fürer

fürer
fünun 2021
fürsət
OBASTAN VİKİ
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Fürerbunker
Fürerbunker () — Berlində, Reyxin dəftərxanasının altında yerləşən yeraltı mənzillər kompleksi. Üçüncü Reyxdə nasional-sosialist rejimin süqutuna bir neçə həftə qalmış bu bunker Adolf Hitlerin son sığınacaq yeri olub. Bunker fürerin mənzil qərargahı olmuş və burada həm fürer, həm də bir sıra digər alman-nasist rəhbərləri (Paul Yozef Hobbels) özlərini öldürüblər. == Ədəbiyyat == Pietro Guido: Führerbunker-Discovered its Mysteries ISEM [Vierte Ausgabe, 2006] Mailand ISBN 88-87077-03-7 Mario Frank: Der Tod im Führerbunker: Hitlers letzte Tage. Siedler, München 2005, ISBN 3-88680-815-7. Sven Felix Kellerhoff: Mythos Führerbunker: Hitlers letzter Unterschlupf. Berlin Story Verlag, Berlin 2006, ISBN 3-929829-43-6. Bernd Freytag von Loringhoven: Mit Hitler im Bunker. Aufzeichnungen aus dem Führerhauptquartier Juli 1944 — April 1945. wjs-Verlag, Berlin 2006, ISBN 3-937989-14-5.
Fürerçilik
Fürerçilik və ya fürer prinsipi (alm. Führerprinzip‎) — Nasist Almaniyasının siyasi sisteminin bir növ qeyri-rəsmi əsas prinsipi. Burada fürerin sözü bütün yazılı qanunlardan üstündür. Dövlət siyasəti, qərarlar və bürokratiya bu prinsipə əməl etməlidir. Real siyasi istifadədə fürerçilik vojdizmdir və əsasən hər hansı bir diktatura praktikasına, o cümlədən demək olar ki, hər hansı bir siyasi partiyanın sıralarına aid edilir və müvafiq olaraq, siyasi faşizmin bütün əlamətlərinə malikdir. Məsələn, nasist təbliğatı Adolf Hitlerin şəxsiyyətinə pərəstişkarlığı "komitələrin, bürokratların və parlamentlərin çətinliklərinə qalib gələn yeganə qəhrəman lider" kimi geniş şəkildə ucaltmışdır. Eyni şeyi Mussolininin böyüklüyünü tərifləyən İtaliya təbliğatı və SSRİ-də Stalinin şəxsiyyətinə pərəstişin aşılanması ilə məşğul olan sovet təbliğatı etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Koonz, Claudia (2003) The Nazi Conscience, Belknap. ISBN 0-674-01172-4 Leiser, Erwin (1975) Nazi Cinema, New York: Macmillan. ISBN 0-02-570230-0 Mitcham, Samuel W. (1996) Why Hitler?