Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blanden
Blanden (fr. Blandin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38047. Kommunanın 1999-cu il üçün əhalisi 122 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 387 ilə 664 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Mag Garden
Mag Garden (マッグガーデン, Maggu Gāden) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka və Enix (indiki Square Enix) nəşriyyatından ayrılmış rəssamlar tərəfindən 5 iyun 2001-ci ildə qurulmuşdur. 1 dekabr 2007-ci ildə Production I.G ilə birləşərək IG Port şirkətini əmələ gətirmiş və XEBEC ilə birlikdə yeni şirkətin filiallarından biri olmuşdur. == Tarix == Mag Garden 5 iyun 2001-ci ildə Enix-də (indiki Square Enix) redaktor kimi fəaliyyət göstərmiş, amma daha sonra oranı tərk etmiş Yoşihiro Hosaka tərəfindən qurulmuşdur. Enix ilə Square şirkətlərinin birləşməsi, Enix rəssamlarında manqalarının nəşrdən çıxarılması narahatçılığına səbəb olmuşdur. Buna görə bir çox rəssamlar şirkətdən ayrılaraq Mag Garden-ni qurmuşdurlar və manqalarını nəşr etdirməyə davam etmişdirlər. Mag Garden-in qurulması və keçmiş rəssamların Square Enix-dən ayrılması iki şirkət arasında müəlliflik hüquqları üzərində mübahisələrə səbəb olmuşdur. Yerli münaqişə 2003-cü ilin martında Square Enix-in təzminat ödəməsi ilə başa çatmışdır. Əvvəlcə Enix tərəfindən nəşr olunmuş keçmiş rəssamların manqaları yeni başlıqlarla nəşr olunmalı idi. 22 sentyabr 2003-cü ildə Mag Garden Square Enix qalan səhmlərini də satdıqdan sonra ayrı, müstəqil şirkət olmuşdur və Tokio birja bazarında yer tutmuşdur.4 iyul 2007-ci ildə şirkət Production I.G ilə birləşərək IG Port adlı yeni şirkət əmələ gətirəcəklərini açıqlamışdır.
Vadden dənizi
Vadden dənizi — (nid. Waddenzee, alm. Wattenmeer‎, dan. Vadehavet, Frysk: Waadsee) Şimal dənizinin cənub-şərq hissəsi olub, Avropa qitəsinin şimal-şərq sahilləri ilə ilə Friz adaları arasında yerləşir. Vadden dənizi Niderlandın cənub-qərbində yerləşən Den-Helder şəhərindən Danimarkanın Esbyerq dəniz limanına qədər təxminən 500 km məsafədə uzanır və onun cəmi sahəsi 10000 km²-ə qədərdir, lakin bəzi mənbələrə görə isə dənizin sahəsi 8000 km²-dir. O, Niderland daxilində Eysselmer körfəzindən 1927–1932-ci illərdə tikilmiş Afslyutdeyk magistralı ilə ayrılmışdır. Dəniz özünün biomüxtəlifliyi ilə seçilir. Dənizin Hollandiya və Almaniyaya aid olan hissələri 2009-cu ildə, Danimarka hissəsi isə 2014-cü ildə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilmişdir. Vadden dənizi sahil xətləri insanlar tərəfindən ən çox dəyişdirilmiş dənizlərdən biridir. Vadden dənizinin sahillərində çoxlu dambalar və bəndlər tikilmişdir.
