Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulfiya Yunusova
Qulfiya Yunusova ( başq. Гөлфиә Аҙнағол ҡыҙы Юнысова (Иҙелбаева) 10 sentyabr 1948, Sarışevo[d], Başqırd MSSR) — Başqırd şairəsi və tərcüməçisi, dramaturq, jurnalist. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1974), Başqırdıstan Respublikası Jurnalistlər Birliyinin üzvü (1979). Başqırdıstanın xalq şairi (2015). == Bioqrafiyası == Yunusova Gulfiya 10 sentyabr 1948-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Əlşəy rayonu, Sarışevo kəndində anadan olmuşdur. Raevskiliseyini bitirdikdən sonra Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.. 1971-ci ildə Başqırd Dövlət Universitetini bitirir. 1970-ci ildən Sibay Pedaqoji Kollecində müəllim işləyir. 1973-cü ildən Sovet Başqırdıstanı qəzetinin ədəbiyyat və mədəniyyət şöbəsinin əməkdaşıdır. 1974-cü ildən "Pioner" jurnalında ədəbi işçi kimi çalışır.
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.
Azərbaycanda gildiya ticarəti
Azərbaycanda gildiya ticarəti - XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması. == Gildiya ticarətinin səciyyəvi cəhətləri == Azərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi. == Azərbaycanda gildiya ticarətinin tətbiqi == 1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi. Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi. İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Qalliya
Qalliya (lat. Gallia; Fransızca: fr. La Gaule) —Qərbi Avropanın ilk dəfə Romalılar tərəfindən tanınan bir bölgəsi idi. Bugünkü Fransa, Lüksemburq,Belçika və İsveçrənin böyük hissəsi və Şimali İtaliya,Hollandiya və Almaniyanın bir qismi, əsasən, Reyn çayı hövzəsinin qərb sahillərində vaxtı ilə Keltlər yaşamışlar. Bura 494.000 km^2 (191.000 mil^2) ərazini əhatə edirdi. Qay Yuli Sezara (e.ə 100-44) görə Qalliya 3 hissəyə bölünürdü: Kelt Qalliyası( lat.Gallia Celtica) Belçika (lat.Belgica) Akvitaniya(lat.Aquitania).Arxeoloji olaraq Qalliyalılar M.Ö 5 ilə 1-ci əsrlərdə bütöv Qalliyaya və ayrıca olaraq Raetiya, Norik ,Pannoniya və Cənub-Qərbi Almaniyaya qədər uzanan La- Tene mədəniyyətinin daşıyıcılarıdırlar. M.Ö 2 ilə 1-ci əsrlərdə Qalliya Roma hökmranlığına girir. M.Ö 123-cü ildə Narbon Qalliyası, M.Ö 120-ci ildə isə Yuxarı Almaniya və Cənubi Qalliya Romalılar tərəfindən fəth edildi. Nəhayət, Yuli Sezar Qallarlara apardığı 7 illik müharibənin (M.Ö 58-51) nəticəsi olaraq M.Ö 51-ci ildə Alesia savaşında Qall hökmdarı Versinqetoriksi məğlub edərək bütün Qalliyada hakimiyyəti ələ keçirmişdir. == Ad == Yunanca və Latıncadan Galatia (ilk dəfə M.Ö. IV əsrdə Tauromen Timeyusun əsərində rast gəlinir ) və Gallia bir Kelt etnik terminindən Gal (a) -to- soyundan qaynaqlanır.
Qoliya
Qoliya (serb-kiril Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür. Moravitsa və Studenitsa çayları başlanğıcını Qoliyadan götürür.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Nurziya Bahmanova
Nurziya Yaxinova Baqmanova (başq. Баһманова Нурзиә Яхъя ҡыҙы); 8 aprel 1963-cü ildə anadan olmuş, Ryatamak, Yermekeyevo rayonu, Başqırd Muxtar Sovet Sosialist Respublikası, RSFSR, SSRİ) — rusiyalı yüngül atlet (qaçışçı), dünya və Avropa çempionu, Rusiyanın əməkdar idman ustası (2000). == Bioqrafiyası == Moskva Dövlət Bədən Tərbiyəsi İnstitutunun məşqçilik fakültəsinin məzunudur. Orta məktəbi fərqlənmə diplomu ilə bitirib. Həm də Lenin təqaüdçüsü, Moskva universitetləri arasında fəlsəfə mövzusunda elmi konfransın qalibi olmuşdur. 1990-1992-ci illərdə atletika üzrə SSRİ yığma komandasının (MDB) üzvü. 1993-1998-ci illərdə Rusiya milli yüngül atletika komandasının üzvü. Nurziya əsasən marafon qaçışı üzrə və yüksəkmarafon (100 km qaçış) üzrə ixtisaslaşmışdlır. Nurziya Rusiyanın 100 km-lik marafon yürüşündə ilk dünya çempionudur.Ailəlidir. İki övladı var.
