Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Gərənə
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Fərqlənmə kursu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Gərənə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avqust gələndə (film, 1984)
Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər. == Məzmun == Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır.
SSRİ-nin ən yüksək fərqlənmə dərəcələri
SSRİ-nin ən yüksək fərqlənmə dərəcələri Sovet İttifaqının kommunist quruculuğunda, sosialist Vətəninin müdafiəsində xüsusi xidmətlərinə, habelə dövlət və cəmiyyət qarşısındakı digər xüsusi xidmətlərinə görə təltif etmək üçün nəzərdə tutulmuş dövlət mükafatlarıdır. SSRİ-nin dövlət mükafatlarına yüksək fərqlənmə dərəcələri ilə yanaşı, 20 ordeni, 55 medalı,19 SSRİ-nin fəxri adı daxildir. SSRİ Konstitusiyasının 121-ci maddəsinin 9-cu bəndində göstərilirdi ki, SSRİ-nin bütün növ dövlət mükafatlarını və fəxri adlarını yalnız SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edə, verə və verə bilər . 1979-cu il iyulun 3-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında ümumi Əsasnamə”ni təsdiq etdi, burada II fəsildə “Ali fərqlənmə dərəcələri” (8-13-cü maddələr) nəzərdə tutulur. ) Sovet İttifaqının ən yüksək fərqlənmə dərəcələrinə həsr edilmişdir . SSRİ-də aşağıdakı ən yüksək fərqlənmə dərəcələri müəyyən edilmişdir. Sovet İttifaqı Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı " Qəhrəman Şəhər ", " Qəhrəman qalası "Qəhrəman ana" adı . Sovet İttifaqı Qəhrəmanı” və ya “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülən şəxs: SSRİ-nin ən yüksək mükafatı – Lenin ordeni, xüsusi fərqlənmə əlaməti – “Qızıl Ulduz” medalı və ya "Çəkic və Oraq" qızıl medalı, SSRİ Ali Soveti Rəyasət Heyətinin Sertifikatı. Sovet İttifaqı Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanı adları haqqında müddəalar bu adların dəfələrlə verilməsinə imkan verirdi. Ən yüksək fərqlənmə dərəcəsi yenidən təyin olunduğu halda, qəhrəmanların vətənində bürünc büstü qoyulmuşdur.
Qərbləşmə
Qərbləşmə və ya avropalaşma – cəmiyyətlərin sənaye, texnologiya, elm, təhsil, siyasət, iqtisadiyyat, həyat tərzi, hüquq, normalar, adətlər, ənənələr, dəyərlər, mentalitet, qavrayış, qidalanma, geyim, dil, yazı sistemi, din və fəlsəfə kimi sahələrdə Qərb mədəniyyətinin altına düşmə və ya mənimsəmə prosesi. Bu, tez-tez müstəmləkəçilik dövründə xristianlığın yayılmasını əhatə edirdi. Son bir neçə əsrdə qərbləşmənin bütün dünyada artan təsiri var, bəzi mütəfəkkirlər qərbləşmənin modernləşməyə bərabər olduğunu düşünürlər,bu düşüncə tərzi tez-tez müzakirə olunur. Ümumi qərbləşmə prosesi çox vaxt ikitərəfli olur; Qərb cəmiyyətlərinin özləri də bu prosesdən və qeyri-Qərb qrupları ilə qarşılıqlı əlaqədən təsirlənirlər, çünki Qərbin təsirləri və maraqları təsirə məruz qalan cəmiyyətin hissələri ilə birləşərək ən azı Qərb həyatına və ya onun bəzi aspektlərinə nail olmaq məqsədi ilə daha Qərb cəmiyyətinə çevrilir. Qərbləşmənin kökləri Qədim Yunanıstana gedib çıxır. Sonralar Roma İmperiyası Yunanıstandan güclü təsirləndiyi üçün Qərbləşmənin ilkin prosesini həyata keçirdi və Qədim Yunan cəmiyyətinin prinsip və dəyərlərinə əsaslanan yeni mədəniyyət yaratdı. Romalılar Avropanın yeni əsaslarını qoyan bir mədəniyyətlə ortaya çıxdılar [anaxronizm] və Yunan-Roma cəmiyyətinə əsaslanan yeni Qərb kimliyinə təkamül etdilər. Qərbləşmə fenomeni cəmiyyətlər arasında müəyyən bir sxemə uyğun gəlmir, çünki Qərb ənənələrinə uyğunlaşma və inteqrasiya dərəcəsi müxtəlif cəmiyyətlərdə müxtəlif ölçülərdə baş verəcəkdir. Xüsusilə, ağalıq, məhvetmə, müqavimət, sağ qalma, uyğunlaşma və ya modifikasiyanın yerli mədəniyyətə təsir dərəcəsi etniklərarası təmasdan sonra fərqlənə bilər. Qərbləşmə çox vaxt davam edən qloballaşma prosesinin bir hissəsi kimi qəbul edilir.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Bulbophyllum geraense
Bulbophyllum geraense (lat. Bulbophyllum geraense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Qələmə qovağı
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər. 1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər. Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə baxmayaraq, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi.
Geriləmə dönəmi Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriləmə dövrü Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.