Hilton Garden Inn
Hilton Garden İnn — Hilton Otellər Şəbəkəsinin ticarət markası olan orta qiymətli lüks otel zənciridir. == Mülkiyyət xüsusiyyətləri və qonaq otaqları == Hilton Garden inn kral və digər otaq növlərində, həmçinin, qonaq otaqlarında mikrodalğalı soba, Keurig kofe hazırlayan və soyuducu təklif edir. Standart otaqlara əlavə olaraq, bəzi yerlərdə deluks otaqlar və kiçik suitlərdə də xidmət göstərir. == Tarixi == Hilton Garden İnn 1980-ci illərdə CrestHill by Hilton adı ilə fəaliyyət göstərməyə başladı. Yavaş daşınmaz əmlak mərhələsi səbəbilə, təklif olunan 25 oteldən yalnız 4-ü tikildi. Bu dörd orijinal oteldən, üçü hələ də Hilton Garden inn otel zəncirinin bir hissəsidir. Onlar Pensilvaniya ştatının Lankaster, Miçiqan ştatının Souzfield və Kaliforniya ştatının Valensiya şəhərində yerləşirlər. İllinoys ştatının Buffalo Qrov şəhərində yerləşən digər otel hal-hazırda a Wyndham Garden Hotel adlanır. Otel brendi 1990-cı ildə yenidən Hilton Garden İnn kimi təqdim olunmuş və 20 il ərzindı öz sahib olduğu mülkiyyəti 4 oteldən 635 mülkiyyətə qədər qaldırmışdı. 2012-ci ildə, ilk ABŞ sərhədlərindən kənarda ilk Hilton Garden İnn oteli Niderlandda – Hilton Garden İnn Leiden adı ilə fəaliyyət göstərməyə başladı.
Under the Ladder
Under the Ladder (azərb. Nərdivan altında‎) — Ukraynanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mayk Rayals, Kostyantın Boçarov və Anton Karskyi tərəfindən bəstələnmişdir.
Aladdin’s Chess Adventures
Aladdin’s Chess Adventures — "Red Mile Entertainment" videooyun kompaniyası tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur.
Disney’s Aladdin (Capcom)
Disney’s Aladdin (Capcom) - "Capcom" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. == Məzmun == Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Küçə oğrularından biri olan Ələddin sehrli çıraq tapır və bu çıraqda üç arzunu yerinə yetirən Cin vardır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və arzusuna nail olur. Lakin Aqrabah Sultanının qəddar vəziri Cəfər, onun taxt-tacına sahib olmaq üçün müxtəlif hiylələrə əl atır. Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribanlıq olur.
Osama Ben Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Üsamə bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
The Garden of Words
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Aladdin’s Magic Carpet Racing
Aladdin’s Magic Carpet Racing — "Nintendo" videooyun kompaniyası tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur.
Disney’s Aladdin (Virgin Interactive)
Disney’s Aladdin (Virgin Interactive) — "Virgin Interactive" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Cəfər küçə oğrularından biri olan Ələddini Möcüzələr mağarasına apararaq ona sehrli çırağın yerini deyir. Ələddin sehrli çırağı tapır və bu çıraqdan üç arzunu yerinə yetirən Cin çıxır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və Əli-Ababua cildində Arabaha gələrək Jasminin könlünü almağa nail olur. Lakin Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribançılıq olur. Sultan isə onların evlənmələrinə razı olur.
Üsamə bin Laden (fil)
Üsamə bin Laden — ümumilikdə 27 nəfəri (digər mənbələrə görə 14 nəfər) öldürərək, hind kəndlərinin sakinlərini qorxuya salan məşhur Asiya fili. == Həyatı == Fil məşhur terrorçu Üsamə bin Ladenin şərəfinə adlandırılıb. Erkək cinsindən olan filin boyu üç metr idi. O, iki il Hindistanın Assam ştatını əhalisini qorxuya saldı. Fil yüzdən çox evi dağıtmışdı, kənd tarlalarını məhv etmişdi və yerli sakinləri öldürmüşdür. Görünür fil ağıllı idi, çünki təqibdən gizlənə bilirdi, qaldığı yeri tez dəyişirdi və və ovçular üçün iz buraxmırdı. Bildirilmişdir ki, fil fişəng və oddan çəkinmir, və tələ onun üçün qorxulu deyil. Onun vəhşiliyinin miqyası o hüdudlara gəldi ki, yerli sakinlər qəzəblənmiş fili aradan qaldırılması üçün hərbi dəstə və polis bölməsi göndərmək məcburiyyətində qaldılar, bundan əlavə əməliyyata təcrübəli meşə gözətçiləri cəlb olundu. 18 dekabr 2006-cı ildə yaxın məsafədən Üsəma ben Laden təxmin edilən fil güllələndi. Həmin filin məhz o olduğuna və ya səhvən başqasının öldürüldüyünə dair birmənalı məlumat yoxdur.
Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur. == Hekayə == Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
Qladbek
Qladbek (alm. Gladbeck‎) — Şimali Reyn-Vestfaliya torpağında yerləşən, Almaniyanın şəhərlərindən biri. Münster inzibati rayona tabedir. Rekklinqxauzen rayonuna daxildir. Əhalisi — 75 253 nəfər təşkil edir (31 dekabr 2010-cu ilin məlumatları). Sahəsi — 35,91 km². Şəhər 9 əraziyə bölünür. Şəhərin görməli yeri Vitrinqen qalasıdır.
In The Garden Of Venus (Modern Talking albomu)
In The Garden Of Venus (azərb. Venera bağında‎) - 1987-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.Bu albom qrupun 6-cı çıxarılmış albomudur.
Qadsden bayrağı
Qadsden bayrağı (ing. Gadsden flag) — sarı bir sahə üzərində dolanmış və hücuma hazır bir zolaqlı zınqırovlu ilanın təsvir edildiyi tarixi ABŞ bayrağı. Zolaqlı zınqovlı ilanın aşağısında "DONT TREAD ON ME" sözləri yazılmışdır. Bayraq ABŞ generalı və siyasətçisi Kristofer Qadsdenin şərəfinə adlandırılmışdır. Qadsden bu bayrağı ABŞ İstiqlal müharibəsi zamanı – 1775-ci ildə tərtib etmişdir. == Tarixi == === İlan simvolizmi === Zolaqlı zınqırovlu ilan orijinal On üç koloniya ərazisində yaşayırdı. Onun Amerika koloniyaları üçün bir simvol olaraq istifadəsi Bencamin Franklinin publikasiyalarına qədər gedib çıxır. O, 1751-ci ildə ilk dəfə "Pennsylvania Gazette" qazetində dərc etdiyi bir satirik şərhdə zolaqlı zınqırovlu ilana istinad etmişdir. İttiham edilmiş cinayətkarlara Amerikaya göndərmək Böyük Britaniyanın bir siyasəti idi. Buna görə də Franklin təklif etmişdir ki, amerikalılar onlara Böyük Britaniyaya zolaqlı zınqırovlu ilanlar göndərərək təşəkkür etsinlər.Franklin Fransa və hindi müharibəsi zamanı, 1754-cü ildə özünün məşhur səkkiz yerə kəsilmiş ilan təsvirini dərc etmişdir.
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden — Braziliya müğənni İveti Sanqalu və nəğməkar şair, New York Madison Square Garden yaşayır qeydə tərəfindən on birinci albom edir.
Artur Qarden
Sir Arthur Harden (12 oktyabr 1865[…], Mançester, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 iyun 1940[…]) — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu. == Bioqrafiyası == === Uşaqlıq illəri === Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu. === Tədqiqatları === Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi. Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.
Eli Qlader
Eli Qlader - tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.
Kovent-Qarden
Kovent-Qarden (ing. Covent Garden) — London şəhərinin rayonu. == Tarixi == == Rayonun vacib yerləri == === Kral Opera Teatrı === Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. == Mədəniyyəti == Kovent-Qarden uzun müddət əyləncə və bazarlıqla bağlı olmuşdur. Rayonda 13 teatr və köhnə bazarın əsas bazarlıq sahəsi ətrafında 60 pab və bar yerləşir.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.