Qalliya imperiyası
Qalliya imperiyası və ya İmperium Galliarum eramızın 3-cü əsrində Roma İmperiyasının şimal sərhəddində germanların hücumlarına reaksiya olaraq eramızın 260–274-cü illəri arasında qurulmuş Roma əyalətləri olan Aşağı Germania, Yuxarı Germania, Rhaetia, Galliya, Britaniya və İspaniyaya əyalətlərindən ibarət olan və Romaya sadiq müvəqqəti hərbi imperiyadır. Romaya sadiq qalmasına baxmayaraq, üsyançı kimi qəbul edilən Postumus, imperiyanın ilk paytaxtı Kölndə əsgərləri tərəfindən taclandırılmışdır. Paytaxt daha sonra Kölndən Trierə köçürülmüşdür. Aurelianus Châlons döyüşündə I Tetricusu məğlub etdikdən sonra Qalliya İmperiyası eramızın 274-cü ilində yenidən Roma İmperatorluğunun tərkibinə daxil edilmişdir. == Qalliya imperiyası hökmdarları == == Əlavə ədəbiyyat == Lothar Bakker: Der Augsburger Siegesaltar. In: Badischen Landesmuseum Karlsruhe (Hrsg.): Imperium Romanum. Römer, Christen, Alamannen. Die Spätantike am Oberrhein. Theiss, Stuttgart 2005, ISBN 3-8062-1954-0, S. 96–101. John F. Drinkwater: The Gallic Empire.
Culiya Albini
Culiya Albini (8 mart 1982, Aritsano[d], Pyemont – 29 may 2012, İstanbul) — İtaliya voleybolçusu və physiotherapist idi. == Həyatı == 8 mart 1982-ci ildə doğulmuşdur. Uzunluq: 1,73 metr, çəkisi: 55 kq. İstanbul Fateh Sultan Mehmet körpüsündən atlayaraq intihar etdi. Albininin cəsədi Qəndilli, Üsküdar burnunda bir balıqçı tərəfindən görüldü. Onun intiharı ictimaiyyət arasında əks-səda doğurdu. == İstinadlar == == Mənbə == Giulia Albini su legavolleyfemminile.it, Lega Pallavolo Serie A femminile.
Culiya Emmolo
Culiya Emmolo (d. 16 sentyabr 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Culiya Emmolo, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Culiya Emmolo, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Culiya Gillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Culiya Qillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Culiya Qorlero
Culiya Qorlero (d. 26 sentyabr 1990) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Culiya Qorlero, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Culiya Qorlero, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Culiya Qrant
Culiya Qrant (ing. Julia Grant; 26 yanvar 1826, Sent-Luis, Missuri – 14 dekabr 1902, Vaşinqton) - ABŞ-nin Prezidenti Uliss Qrantın həyat yoldaşıdır.
Culiya Rambaldi
Culiya Rambaldi (d. 11 noyabr 1986) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Culiya Rambaldi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Culiya Roberts
Culiya Fiona Roberts (ing. Julia Fiona Roberts; 28 oktyabr 1967[…], Smirna[d], Corciya) — ABŞ aktrisası. == Həyatı == Culiya Roberts 1967-ci ilin 28 oktyabrında ABŞ-də Corciya ştatının Smirna şəhərində anadan olub. Atası Volter Qreydi Roberts həm aktyor, həm də irland, şotland və ingilis köklü bir yazıçı idi. Anası Betti Lu Bredemas kilsə girişində katibə, eyni zamanda aktrisa kimi çalışıb. Culia dünyaya gəldiyi zaman ailəsinin maliyyə çətinliyi var idi. Atası Corciya ştatında uşaqlar üçün kiçik bir aktyorluq məktəbi açmışdı. 1971-ci ildə Culianın 4 yaşı olarkən valideynləri ayrıldılar. Beləliklə 13 yaşından başlayaraq ofisiant kimi işləməyə başladı. Bir neçə dəfə yerli gözəllik müsabiqələrində iştirak etsə də, finala yüksələ bilmədi.
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…], Lonq-Aylend[d], Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Liviya Yuliya
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nigah 6 il sürür.
Quriya Respublikası
Quriya Respublikası – qərbi Gürcüstandakı Quriya bölgəsində Rusiya imperiyasına qarşı üsyan etmiş xalqın qurduğu dövlətdir. == Arxa plan == Quriyada hələ XV əsrdə müstəqil və yarımmüstəqil formada mövcud olmuş Quriya knyazlığı qurulmuşdu. Knyazlıq Rusiya imperiyasının himayəsinə daxil olduqdan qısa müddət sonra – 1829-cu ildə ləğv edilmiş və 1840-cı ildə birbaşa Rusiya imperiyasına daxil edilmişdir. Bu dövrdən sonra Rusiya hakim dairələrinin yerli gürcü kilsəsinə münasibəti, həmçinin ağır vergi siyasəti xalqın narahatlığına və zaman-zaman üsyanlara səbəb olmuşdur.1902-ci ildə ərazilərin örüş haqları üstündə çıxan üsyanlarla başlayan üsyan hərəkatının tarixçəsi respublikanın elanından on illərlə əvvələ gedib çıxır. Vergiləndirmə, ərazi mülkiyyəti və iqtisadi faktorlar da daxil olmaqla, böyük ölçüdə kəndli əhalinin qarşı-qarşıya qaldığı problemlər üsyanın başlamasında böyük rol oynamışdır. Gürcü sosial-demokratların cəhdləri sayəsində meydana çıxan üsyanlar 1905-ci ildə Birinci Rus inqilabı dövründə daha da qüvvətləndi və getdikcə daha mütəşəkkil hal almağa başladı.Rusiya hakim hərbi dairələri bu geniş xalq üsynalarını yalnız 1906-cı ildə böyük hərbi güc tətbiq etməklə yatıra bildilər. == Respublika == Quriya Respublikası 1905-ci ildə kəndli üsyanları nəticəsində elan edilmiş və 1906-cı ilə qədər qısamüddətli mövcud olmuşdur. Respublika varlığı boyunca muxtar bölgə olmuşdur. Problemlərin və təkliflərin müzakirə edildiyi kəndli məclislərindən ibarət öz hökumət sistemləri var idi. Məhkəmə sahəsində isə məhkəməyə qatılanlar veriləcək cəzaya səs verə bilirdilər.
