SÜLÜN
SÜMKÜRMEK
OBASTAN VİKİ
Sümbülvari irqa
Sümbülvari irqa (lat. Amelanchier spicata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Zaqafqaziyada və Krımda təbii yayılmışdır. == Botaniki təsviri == 5 metrə çatan hündür ağac və koldur. Gövdədə çətri kül rəngli, bəzən qara, cavan çətirləri sarı-çəhrayı, bəzən ağ, parlaq, açıq xallı olub, köhnə budaqlara görə dəyişir. Tumurcuqları xırda, qırmızımtıl-qonur, uzunsov və iti, zoğa yapışıq, kənarları ağ tükcüklüdür. Yarpaq yarığı çox ensiz, üstə çıxan yarpaq balışlı və 3 izlidir. Özəyi yaşılımtıl, oduncağı seyrək məsaməli, çəhrayı rəngli, bərk və ağırdır. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 4 sm-dək, kənarları dişlidir. Bünövrəsi yumru və ya bir az ürəkvaridir.

Digər lüğətlərdə

атлас городи́ть монументали́ст навя́зываться подбо́йный предрассужде́ние экзерци́ции видеосюже́т грудни́ца диффузио́нный катетериза́ция на дя́дю работать пари́жская коммуна прока́пывать су́дорога экзегети́ческий Гдов back-piece each other electoral college Gangtok potentilla sausage skin абсцисса прядать