Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göyərtə
Göyərtə - gəminin yanı. Sağ və sol göyərtə, burundan baxanda gəminin sağ və ya sol tərəfi nəzərdə tutulur. Külək vuran göyərtə və küləyə əks göyərtə anlayışları var. Göyərtəyə yan almaq, gəmiyə yan almaq mənasındadır, göyərtəyə(komanda) - eyni məna daşıyır. Göyərtə yanında dayanmaq - gəminin yanında dayanmaq deməkdir. Göyərtədən aralanmaq-gəmidən aralanmaq deməkdir. Göyərtəyə durmaq avarlı gəmilərdə, adamların avarları dəliklərdən çıxarmadan, onları pərləri ilə sarğıya (ingil-Sternə -rus-kormaya) yəni arxaya, göyərtə boyu saxlamaqları üçün komanda. Göyərtə boyu yıni göyərtənin lap yanından keçmək, ya da göyərtənin yanında nəsə qoymaq. Göyərtənin üzərindən atmaq -nəyisə suya atmaq. İnsan suya düşəndə -*göyərtədən düşdü, göyərtədən düşən var deyilir.
Göyərtə (bürc)
Göyərtə (lat. Puppis, Pup) — göy sferasının cənub yarımkürəsinə aid Süd Yolunda yerləşən bürc. Adi gözlə görünməyən 241 ulduzun daxil olduğu bürc 673,4 kvadrat dərəcə sahəni əhatə edir. Fevral ayında daha yaxşı müşahidə etmək olur.
Batareya göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Göyərti küküsü
Göyərti küküsü — Azərbaycan mətbəxi və Türkiyə mətbəxinə aid qəlyanaltı. == Tərkibi == 6 ədəd yumurta, 60 qr göy soğan, 50 qr keşniş, 50 qr şüyüd, 60 qr – da yağ. Sous kimi bir stəkan xama yaxud qatıq hazırlanır. 2 diş sarımsaq, 2 qr duz. == Hazırlanma qaydası == Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin.
Göyərti qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Göydərə
Göydərə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Göydərə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Göydərə (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Göydərə (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd.
Göydərə (Culfa)
Göydərə (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. == Toponimikası == Əlincə çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Aradərə olmuşdur. XIX əsrdə Cənubi Azərbbaycandan gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Noraşen adlandırılmışdı. 1992-ci ildən kəndin adı dəyişdirilərək Göydərə kimi rəsmiləşdirilmişdir. == Tarixi == Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisi 1448 nəfərdir. === Tanınmış şəxsləri === Eldəniz Məmmədov - idmançı, polis zabiti - karate üzrə 2 kat dünya çempionu (dünya rekortmeni). Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki.
Göydərə (Kəlbəcər)
Göydərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Göydərə (Lerik)
Göydərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Gövdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Tədqiqatçılar oykonimi Göydərə coğrafi adının təhrifə uğramış forması hesab edirlər. Azərbaycan dilinin dialektlərində qav/gav/gov ot yeyən mal-qaraya deyilir. TalıŞərqqo sözü mal-qara mənasında işlənir. Butun hallarda toponim "mal-qara dərəsi" mənası ilə bağlıdır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salındığından belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Din == Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir.
Göydərə (Miyanə)
Göydərə (fars. گوگدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 491 nəfər yaşayır (125 ailə).
Göydərə (Qobustan)
Göydərə — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tatixi == == Coğrafiyası və iqlimi == Kənd coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Kəndin dəmyə torpaqlara və geniş otlaq sahələri var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === İlqar Məmmədov — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri. Telman Güləliyev — biologiya elmləri namizədi. Ağaseyid Camalov — cərrah. Vəli Vəliyev — iqtisad elmləri namizədi. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Göydərə (Əbhər)
Göydərə (fars. مهستان‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 386 nəfər yaşayır (95 ailə).
Göydərə dağı
Göydərə dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1587,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında zirvə. Əlincəçayın sağ sahilində, eyniadlı kənddən 800 m qərbdə yerləşir. Oturacağının diametri 2 km, nisbi hündürlüyü 350 m-dir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi konusvari yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentilə Naxçıvan çökəkliyinin təmas zolağında, Saltaq-Kotandağ antiklinalının maqmatık kütlə ilə yarılmış periklinal hissəsində yerləşir.