Quriya diyarı
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Quriya knyazlığı
Quriya knyazlığı – Gürcüstanda mövcud olmuş tarixi dövlət. Quriya kəlməsi meqrelcə və lazca kökənli kəlimədir, qəlb və ya mərkəz deməkdir. Gürcüstanın cənub-qərb bölgəsində yerləşən Quriya Qara dənizlə Kiçik Qafqaz dağlarının arasında yerləşir. 1463-cü ildən 1829-cu ilə qədər Qurieli sülaləsinə mənsub 22 şahzadə tərəfindən idarə edilmişdir. Gürcüstan çarlığının parçalanmasından sonra ortaya çıxmış və sərhədləri Osmanlı ilə davamlı meydana çıxan müharibələrə görə tez-tez dəyişmişdir. 1829-cu ildə Rusiya tərəfindən ləğv edilənə qədər müxtəlif muxtar hüquqlara malik olmuşdur. == Tarixi == Quriya knyazlığı Rioni və Çoruh çaylarının arasında olan, XIII əsrin əvvəllərindən bəri monarxiya yolu ilə başa keçən hakimlər (eristavi) tərəfindən idarə edilən Gürcüstan krallığının bir bölgəsi idi. Gürcüstan çarlığının Qurieli rütbəsini verdiyi Quriyalı ailə Gürcüstanın monqollar tərəfindən istilasını fürsət bilərək 1280-ci illərdə müstəqilliyini elan etsə də, 1330-cu illərdə monqolların təzyiqi ilə V Georginin hakimiyyətini qəbul etməyə məcbur oldular. V Baqratın hakimiyyətə keçməsindən sonra Quriyanın şimalında svanlar üsyan qaldırdılar. V Baqrat üsyançıları məğlubiyyətə uğratdı, lakin 1362-ci ildə Quriyanı Svaneti knyazlığına verdi və Quriya Vardanidze sülaləsi tərəfindən idarə edilməyə başlandı.1460-cı illərdə Vardanidze və Qurieli sülalələri Gürcüstan çarlığı hakimi Baqrationi sülaləsinin iqtidarının zəiflədiyi dövrlərdə kral VIII Georginin hakimiyyətini qəbul etməyən qərbi Gürcüstan kralı Baqrat tərəfindən idarə edilən üsyana qatıldılar.
Quriya mxaresi
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Yuliya Timoşenko
Yuliya Volodımırivna Timoşenko, əsl soyadı əvvəlcə Qrigyan, sonradan Telegina (ukr. Юлія Володимирівна Тимошенко, Григян/Телегіна; 27 noyabr 1960, Dnepr) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi, 2005-ci il fevral-sentyabr aylarında və 2007-ci ilin dekabrından Ukrayna Respublikasının Baş Naziri. "Batkivşina" (ukr. Батьківщина, tərc. Vətən) partiyasının və Yuliya Timoşenko Blokunun sədri, 2004-cü ildəki "narıncı inqilab"ın rəhbərlərindən biri. Ukrayna Respublikasının prezidentliyinə namizəd. == Həyatı == Yuliya Timoşenko Dnipropetrovskda anadan olub. Universiteti bitirdikdən sonra iqtisadçı kimi çalışmağa başlayıb. 1980-ci ildə kooperativ hərəkatının öncüllərindən olub və videofilmlərin nümayişi üçün zal açıb. Videosalon şəbəkəsi yaradıb, daha sonra Ukraynanın Vahid Enerji Sistemi adlı yanacaq-sürtgü şirkətinin əsasını qoyub.
Yuliya Volkova
Yuliya Oleqovna Volkova (rus. Юлия Олеговна Волкова; 20 fevral 1985, Moskva) — T.A.T.u. qrupunun üzvü olan Rusiya müğənnisi.
Yuliya Zlobina
Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur. == Karyerası == Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu. 2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı.
Yuliya dağlaləsi
Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15-35 sm hündürlükdədir. Yarpaqlar 3-4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır.