Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözbağlıca
Gözbağlıca oyunu — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Gözbağlıca Novruz bayramı günlərində geniş yayılmış xalq oyunlarından biridir. == Oyunun qaydaları == Oyunda iki dəstə olur. Başçılar seçilir, növbə ilə oyunçuların gözünü yaylıqla bağlayıb meydana buraxırlar. Kimsə qıraqda daş çıqqıldadır, səs çıxarıb qaçır. Gözübağlı başlayır daşla səs çıqqıldadanı axtarmağa. Böyük əziyyətlə daşı daşa vuranı tutur. İndi də ələ keçən oyunçunun gözünü bağlayırlar. Bir başqası başlayır oyun daşlarını bir-birinə vurmağa "Gözbağlıca" oyunu bu sayaq davam edir. == Mənbə == Novruz bayramı ensklopediyası.
Gözübağlı şahmat
Gözübağlı şahmat (ing. Blindfold chess) — şahmatın bir növüdür. Burada oyunçular fiqurların vəziyyətini görə bilmir və onlara toxunmaq ixtiyarları yoxdur. Bu oyunçuları fiqurların vəziyyətinin zehni modelini qurmağa məcbur edir. Gedişləri şahmat işarələri sistemi ilə oyunçular bir-birlərinə çatdırırlar. Gözübağlı şahmat əsrlər boyu möcüzə hesab edilirdi, amma indi bəzi insanlar gözübağlı bir neçə oyunu sinxron izləyə bilir. Sinxron gözübağlı oyunda vasitəçi, adətən, oyunçular arasında gedişləri xəbər verir. == Erkən tarixi == "Gözübağlı şahmat" şahmat tarixində olduqca erkən oynanılıb. İlk gözübağlı şahmatı Orta Şərqdə Sa'id ibn Jubayr (665–714) oynamışdır. Avropada gözübağlı şahmat oynamaq usta oyunçunun zəif rəqiblə qarşılaşanda üstünlüyü kimi, ya da super bacarıqlarını nümayiş etdirmək kimi məşhurlaşıb.