Göydərə nekropolu
== Coğrafi mövqeyi == Göydərə nеkrоpоlu, Culfа rаyоnunun Göydərə kəndindən şimаl-qərbdə, hündür dаğ yаmаcındа yеrləşir. Qərbdə dərə, şimаldа dаğ silsiləsi, şərqdə və cənubdа Göydərə kəndi ilə əhаtələnir. == Haqqında == Yаşаyış yеrində 1990-1991–ci illərdə kəşfiyyаt хаrаktеrli tədqiqаt işləri аpаrılmışdır. Nеkrоpоldаkı qəbirlərin hаmısı qərb-şərq istiqаmətindədir. Оnlаrın bаşdаşılаrı sахlаnmаmışdır. Sinə dаşlаrı dördkünc prizmаtik fоrmаdаdır. Burаdа həmçinin qоç dаşlаrа və sənduqələrə təsаdüf оlunur. Sənduqələrin bir qismi düzbucаqlı əsаs üzərində hаzırlаnmış və yuхаrıdа tаğvаri fоrmаdа tаmаmlаnmışdır. Bəzi qəbirlərin üzərində Ərəb əlifbаsı ilə kitаbələrə təsаdüf еdilir. Qəbirlərdən birinin yаn tərəfində Аzərbаycаnın Оrtа əsr təsviri sənəti üçün хаrаktеrik оlаn tüfəng və qılınc təsvir еdilmişdir.
Göydərə xromit yatağı
Göydərə xromit yatağı — Kəlbəcər rayonu ərazisində Subulaq çayının yuxarı axarında yerləşən yataq. Yataq daxilində filiz kütlələri peridotitlərin, qabro-anfibolitlərlə təmasına paralel qövsvari uzanan linza şəkilli dunit kütləsində yerləşir. Dunit zonasının uzunluğu 350 m, qalınlığı isə 15 m.-ə qədərdir. Xromit filiz kütlələri yuvalardan ibarət olub dunit zonası boyunca zəncir formasında yerləşir. Zonanın cənub-şərq qurtaracağında xromit yuvalarının böyük yığımı müşahidə olunur. Filizlərin əsas mineralı Xrom şpinelit, olivin və titanomaqnetitdir. Filizləşmənin tərkibinə ikinci dərəcəli minerallardan Ni-sulfidləri və silikatları, sərbəst mis və maqnetit iştirak edir. Digər xromit yataqlarında olduğu kimi bu yataqda da filiz kütlələri maqmanın diferansasiyası və kristallaşması nəticəsində yaranaraq əsasən dunitlərdə və peridotitlərdə lokallaşırlar. Filiz kütlələri morfoloji cəhətdən linzalar və yuvalar əmələ gətirirlər. Göydərə xromit yatağı genezisinə görə gec maqmatogen tipə aid edilir.
Göyər Abbas
Göyər Abbas, Göyərabas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Göyər Abbas kəndi Bərgüşad silsiləsinin yamacındadır. Oykonimin birinci komponenti Göyərcik sözünün ellipsiyaya uğramış variantıdır. İkinci komponent isə vaxtilə həmin məntəqənin adı çəkilən şəxsin tabeliyində olduğunu göstərir. Kəndin adı "Abbasa məxsus Göyərcik kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Göyərabas kəndi Qubadlı rayonunun ən ucqar kəndlərindən biridir. Kiçik ərazisi olan bu kənd 4 tərəfdən dağlarla əhatələnmişdir. Kəndin çox heyrətamiz təbiəti, dağ havası və saf bulaq suları var.
Göyrə oğlu Qara
Teline gomerae
Genista linifolia (lat. Genista linifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizinin sahillərinə yaxın ərazilərdə yayılıb. == Sinonimləri == Cytisus linifolius (L.) Lam. Teline gomerae (P.E.Gibbs & Dingwall) Kunkel Teline linifolia (L.) Webb & Berthel. Teline linifolia subsp. rosmarinifolia (Webb & Berthel.) P.E.Gibbs & D Teline rosmarinifolia Webb & Berthel.