Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
A.H.Gentry
Alvin Hovard Gentri (ing. Alwyn Howard Gentry; 6 yanvar 1945, Clay Center[d], Kanzas – 3 avqust 1993, Ekvador) — ABŞ botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == James S. Miller, Peter H. Raven et al.: Alwyn Howard Gentry: A Tribute. In: Annals of the Missouri Botanical Garden, Volume 83, Number 4, 1996. pp. 433–460. Miller, James S; Theodore M Barkley, Hugh H Iltis, Walter H. Lewis, Enrique Forero, Mark Plotkin, Oliver Phillips, Ricardo Rueda and Peter H Raven. Alwyn Howard Gentry, 1945—1993: A Tribute (англ.) // Annals of the Missouri Botanical Garden : journal. — Missouri Botanical Garden Press, 1996. — Vol.
Gentrya
Castilleja (lat. Castilleja) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Acidocroton gentryi
Acidocroton gentryi (lat. Acidocroton gentryi) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin acidocroton cinsinə aid bitki növü.
Bidens gentryi
Bidens gentryi (lat. Bidens gentryi) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Brickellia gentryi
Brickellia gentryi (lat. Brickellia gentryi) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Palicourea gentryi
Palicourea gentryi (lat. Palicourea gentryi) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Phyllanthus gentryi
Phyllanthus gentryi (lat. Phyllanthus gentryi) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Senecio gentryi
Senecio gentryi (lat. Senecio gentryi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Verbena gentryi
Verbena litoralis (lat. Verbena litoralis) — minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Verbena affinis M.Martens & Galeotti Verbena bonariensis var. litoralis (Kunth) Hook. ex Müll.Berol. Verbena bonariensis var. litoralis (Kunth) Gillies & Hook. ex Hook. Verbena caracasana Kunth Verbena carolina var. glabra Moldenke Verbena gentryi Moldenke Verbena glabrata var.
Ageratina gentryana
Ageratina gentryana (lat. Ageratina gentryana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alvin Hovard Gentri
Alvin Hovard Gentri (ing. Alwyn Howard Gentry; 6 yanvar 1945, Clay Center[d], Kanzas – 3 avqust 1993, Ekvador) — ABŞ botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == James S. Miller, Peter H. Raven et al.: Alwyn Howard Gentry: A Tribute. In: Annals of the Missouri Botanical Garden, Volume 83, Number 4, 1996. pp. 433–460. Miller, James S; Theodore M Barkley, Hugh H Iltis, Walter H. Lewis, Enrique Forero, Mark Plotkin, Oliver Phillips, Ricardo Rueda and Peter H Raven. Alwyn Howard Gentry, 1945—1993: A Tribute (англ.) // Annals of the Missouri Botanical Garden : journal. — Missouri Botanical Garden Press, 1996. — Vol.
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.
Gentoo
Gentoo (jentu, gentu - oxunur) - Gnu/Linuks əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adnı Pygoscelis papua adlı pinqvinlərdən götürüb. Ginnesin rekordlar kitabına əsasən, bu növ pinqvinıər ən sürətli sayılır (36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-cu ildə yaradılıb.
Sentr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Genera Plantarum
Genera Plantarum, İsveçli təbiətşünas Carl Linnaeusun (1707–1778) bir nəşridir. İlk nəşri 1737-ci ildə Leidendə çap edilmişdir. Beşinci nəşri Species Plantarum (1753) üçün tamamlayıcı bir cild rolunu oynamışdır. Yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatura Məcəlləsinin 13-cü maddəsində, Linnaeus Species Plantarum ed. 1 (1753) və II nəşrdə (1762-63) görünən ümumi adlar, verilən ilk şərhlə əlaqəli olduqlarını göstərir. Genera Plantarumun V (1754) və V (1764) nəşrləri də bu ad altındadır. Bu əsər bir çox bitki qrupunun elmi nöqteyi-nəzərdən adlandırılmasının başlanğıc nöqtəsini təyin edir.
