Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nubbul
Nübl (ərəb. نبل‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 3.817 ailədə 10.836 nəfəri kişi və 10.203 nəfəri qadın olmaqla 21.039 nəfərdir.
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Toponimikası == Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. == Əhalisi == Əhalisi 1622 nəfərdir.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu - 1920-1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. == Tərkibinə daxil olan inzibati vahidlər == 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir.Tədiqatlar göstərir ki, ruslar tərəfindən “Baş-başı” kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir. XX əsrin 70-ci illərində Araz su anbarının tikintisi ilə əlaqədar olaraq bu kənd su anbarının altında qalmışdır.
Bülbül
Bülbül (lat. Luscinia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Quytul
Quytul (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. ‎Quytul (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Sünbül
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Gonbul adam (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> == Tarixi == Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
RuPaul's Drag Race
ing. RuPaul's Drag Race - Logo TV üçün World of Wonder (mövsüm 1–8), WOW Presents Plus, VH1 (mövsüm 9–14) və MTV (mövsüm 15) tərəfindən istehsal olunan Drag Race franşizasında birinci olan Amerika tv realiti şou yarışması. == Ümumi məlumat == RuPaulu şousunun süarı "Amerikanın növbəti drag super ulduzu" axtarışı ilə sənədləşdirilir. RuPaul bu şounun aparıcısı, mentoru və baş hakimi rolunu oynayır, o, iştirakçılara hər həftə müxtəlif çalışmalar təqdim edirdi. Müsabiqə iştirakçıları RuPaul, Michelle Visage, Carson Kressley, Ross Mathews-dan ibarət əsas münsiflər və onların müsabiqə boyu irəliləyişlərini tənqid edən bir və ya bir neçə qonaq münsifdən ibarət panel tərəfindən qiymətləndirilirdilər. RuPaul's Drag Race on beş mövsümü əhatə edir - RuPaul tərəfindən ev sahibliyi edilən Britaniya, Avstraliya və Yeni Zelandiya versiyaları, o cümlədən Çili, Tayland, Kanada, Hollandiya, İspan, İtalyan, Fransız, Filippin, Belçika, İsveç, Meksika, Braziliya və Alman buraxılışları və beynəlxalq səviyyədə Böyük Britaniya və Kanadada keçirilən dünya yarışları. Şou Loqo TV-də ən yüksək reytinqli televiziya proqramına çevrilərək Birləşmiş Krallıq, Avstraliya, Kanada, Hollandiya və İsrail də daxil olmaqla beynəlxalq səviyyədə yayımlanır. Şou RuPaul-a ən yaxşı realiti şou aparıcısı nominasiyasında yeddi ardıcıl Emmy Mükafatını (2016-2022) qazandırdı. Şou özü ardıcıl 4 dəfə (2018-2021) ən yaxşı realiti şou proqramı nominasiyasında Primetime Emmy və GLAAD Media Mükafatlarına layiq görülüb. O, RuPaul üçün Ən Yaxşı Realiti şou müsabiqə və ən yaxşı realiti şou aparıcısı daxil olmaqla, dörd Tənqidçinin Seçdiyi Televiziya Mükafatına namizəd olub və görkəmli makiyaj üçün Yaradıcı İncəsənət Emmi Mükafatına namizəd olub.
Abi bülbül
== Toponimik izah == Abi bülbül - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. Şiştəpə kəndinin yaxınlığındadır. == Həmçinin bax == Abdutəpə Abdurrəhmanli == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Azər Bülbül
Azər Bülbül — (1 fevral 1967, Arpaçay ilçəsi, Qars ili – 6 yanvar 2012, Antalya) Azərbaycanlı mənşəli Türkiyə müğənnisi. == Həyatı == Əsıl adı Subutay Kesgin olan Azər Bülbül 1967-cu ildə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunda dünyaya gəlmişdir. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Müğənnilik karyerasına "Qərib yolçu" albomu ilə başlamışdır. Daha sonra "Yalan olar", "Mən sənə vurğunam", "Fərat" kasetlərini buraxmışdır. 1994-cı ildə çıxardığı "Mən babayam" kaseti isə ona şöhrətin qapılarını açmışdır. Azər Bülbül 6 yanvar 2012-ci ildə vəfat edib. 44 yaşlı müğənninin cəsədi Antalyada qaldığı hotel otağında tapılmışdır. == Karyera == Azər Bülbül Almaniyada yaşayan immiqrant idi. Almaniyada qaldığı illərdə kazinolarda və toy salonlarında ifa edərkən o illərin məşhur türk müğənnisi Yıldız Tezcan tərəfindən "kəşf edilmişdir" .Ona Azər Bülbül adını verən adam Yıldız Tezcandır.
Ağboğaz bülbül
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Bülbül (Marağa)
Bülbül (fars. بلبل‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (31 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 29,5 km cənub-qərbdə, Marağa-Miyanə avtomobil yolundan 23 km cənubdadır.
Bülbül (dəqiqləşdirmə)
Bülbül — Sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi. Bülbül (roman) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi roman.
Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Bülbül (quş)
Bülbül (roman)
Bülbül – (eng. Nightingale) Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb. == Məzmunu == Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir.
Bülbül (təxəllüs)
Bülbül — təxəllüs. Bülbül (müğənni) — Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun təxəllüsü. Molla Bəyməmməd Bülbül — şair, axund. Azər Bülbül — Türkiyə müğənnisi. Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
Bülbül Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Quytul (Daşkəsən)
Quytul — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim türk dillərindəki qiytul (düşərgə) sözü ilə əlaqədardır. Yerli tələffüz forması Qotuldur. Keçmişdə maldar elatlarının yaylaq yeri olduğuna görə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Quytul kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Quytul (Germi)
Quytul (fars. قويطول‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (18 ailə).
Quytul (Kəleybər)
Quytul (fars. قويطول‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (20 ailə).
Qızılyarpaq sünbül
== Təbii yayılması == Təbii halda Çində və yaponiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 5-8 m-ə qədərdir. Onların gövdəsinin hündürlüyü 15 m-ə qədər, diametrləri isə 6,5 sm-ə qədərdir. Gövdələri açıq-yaşıl rəngdədir, işıq düşən tərəfləri qızılı-sarı rəngdə görünür. Gövdə qınları töküldükdən sonra cavan gövdələrdə parlaq mum örtüyü olur. Yarpaqları sarı-yaşıl, xırdadır. Yazda vegetativ yolla, qələmlərlə və kolların bölünməsi ilə çoxaldılır. Yayda tez böyüyür, ona görə bambukun gövdələrini qışa yaxın torpağa əymək və üstünü örtmək lazımdır. == Ekologiyası == Bitki əkildikdən sonra çox nəmişlik tələb edir. Məhsuldar torpaqlarda yaxşı bitir.