Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gilanlılar
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Divanlılar
Divanlılar — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub.
Livanlılar
Livanlılar — Livan ərazisində yaşayan əhali, milli kimlik. == Yayılması və sayları == Livanlıların ümumi sayı 14-15 milyon nəfər təşkil edir. Livanın özündə isə onların ümumi sayı 3 971 941 nəfər təşkil edir. Bu isə ölkə əhalisinin 95 % bərabərdir. Digər xalqlar arasında fələstinlilər, kürdlər, ermənilər (4%), yunanlar, türklər və s. xalqlar nəzərdə tululur. Şəhərlərə görə əhali: Beyrut — 1,5 mln, Tərabülüs əş-Şam — 200 mi ., Zəhlə — 200 min., Sayda — 100 min., Sur— 70 min. İllik təbi artım 1,34 % təşkil edir. Hər min nəfərə 10,68 nəfər doğulduğu halda, hər 1000 nəfərə 6,32 nəfər həyatını itirir. Onların Cənubi Amerika, Şimali Amerika, Avropa, Afrika və Yaxın Şərq ölkələrində böyük diasporaları vardır.
İranlılar
İranlılar, İran vətəndaşı ya da İran millətindən olan. İranlı, ölkədəki bütün etnik ünsürləri bir arada toplayan bir termindir. Farsca danışanlara Farsi ya da Pers deyildiyi halda tarixi mənada Ərəb-Fars millətlərini ayırmaq üçün Əcəm adından istifadə edilmişdir. İranlı olaraq tanınan xalqlar adətən İran dillərində danışırlar. Cənub-şərqdə Bəlucistan olaraq tanınan Əfqanıstan sərhəddindən başlayan, xalqlara məxsus coğrafi yaşayış sahəsi, Şimal-qərbdə Qafqaza qədər uzanan ərazidə yayılmışdır. Farslar, Kürdlər, Zazalar, Taciklər, Mazandaranlılar, Giləklər, Lurlar, Bəluclar, Tatlar, Talışlar ve Osetinlər İran xalqlarındandır. Bundan başqa İranda çoxlu türk xalqları yaşayır: Azərbaycanlılar, Türkmənlər, Qaşqaylar, Xələclər kimi sayları müxtəlif olan türk xalqları, çox qədim dövrlərdən bu ərazidə yaşamaqdadırlar.
Gilanlar
Böyük Gilanlar — Qəmərli rayonunda kənd. Kiçik Gilanlar — Qəmərli rayonunda kənd.
Böyük Gilanlar
Böyük Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930-cu ildə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. "İrəvan əyalətinin icmal dəftərin"də Böyük Gilan, Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar formalarında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914-cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər, 1939-cu ildə 339 nəfər, azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri — azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.
Kiçik Gilanlar
Kiçik Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilan, Qafqazın 5 verstlik xəritəsində Kiçik Gilyanar formasında qeyd edilmişdir. 1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır.
Qişalılar (Tunicata)