Genter döyüşü
Genter döyüşü — Qanter döyüşü kimi də tanınan, 13-cü əsrin əvvəlində iki bir-birinə rəqib olan Yava hökmdarı arasında baş vermiş qanlı hərbi münaqişə. Döyüş nəticəsində bir hökmdar, Ken Arok qələbə qazanmış və rəqibinin ordusunu ölkədən qovmuşdur. Döyüşün nəticəsi olaraq, Arok Şərqi Yavada nəzarəti tam ələ almış və Racasa sülaləsinin əsasını qoymuşdur. == Tarixi == 8-ci əsrdən 12-ci əsrə qədər Yava adası müxtəlif ailələrə mənsub krallar və ziyalılar tərəfindən idarə olunurdu. Adanın şərq hissəsində əkinçilik mərkəzi olan feodal dövlətlər (Saylendra, Kediri, Tumapel və Macapahit krallıqları) bir-birilə şumluq torpaqlar və düyü yetişdirmək uğrunda mübarizə aparırdılar. 13-cü əsrin əvvəllərində regionda yeni siyasi qüvvənin yaradılması planı var idi. Namizəd kimi irəli sürülən şəxs isə Ken Arok idi. Kəndli başçıları onun siyasi gücünü artırmaq üçün əllərindən gələni əsirgəmirdilər; Arok şəxsi ambisiyalarına görə digərlərindən fərqlənirdi. Ona görə də, onun bu xüsusiyyətləri Yava folklorunda da öz əksini tapmışdır. Arok ərazisini Tumapel Krallığı ilə birləşdirmək qərarına gəldi.
Gentli Con
Gentli Con (ing. John of Gaunt (24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir. Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransa və İspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu. Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu.
Güntay Gəncalp
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı. == Həyatı == Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. == Əsərləri == === Kitabları === Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub. Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il "Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes . "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Arxivləşdirilib 2016-03-05 at the Wayback MachineSəməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq. === Məqalələri === "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro.
Xentiy dağları
Xentiy dağları (monqolca: Хэнтийн нуруу; rom Hentiyn nuru) — Monqolustanın Töv vilayəti və Xentiy vilayətləri arasındakı dağ silsiləsidir. Xan Xentiy dağları, Qəti Mühafizə Sahəsində yerləşir və Çingiz xanın mənşəyi ilə əlaqəli olan Monqolustanın müqəddəs dağı Burxan Xaldun dağını əhatə edir.
Xentiy vilayəti
== Ərazisi == 1930-cu ildə yaradılan Xentiy vilayətinin ərazisi 80 325 Km2-dır. Xentiy vilayətinə 17 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Xentiy vilayətinin əhalisi 76 020 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Şarey-Sentra
Şarey-Sentra (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 150 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.6%, 1999-cu ildə 70.4%). Fəal olan 150 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın), 9 nəfər işsiz (5 kişi və 4 qadın) idi. 51 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
A.Henry
Avqustin Henri (ing. Augustine Henry; 2 iyul 1857, Dandi – 23 mart 1930) — İrlandiya botaniki. == Bioqrafiya == 1857-ci ildə Şotlandiyanın Dandi şəhərində anadan olub. == Əsərləri == The Trees of Great Britain and Ireland. 1907—1913, co-author H. J. Elwes. Private (subscription only) publication. Edinburgh. Notes on Economic Botanical of China, introduction by E. Charles Nelson, Boethus Press 1986 ISBN 0-86314-097-1. Anthropological work on Lolos and non-Han Chinese of Western Yunnan. == İstinadlar == == Ədəbiyyat == Bretschneider.
Arpad Gents
Arpad Gents (mac. Árpád Göncz, 10 fevral 1922[…], Budapeşt, Macarıstan – 6 oktyabr 2015[…], Budapeşt) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur. == Həyatı == Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi.
Entre-Rios
Çayarası (ing. Entre-Rios) — Cənubi Amerikanın Daxili düzənliklərində, Argentinanın şimal şərqində təbii vilayət. == Əhalisi == Əhalisi 1,235,994 nəfərdir. (2011) == Coğrafiyası == Parana və Uruqvay çayları arasında (27° və 34° c.e.-ləri arası) yerləşir. Səthi alçaq (hündürlüyü 50 –110 m) allüvial düzənliklərdən ibarətdir; şimal hissəsini göl və bataqlıqlar, mərkəzini və cənubunu səthi çay dərələri ilə parçalanmış düzənliklər və xırda təpəliklər tutur. İqlimi subtropik, rütubətlidir. Yayı isti (yanvarın orta temperaturu 24 –27 °C), qışı yumşaqdır (iyulun orta tempraturu 10 –17 °C), soyuq cənub qərb küləkləri (pampero) zamanı –5 °C-yədək düşür. Ya ğıntının ortaillik miqdarı 1000 –1700 mm-dir. Çayarasının qərb hissəsində Parana çayında tez-tez fəlakətli daşqınlar olur. Torpaq örtüyünü, əsasən, hidromorf torpaqlar təşkil edir.
