Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giroskop
Giroskop (yun. γυρο "fırlanmaq" və yun. σκοπεω "baxmaq" sözlərindəndir) — ətalət hesablama sisteminə əsasən oriyentasiya bucağını dəyişmə qabiliyyətinə malik qurğudur. Giroskopun ən sadə forması uşaqlar üçün oyuncaq olan fırfıradır. Onların növləri sərbəstlik dərəcəsindən asılı olaraq 2 və 3 dərəcəliyə bölünürlər. Bundan əlavə giroskoplar bölünürlər: Mexaniki və Optik İşləmə prinsipinə görə olurlar: Bucaq sürətini ölçən vericilər, İstiqamət göstəriciləri. == Xassələri == Hərəkətdə olan giroskopa əgər xarici qüvvə təsir edərsə onda, o öz istiqamətini bu qüvvəyə uyğun deyil ona perpendikulyar istiqamətdə dəyişir. Nəticədə giroskop təsir edən momentin oxuna perpendikulyar olan, belə adlanan ölçü oxu istiqamətində fırlanır. Bu xassə koriolis qüvvəsinin yaranması ilə bağlıdır. Fırlanan hissələrin giroskopik effekti materiyanın ətalətliyinə əsaslanır.
Hiroskop

Qoroskop
Qoroskop, horoskop və ya ulduz falı (q.yun. ὥρα — saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός — müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur. Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı. Həmçinin, ulduz falı el arasında Alan Leo tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır. Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu "neoastrologiya" adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).
Qoroskop (qəzet)
Mikroskop
Mikroskop (yun. μικρός — kiçik və σκοπέω — baxıram) və ya Xürdəbin — baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır Mikroskopların hazırlanması texnologiyası və praktiki istifadəsi mikroskopiya adlanır. Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evklid (miladdan əvvəl 300-cü il) və Ptolomeyə (miladdan əvvəl 127–151-ci illər) də məlum idi. Ancaq mikroskopun ixtirası XVI-XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonardo da Vinçi kiçik obyektləri xüsusi böyüdücünün köməyi ilə daha yaxşı görmək mümkün olması ideyasını irəli sürdü. İlk mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari Yansen icad etdi. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi. Onlardan biri obyekti böyüdür, digəri isə böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxari Yansenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər böyütmək qabiliyyətinə malik idi.
Horoskop
Qoroskop, horoskop və ya ulduz falı (q.yun. ὥρα — saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός — müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur. Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı. Həmçinin, ulduz falı el arasında Alan Leo tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır. Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu "neoastrologiya" adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).
Elektron mikroskop
Elektron mikroskop — Elektronların şüaları kiçik olduğundan daha kiçik ölçülü hissəcikləri təsvir etmək mümkün olur. Həmçinin elektron təsviri görünən təsvirə çevirmək olur.
Mikroskop (bürc)
Mikroskop (lat. Microscopium) — göyün cənub yarımkürəsində bürc.
Mikroskop media
Mikroskop Media 6 fevral 2018-ci il tarixində jurnalist Cavid Abdullayev və Fatimə Kərimova tərəfindən yaradılıb. Əsasən izahedici materiallar, fakt yoxlama və müstəlif video formatlarda materiallar dərc olunan media orqanı həm də mütəmadi olaraq müxtəlif mövzularda infoqrafikalar dərc edir. Baş ofisi Latviyanın Riqa şəhərindədir. Əsasən video və infoqrafika, eləcə də yazı formatında materiallar dərc olunur. Azərbaycanda ilk dəfə Mikroskop Media informasiya agentlikləri və xəbər saytlarında dərc olunan kriminal xəbərlər əsasında 2019-cu il ərzində ölkədə ailə üzvləri tərəfindən döyülən və öldürülən qadınların sayı barədə statistika dərc edib. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Optik mikroskop
Optik mikroskop — XX əsrin ortalarına qədər alimlər ancaq optik cihazlarla işləyirdilər. Onlar nöqtələr arası məsafə ~0,20 mkm olan strukturları görə bilirdilər, ona görə də maksimal böyütmə ~2000 krat ola bilirdi. Bu isə elmin tələblərini ödəyə bilmirdi.