduğu, yerli əyanlardan Çələbi Mehmed ağanın imarətində kəhya olaraq xidmət edərkən İslamı qəbul etdiyi və daha sonra gəldiyi İstanbulda yeniçəri ocağına yazıldığı bildirilir. Buradakı xidmət müddəti boyunca hansısa bir ləqəb almamasına kinayəylə Mülakkab (ləqəbsiz) Mehmed ağa olaraq anılmış, kalafat ləqəbini isə sədarəti dönəmində qazanmışdır. Çağdaşı olan bir çox tarixçi onun bir illik sədarətinin xələfi Qaravəzir Mehmed Paşa üçün hazırlandığını iddia edərək, "gəmilərin qatranlanması üçün xizək üzərinə alınması" mənasını verən kalafat ləqəbini Mehmed Paşaya məhz bu səbəblə vermişdir. Onu yeniçəri ocağına daxil edən Kilçizadə Mustafa ağanın yeniçəri ağası olmasıyla, 1748-ci ilin fervalında onun silahdarlığına təyin olunan Mehmed ağa uzun illər ocaq daxilində fərqli vəzifələrdə xidmət etdi və 12 avqust 1770-ci ildə yeniçəri ağalığına gətirildi. Ancaq bu vəzifədə üç ay qala bildi. Belə ki, davam edən müharibə səbəbilə sayı azalan və nizamı pozulan ordunu tənzimləməkdən aciz olması bəhanə edilərək həmin il 29 noyabrda vəzifədən alındı və Təkirdağa sürgün edildi. Onun bağışlanaraq İstanbula qayıtması isə III Mustafanın vəfatından sonra reallaşdı. Belə ki, I Əbdülhəmidin göndərdiyi fərmanla 19 mart 1777-ci ildə ikinci dəfə yeniçəri ağalığına təyin olundu. Kiçik Qaynarca sülhündən sonra ruslara qarşı tədbir görmək və müharibədə hərbi uğur qazana biləcək yeni bir sədrəzəm axtarışında olan Sultan Əbdülhəmidin əmriylə yeniçəri ağalığından birbaşa sədrəzəmliyə təyin edilmişdir (1 sentyabr 1778).
Kamleş Mehta
Kamleş Mehta (1 may 1960) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kamleş Mehta Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Kamleş Mehta Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Kavalalı Mehmed Əli Paşa
Kavalalı Mehmed Əli Paşa (4 mart 1769, Kavala[d], Osmanlı imperiyası – 2 avqust 1849, İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların Misir və Sudan hakimi və Kavalalı ailəsinin banisi. == Həyatı == === İlk illəri === 4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi. Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu. Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə Osmanlı və Məmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı.
Körpülü Mehmed Paşa
Köprülü Mehmed Paşa (1580, Bərat – 31 oktyabr 1661, Ədirnə) — IV Mehmed dönəmində 15 sentyabr 1656 - 31 oktyabr 1661 tarixlərində ümumilikdə 5 il 1 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin banisidir. == Həyatı == İndiki Albaniyanın Rudnik kəndində 1578-ci ildə dünyaya gəlmişdir. Dəvşirilərək İstanbula gətirildi və Əndərundakı təhsili bitdikdən sonra saray mətbəxində vəzifələndirildi. IV Murad dövründə has odabaşı oldu və ardından xəzinədarın qulluğuna verildi. Çox keçmədən buradan ayrıldı və Amasiyaya göndərildi. Burada Vəzirkörpü qəsəbəsinə yerləşdi və yerlilərdən birinin qızı olan Ayşə xanımla evləndi. Bu səbəblə də Körpülü ləqəbi ilə tanınır. Köhnə dostu olan Hüsrəv Paşa sədrəzəm olduqdan sonra onun xəzinədarı olaraq paytaxta qayıtdı. Hüsrəv Paşanın edamından sonra bir müddət Amasiya sancaqbəyi olsa da, daha sonra geri döndü.
Mir Mehdi Etimad
Mir Mehdi Etimad (1900, Təbriz – 1981, Tehran) ― Azərbaycanlı şair, yazıçı. Azərbaycan Milli Hökumətinin himninin sözlərininin müəllifi. Təbrizdə yeni üsullu "Etimad mədrəsəsi"ni açıb. Orada 15 il dərs deyib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizdə qurulmuş Şairlər məclisinin sədri olub, bu illərdə Təbrizdə çap olunan Vətən Yolunda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs edilib, iki il həbsdə qaldıqdan sonra azad edilib. Azərbaycanda yaşamağına icazə verilmədiyi üçün Tehrana sürgün edilib. == Həyatı == Mir Mehdi Məhəmməd oğlu Etimad 1900-cü ildə Təbrizdə anadan olub. Əvvəlcə Molla Yusifin məktəbində dini təhsil alıb. Burada ərəb və fars dillərini də öyrəndikdən sonra Mirzə Əbülqasım Xanın üsuli-cədid məktəbini oxuyub.
Mir Mehdi Xəzani
Mirməhsəti Haşımzadə (1819, Məmər, Qarabağ xanlığı – 1894, Tuğ, Şuşa qəzası) — tarixçi, şair. == Həyatı == Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkəni Aslan bəy Məlik-Aslanovun dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi.
Mir Mehdi xan
Mirmehdi xan —1747-ci ildən 1752-ci ilə qədər hakimiyyətdə olmuş ilk İrəvan xanlığı xanı. O, hakimiyyətə Nadir şahın ölümündən sonra gəlmişdir. Lakin bəzi mənbələrdə onun hələ Nadir şahın sağlığında da İrəvanın hakimi olduğu yazılmaqdadır. Mir Mehdi xan mənşəcə Azərbaycan türklərinin Əfşar boyunun Qasımlı tirəsindəndir. == Həyatı == 19-u iyuldan 20-ə keçən gecə Nadir şahın öldürülməsindən sonra onun imperiyasında böyük qarışıqlıq dövrü başladı və taxt uğrunda müxtəlif iddialar səsləndirildi. Bu qarışıqlığın sonunda Nadir şahın qardaşının oğlu Əliqulu xan Adil şah adı altında özünü şah elan etdi. Lakin bu yeni şah feodal xanlıqların formalaşmasının qarşısını ala bilmədi. Bu zaman Təbrizin hakimi Əmiraslan xan Əfşar generallarından biri olan Mir Mehdi xan Əfşarı İrəvandakı üsyanı yatırmaq üçün göndərdi. Lakin sonda Mir Mehdi xan üsyançılarla razılığa gəlib üsyana qatıldı və ona rəhbərlik etməyə başladı. O, ətrafına Əfşar döyüşçülərini də qataraq təxminən 30 min nəfərlik ordu düzəltdi və Əmiraslan xana qarşı çıxdı.
Mir Yaqub Mehdiyev
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini. == Həyatı == Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib. === Fəaliyyəti === Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.

Digər lüğətlərdə