Gözbağlıca oyunu — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Gözbağlıca Novruz bayramı günlərində geniş yayılmış xalq oyunlarından biridir.
Oyunda iki dəstə olur. Başçılar seçilir, növbə ilə oyunçuların gözünü yaylıqla bağlayıb meydana buraxırlar. Kimsə qıraqda daş çıqqıldadır, səs çıxarıb qaçır. Gözübağlı başlayır daşla səs çıqqıldadanı axtarmağa. Böyük əziyyətlə daşı daşa vuranı tutur. İndi də ələ keçən oyunçunun gözünü bağlayırlar. Bir başqası başlayır oyun daşlarını bir-birinə vurmağa "Gözbağlıca" oyunu bu sayaq davam edir.