Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləyaqət hücrəsi (film, 2011)
Ləyaqət hücrəsi — rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən sənədli televiziya filmi. == Məzmun == Filmdə böyük Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Film ""Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik…", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" adlanan hissələrdən ibarətdir. Filmdə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İlham Rəhimli Quruluşçu rejissor: Tariyel Vəliyev Quruluşçu operator: Mətləb Yaqubov Rəssam: Rafael Əsədov Səs rejissoru: Ceyhun Ağayev Montaj: Yaqub Həsənov Assistentlər: Elnurə Kazımova, Gülnarə İlham, Mikayıl Əjdəroğlu, İsfəndiyar Nağıyev, Elşən Rafiqoğlu, Əliabbas Qasımov Geyim ustası: Reyhan Əliyeva İnzibatçı: Məlahət Əhməd Mətni oxuyanlar: Laləzar Mustafayeva, Elşən Rüstəmov Direktor: Sahib Heybətov === Rollarda === İlyas Əfəndiyev Timuçin Əfəndiyev Mətanət Atakişiyeva Elnur Hüseynov == İstinadlar == == Mənbə == Vahid, T. "Ləyaqət hücrəsi": [AzTV-də rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən eyniadlı sənədli televiziya filminin təqdimatı] //Mədəniyyət.- 2012.- 4 aprel.- S. 5.