Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gilanlar
Böyük Gilanlar — Qəmərli rayonunda kənd. Kiçik Gilanlar — Qəmərli rayonunda kənd.
Böyük Gilanlar
Böyük Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930-cu ildə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. "İrəvan əyalətinin icmal dəftərin"də Böyük Gilan, Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar formalarında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914-cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər, 1939-cu ildə 339 nəfər, azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri — azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.
Gülanbar (Vərziqan)
Gülanbar (fars. گل عنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (41 ailə).
Kiçik Gilanlar
Kiçik Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilan, Qafqazın 5 verstlik xəritəsində Kiçik Gilyanar formasında qeyd edilmişdir. 1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır.
Qırlanlar
Qırlanlar, Kotovsk (qaq. Kırlnnar) — Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
İqor Qrabar
İqor Emmanuiloviç Qrabar (rus. Игорь Эммануилович Грабарь) (25 mart 1871, Buda və ya Peşt[d], Peşt medyesi – 16 may 1960[…], Moskva[…]) — rus postimpressionist rəssam, sənətşünas, maarifçi, incəsənət tarixçisi. SSRİ xalq rəssamı (1956). İqor Qrabar 25 mart 1871-ci ildə Avstriya-Macarıstan İmperiyasının sərhədləri içində olan Macarıstan Krallığının paytaxtı Budapeştdə doğulmuşdur. Ailəsi Slavyan qurtuluş hərəkatının aktiv iştirakçıları arasında idi. Dövlət tərəfindən təzyiq gördüklərindən atası 1876-cı ildə Rusiyaya qaçmaq məcburiyyətində qaldı, 1880-ci ildə həyat yoldaşı və uşaqları da Rusiyaya qaçdılar. İqor Qrabar Moskva kollecinde oxudu. Rəsim təhsilinə burada başladı. 1889-cu ildə girdiyi Sankt-Peterburq Universitetində Hüquq və Filoloji təhsillərini tamamlayaraq 1894-cü ildə məzun oldu. Üniversitet illərində müxtəlif jurnallarda yumoristik qısa hekayələr yazaraq şəkillər çəkdi.
Kolinda Qrabar-Kitaroviç
Kolinda Qrabar-Kitaroviç (xorv. Kolinda Grabar-Kitarović) — Xorvatiya Respublikasının 4-cü prezidenti. 19 fevral 2015-ci ildən etibarən vəzifələrini icra etməkdədir. İki uşağı var.