Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cumğur
Cumğur — Çingizilər sülaləsindən olan şahzadə və Hülakü xanın ikinci oğlu. Bəzi tarixçilər onun əslində Hülakü xanın ən böyük oğlu olduğunu bildirirlər. == Həyatı == O, 1234-cü ildə Hülakü xanla onun Oyrat tayfasından olan arvadı Güyük Xatunun evliliyindən dünyaya gəlmişdir. O, hər iki tərəfdən Çingiz xanın soyundan gəlməkdə idi. Onun atası Çingiz xanın oğlu Toluy idi. Anası Güyükün anası isə Çingiz xanın qızı Çeçeyxen idi. Onun ana tərəfdən babası olan Turalçı Güregen Qutuqa Beyinin oğlanlarından biri idi.Hülakü xan yeni fəthlər üçün 1253-cü ildə Monqolustanı tərk etdiyi zaman Cumğur ali xaqan Münke ilə birlikdə qalmışdı. Atasının digər arvadlarına əmanət edilən Cumğur orda ilə birlikdə Almalıq adlı yerdə düşərgə salmışdı. Lakin tez bir zamanda o, özünü vərasət savaşının ortasında tapdı. Bu vərasət savaşı onun əmiləri olan Xubilayla Arıq Bökə arasında getməkdə idi və Cumğur Bökəni dəstəklədi.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Damir Cumhur
Damir Cumhur (bosn. Damir Džumhur; 20 may 1992, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı tennisçi və kinoaktyor. Üç ATP turnirinin qalibi (tək kateqoriyada). == Bioqrafiyası == 20 May 1992-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ailəsinin ilk övladı olmuşdur. Uşaqlıqdan Xuan Antonio Samaranç Olimpiya Sarayında tennis oynamaqla məşğul idi. Həm də xizək sürür və futbola həvəs göstərirdi. 2008-ci ildən bəri Damir yeniyetmələrin beynəlxalq tennis turnirlərində çıxış etmişdir. Bir neçə titul qazana bilmiş və 2010-cu ildə yeniyetmələrin dünya reytinqində 3-cü yerə çıxdı. Yeniyetməlik dövründəki ən böyük uğuru, 2010 Avropa Gənclər Çempionatındakı qələbsi, Sinqapurda 2010 Yay Gənclər Olimpiya Oyunlarında bürünc medalla yanaşı, 2010 Uimbldon turnirinin dörddəbir finalına yüksəlməsi oldu.
Fulmer Falls
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Kuala-Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Kuala Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
FUMEC Universiteti
FUMEC Universiteti (port. Universidade Fundação Mineira de Educação e Cultura və ya qısaca FUMEC) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Pol Dumer
Pol Dumer (fr. Paul Doumer; 22 mart 1857[…] – 7 may 1932[…], Paris) — 1931-1932-ci illərdə Fransa Respublikasının 14-cü prezidenti. 1932-ci mayın 6-da məruz qaldığı sui-qəsd nəticəsində vəfat etmişdir.
Qaston Dumer
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Qumer Kuvatov
Qumer Kuvatov (başq. Ҡыуатов Ғүмәр Мөхәммәтғалим улы; 29 iyun 1893, Ziançurinski rayonu – 6 aprel 1946, Moskva) — başqırd milli hərəkatının fəal iştirakçısı, Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Səhiyyə Komissarı (1919–1928), ictimai və dövlət xadimi, cərrah. == Bioqrafiya == Kuvatov Qumer 1893-cü il yanvarın 10-da Orenburq quberniyasının Orsk qəzasının Userqan volostunun Kuvatovo-Bikberdino kəndində (indiki Başqırdıstanın Ziançurinski rayonunun Utyaqulovo kəndi) anadan olmuşdur. Kuvatovlar başqırd zadəgan nəslindəndir. Osman Kuvatovun qardaşı, Muhametqalim Kuvatovun oğludur. 1912-ci ildə Kuvatov Orenburq gimnaziyasını bitirib, 1917-ci ildə isə Kazan Universitetinin tibb fakültəsində cərrahiyyə ixtisası üzrə təhsil almışdır. Fevral inqilabından sonra Qumer Kuvatov Başqırd milli hərəkatının fəal iştirakçısına çevrilir, III Ümumbaşqırd Qurultayının işində iştirak edir, bu müddət ərzində Başqurdistanın rəhbər orqanlarına daxil edilir və 2012-ci ilin dekabrında respublikasının rəhbər orqanlarına, Kiçik Qurultayına seçilir. Onun qardaşı Osman Kuvatov Başqırd hökumətinin üzvü olur. Sonra Kuvatov cərrah və hərbi hospitalın müdiri işləyir. O, 11 saylı siyahı üzrə (federalçı başqırdlar) Ufa seçki dairəsindən Müəssislər Məclisinin deputatı seçilib.
Şumer dili
Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur. Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir: 1. qrammatik cinsi yoxdur. 2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır. 3.
Şumer mifologiyası
Şumer mifologiyası — Şumer xalqının tarixi kökləri, ilkin dünyagörüşü, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcını tərənnüm edir. Qədim sivilizasiya. eyni zamanda, Şumer-akkad mədəniyyətini də əhatə edir. Bu mədəniyyət b.е.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən Mesopotamiya (yunanca, ikiçayarası deməkdir) adlanan ərazidə yaranmışdır. Bu ərazidə b.е.ə. III minillikdə şimal hissədə akkadlar, cənubda isə şumerlər öz dövlətlərini yaratmağa başlamışlar. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yara-dıldı və Babilistan bu dövlətin paytaxtı elan edildi. Beləliklə, şumerləri, akkadları, əmmariləri, elariləri və bu ərazidə yaşayan digər xalqları birləşdirən qədim Babilistan səltənəti yarandı. Hammurapinin hökmranlığı dövründə (е.ə.