Genti Qazheli
Genti Qazheli — Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən)
Getty Images
Getty Images — ABŞ foto agentliyi. Agentliyi 1995-ci ildən fəaliyyət göstərir və hazırda dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.
Hiraqa Qennay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Qenpey müharibəsi
Qenpey müharibəsi (源平合戦, Qenpey kassen) və ya Tayra–Minamoto müharibəsi – 1180-1185-ci illərdə Yaponiyanın Tayra və Minamoto klanları arasında davam etmiş həlledici müharibə. Bu klanlar Heyan dövrünün ən böyük rəqibləri idi.Müharibə Minamoto klanının qələbəsi ilə başa çatmış və nəticədə, Yaponiyada XIX əsrə qədər davam edəcək bakufu sisteminin əsası qoyulmuşdur. Müharibənin başa çatdığı il Yaponiyada Heyan dövrünün sonu hesab olunur. == Arxaplan == Tayra və Minamoto klanları IX əsrdə taxta iddia sürməkdən məhrum edilən imperatorluq ailəsinin davamçıları idi. İmperatorluq ailəsinin gücü Yaponiyanın qərbində cəmləşdiyi halda, Tayra və Minamoto klanları Yaponiyanın şərqində güc əldə etmişdilər. Onlar əvvəlcə əyalət rəsmiləri kimi burada məskunlaşsalar da, daha sonra hərbi liderlərə çevrilmişdirlər.İki klan arasında mübarizə XII əsrdə kəskinləşmişdir. Döyüşçü Tayra no Kiyomori 1156-cı ildə baş vermiş Hoqen müharibəsi zamanı Minamoto klanının əsas qolu olan Seva Qenci ailəsinə mənsub bir çox lideri öldürmüşdür. Bunun qarşılığında Minamoto no Yoşitomo 1159-cı ildə Kiyomoriyə qarşı Heyci müharibəsini başlatmışdır. Yoşimitsu öldürülmüş, lakin Kiyomori oğullarının yaşamasına icazə verərək onları sürgün etmişdir. == Müharibə == İmperatorluq ailəsi Tayra klanını devirmək hərəkətə keçsə də, Şahzadə Moçihito və Minamoto no Yorimasanın başçılıq etdiyi üsyan Kiyomori tərəfindən yatırılmışdır.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. === Ölümü === Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. == Bioqrafiya == Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. == Fəaliyyəti == “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
İmperatriça Qenmey
İmperatriça Qenmey (元明天皇, Qenmey-tenno, 23 aprel 660 – 29 dekabr 721, Nara) – Yaponiyanın 43-cü monarxı. Asuka dövründə hakimiyyətdə olmuşdur. == Həyatı == O, İmperator Tencinin qızı olmuş və İmperator Tenmunun oğlu olan Şahzadə Kusakabe ilə evlənmişdir. Lakin Kusakabe 689-cu ildə ölmüşdür. İmperatriça Cito 697-ci ildə taxtdan imtina etdikdən sonra Qenmeyin oğlu İmperator Monmu taxta çıxmışdır. Monmunun 707-ci ildəki ölümündən sonra Qenmey imperatriça olmuşdur.İmperatriça Qenmeyin hakimiyyəti dövründə 708-ci ildə ilk dəfə Yaponiyada mis hasil edilmiş və Yaponiyanın ilk sikkəsi olan vadokayçin tədavülə buraxılmışdır. 710-cu ildə paytaxtı müasir Nara şəhərinin yerləşdiyi Heyco şəhərinə köçürmüş və 794-cü ildə paytaxtın Kiotoya köçürülməsinə qədər davam edən Nara dövrünü başlatmışdır. Yaponiya mifologiyası və tarixi haqqında ilk əsər olan "Kociki" (712) onun hakimiyyəti dövründə tamamlanaraq ona təqdim olunmuşdur. 713-cü ildə əyalətlərin fudokilər tərtib etməsi barədə əmr vermişdir. 715-ci ildə taxtı qızı İmperatriça Qenşoya ötürmüşdür.Qenmey ölümünə qədər aktiv siyasi həyatını davam etdirmiş və ritsuryo sisteminin saxlanılması üçün çalışmışdır.