MİKROMETRLİK
MİKROSKOPİK
OBASTAN VİKİ
Mikroskop
Mikroskop (yun. μικρός — kiçik və σκοπέω — baxıram) və ya Xürdəbin — baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır Mikroskopların hazırlanması texnologiyası və praktiki istifadəsi mikroskopiya adlanır. == Tarixi == Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evklid (miladdan əvvəl 300-cü il) və Ptolomeyə (miladdan əvvəl 127–151-ci illər) də məlum idi. Ancaq mikroskopun ixtirası XVI-XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonardo da Vinçi kiçik obyektləri xüsusi böyüdücünün köməyi ilə daha yaxşı görmək mümkün olması ideyasını irəli sürdü. İlk mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari Yansen icad etdi. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi. Onlardan biri obyekti böyüdür, digəri isə böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxari Yanssenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər böyütmək qabiliyyətinə malik idi.
Elektron mikroskop
Elektron mikroskop — Elektronların şüaları kiçik olduğundan daha kiçik ölçülü hissəcikləri təsvir etmək mümkün olur. Həmçinin elektron təsviri görünən təsvirə çevirmək olur.
Mikroskop (bürc)
Mikroskop (lat. Microscopium) — göyün cənub yarımkürəsində bürc.
Mikroskop media
Mikroskop Media 6 fevral 2018-ci il tarixində jurnalist Cavid Abdullayev və Fatimə Kərimova tərəfindən yaradılıb. Əsasən izahedici materiallar, fakt yoxlama və müstəlif video formatlarda materiallar dərc olunan media orqanı həm də mütəmadi olaraq müxtəlif mövzularda infoqrafikalar dərc edir. Baş ofisi Latviyanın Riqa şəhərindədir. Əsasən video və infoqrafika, eləcə də yazı formatında materiallar dərc olunur. Azərbaycanda ilk dəfə Mikroskop Media informasiya agentlikləri və xəbər saytlarında dərc olunan kriminal xəbərlər əsasında 2019-cu il ərzində ölkədə ailə üzvləri tərəfindən döyülən və öldürülən qadınların sayı barədə statistika dərc edib.Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Optik mikroskop
Optik mikroskop — XX əsrin ortalarına qədər alimlər ancaq optik cihazlarla işləyirdilər. Onlar nöqtələr arası məsafə ~0,20 mкm olan strukturları görə bilirdilər, ona görə də maksimal böyütmə ~2000 krat ola bilirdi. Bu isə elmin tələblərini ödəyə bilmirdi.
Elektron mikroskopiya
Elektron mikroskopiya — Yüksək dərəcəli böyüdücü mikroskoplar nanotexnologiyada geniş istifadə olunurlar. Burada bir qayda olaraq elektron mikroskopiyasından istifadə olunur ki, bu da sürətləndirilmiş elektron dəstəsinin tətbiqinə əsaslanır. Bu məqsədlər üçün zond mikroskoplarının müxtəlif variantları yaradılmışdır. Öz növbəsində elektron mikroskopiyasında iki əsas istiqamət vardır: İşıqlandırıcı elektron mikroskopiyası (İEM). Burada yüksək ayırdetmə qabiliyyəti olan elektron mikroskopiyası ayrıca bölmə kimi götürülür; Skanirə edən elektron mikroskopiyası (SEM). == İşıqlandırıcı elektron mikroskopiyası == Nazik plyonkadan ibarət obyekt vakuumda (10−6 mm c.süt.) enerjisi 50–200 keV (kiloelektrovolt) olan sürətləndirilmiş elektron dəstəsilə işıqlandırılır. Plyonkadan (obyektdən) keçən və onun atomları tərəfindən müəyyən bucaq altında kənara çıxarılan elektron dəstəsi (elektron şüası) maqnit linzalarının üzərinə düşür və fotoplyonka üzərində daxili quruluşun tam işıqlı təsviri formalaşır. Bu da imkan verir ki, tədqiq olunan obyektin kristallik quruluşa malik olub olmaması haqqında dəqiq nəticə çıxardaq. == Skanirə edən elektron mikroskopiyası == Bu üsul əsasən səthdə yerləşmiş nanohissəcikləri tədqiq etmək üçündür. Burada elektron şüaları maqnit linzaları ilə ölçüsü 1–10 nm olan nazik zonda sıxılıb keçirilir ki, oda ardıcıl nöqtədən nöqtəyə obyekt üzrə yerini dəyişir, yəni onu skanirə edir.
Köçürən zond mikroskopu
Köçürən zond mikroskopu — Bu zondlar müasir dövrün mikroskoplarıdır. Hissəciyin üst hissəsini zond vasitəsi ilə köçürmək mümkün olduğundan atom və molekulların belə hərəkətini görmək mümkün olur.

Digər lüğətlərdə

католико́с Киль парохо́дик фальце́т автопрое́зд испа́нский непарти́йность прописать пропо́рцию раздво́енность ра́нить эро́зия зюзюка apartheid black out drunken euge grind hermeneutic quadruplet undoubted unjoyful well-affected двухвинтовой нахмуриться сносно