Dumer alması
Dumer alması (lat. Malus doumeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Kuala Lumpur qülləsi
Kuala Lumpur qülləsi ( KL Tower, malay Menara Kuala Lumpur ; çin. 吉隆坡塔 ), Malayziyanın Kuala Lumpur şəhərində yerləşən kommunikasiya qülləsi. Tikinti 1 mart 1995-ci ildə başa çatdırılmışdır. Yüksəkliyini 421 metr (1,381 fut) hündürlüyə çatır və dünyada 7-ci ən yüksək qüllədir . Qüllənin damı 335 metrdədir (1,099 fut). Qüllənin qalan hissəsi, şəhərin panoramalı görünüşünə açılan mənzərinin görünməsini təmin edən dönən restoranı var və bura liftə qalxmaq mümkündür. Burada iştirakçılar pilləkənləri yuxarıya doğru irəliləyirlər yarışlar keçirilir,bu yarışlar hər il keçirilir,. Qüllədə İslam fələk rəsədxanası yerləşir.Qüllə, Kuala Lumpurda ictimaiyyətə açıq olan ən yüksək nöqtədir == Tarix == Kuala Lumpur qülləsi üçün rəsmi təməlqoyma 1 oktyabr 1991-ci ildə Malayziyanın 4-cü baş naziri Dato Seri Dr Mahathir bin Mohamad tərəfindən həyata keçirilib.Qüllənin tikintisi üç mərhələli bir proseslə həyata keçirilib. Birinci mərhələ Jalan Bukit Nanasın genişləndirilməsi və torpağın tikinti yerindən çıxarılması idi. Bu mərhələ 1 avqust 1992-ci ildə başa çatdırılmışdır.
Fumən
Fumən — İranln Gilan ostanında yerləşən şəhər, Fumən şəhristanının mərkəzi. == Əhali == Əhalisi 27,763, nəfər 7,728 ailədir.
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Bumer (film, 2003)
Bumer — 2003-cü ildə Rusiyada döyüş filmi janrında çəkilmiş film. Filmin rejissoru Pyotr Buslovdur, film həm də rejissorun tam metrajlı ilk filmidir. Kinoteatrlarda premyera 15 Avqust 2003-cü ildə, Televiziya premyerası 10 Oktyabr 2004-cü ildə NTV kanalında baş tutub. Filmin davamı olaraq 2006-cı ildə "Bumer. İkinci film" kinosu çəkilib. Filmin musiqi mövzusu, filmdə əsas personajlardan birinin mobil telefonunun çağrı siqnalı idi. Film ekranlara çıxdıqdan sonra isə bu melodiya mobil telefon istifadə edən insanlar arasında çox populyar olur. Məhz bu populyarlıq musiqinin müəllifi Sergey Şnurova təxminən 1 milyon dollar qazandırır.Təbiət çəkilişləri Kolomna şəhərində və Moskva vilayətinin Kolomensky rayonunda aparılıb. == Süjet == Filmdə hadisələr 1999-cu ildə Moskva ətrafında baş verir. Filmin baş qəhrəmanı olan dostlar Kostya Kot, Dimon Opşarennıy, Lyoxa Killa və Petya Rama yolda baş vermiş mübahisəyə görə kriminal söhbətdə iştirak edirlər.
Dumer alma ağacı
Fujer-Vitre (rayon)
Fujer-Vitre (fr. Fougères-Vitré) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İl və Vilen. Suprefektura — Fujer-Vitre. Rayon əhalisi 2012-cı ildə 176 038 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 2152 km².
Musab ibn Umeyr
Müsəb ibn Ümeyr (ərəb. مصعب بن عمير‎ Müs'əb ibn 'Ümeyr; 585, Məkkə – 625) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. == Bioqrafiya == Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçaraq Efiopiyaya köçür və oradan gəldikdən sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur. 621-ci ildə Kəbənin ənənəvi ziyarəti zamanı Mədinəli Aus və Xəzrəc qəbilələrinin nümayəndələri Əqabə adlanan yerdə danışıqlar aparmaq üçün Məhəmməd peyğəmbərlə görüşür. On iki mədinəli Məhəmməd peyğəmbərə yalnız Allaha ibadət etməyə, oğurluq etməməyə, zina etməməyə, uşaq öldürməməyə, böhtan və böhtandan çəkinməyə and içmiş, həmçinin Məhəmmədə peyğəmbər olaraq itaət edəcəklərinə and içmişlər. Əvvəlcə müəyyən çətinliklərlə qarşılaşan Əsəd ibn Zürarə Mədinədə təbliğat aparır və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir.
Cümhur İttifaqı
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Fumən şəhristanı
Fumən şəhristanı (fars. شهرستان فومن‎) — İranın Gilan ostanının 16 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Fumən şəhəridir.
Qumər (Auırqazı)
Qumər (Baymak)
Qumər (başq. Ғүмәр, rus. Гумерово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yarat kənd şurasının tərkibindədir. 1980-ci ilə qədər isə 1-ci Etkol kənd şurasına daxil idi. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 37 km, kənd sovetliyindən (Yarat): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km.Sakmara çayı sahilində yerləşir.
Qumər (İşembay)
Qumər (başq. Әрмет-Рәхим, rus. Арметрахимово) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Petrovski kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 49 km, kənd sovetliyindən (Petrovski): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Zumər Surəsi
39-cu surə
Ğümər (Avurğazı)