Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həbsxana
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Hərəmxana
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Kümxana
Kümxana (dəyə) — XIX-XX əsrlərdə Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikilisi. Kümxana, bir qayda olaraq, "toxmacar" və ya "gərrik" adlanan tut bağının içərisində inşa olunurdu. Kümxananın içərisində 3-4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Şəbxana (Kəleybər)
Şəbxana (fars. شبخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Stenford həbsxana eksperimenti
Stenford həbsxana eksperimenti (ing. Stanford prison experiment) — insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə. Təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində qoyulub. Təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi. Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyl peyda oldu. Həbsə salınmışlarsa mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı. Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil olub. == İstinadlar == == Xarici keçidlər == Zimbardo, P. (2007).
İsrail Həbsxana Xidməti
İsrail Həbsxana Xidməti (ivr. ‏שירות בתי הסוהר‏‎) — ümumiyyətlə İsraildə öz qısaltması Şabas (שב״ס) və ya İngilis dilində IPS ilə tanınan, İsrail həbsxanalarına nəzarət üçün cavabdeh olan dövlət qurumudur. Bu, İctimai Təhlükəsizlik Nazirliyinin səlahiyyətindədir. 2014-cü ildə IPS-də 8,800 işçi çalışırdı.
Əbu Məhəmməd Həmdani
Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani(ərəb. أبو محمد الحسن بن أحمد بن يعقوب الهمداني‎ ) (akademik İ.Y. Kraçkovski görə — əl-Həsən ibn Əhməd əl-Həmdani, İbn əl-Haiq, İbn əbu əd-Dumayn) (893, Səna — 945, Səna) —Ərəb tarixçisi, filoloqu. == Həyatı == Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani 893-cü ildə Yəmənin Səna şəhərində anadan olmuşdu.Yaşamının çoxunu Sənada keçirdi. Mükəmməl bir təhsil gördü və çox yer gəzdi; ölkəsini çox yaxşı tanıdı. Bir çox siyasi çəkişmənin içində yer aldı. Bu səbəblə bir dəfə həbsə də atıldı. Amma həbsdən çıxarılması üçün bəzi qəbilələrin üsyanını başladacaq qədər nüfuzluydu. On cildlik ensiklopedik əsəri əl-İklil'in günümüzə yalnızca VIII və X cildləri çatmıdır. Əl-İklil və başqa əsəriSifa Cəzirətü'l-Ərəb (1884-91; Ərəb yarımadası coğrafiyası), Ərəbistan'la ilgili başlıca qaynaqlardandır. Bunlarda Cənubi Ərəbistan şeirinin dəyərli örnəkləri ilə yanaşı qəbilələrin soy-kötüyü, Ərəbistanın topografiyası və tarixi mövzusunda da bir çox bilgi vardır.
Əbu Məhəmməd əl-Həmdani
Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani(ərəb. أبو محمد الحسن بن أحمد بن يعقوب الهمداني‎ ) (akademik İ.Y. Kraçkovski görə — əl-Həsən ibn Əhməd əl-Həmdani, İbn əl-Haiq, İbn əbu əd-Dumayn) (893, Səna — 945, Səna) —Ərəb tarixçisi, filoloqu. == Həyatı == Əbu Məhəmməd əl-Həsən ibn Əhməd əl-Həmdani 893-cü ildə Yəmənin Səna şəhərində anadan olmuşdu.Yaşamının çoxunu Sənada keçirdi. Mükəmməl bir təhsil gördü və çox yer gəzdi; ölkəsini çox yaxşı tanıdı. Bir çox siyasi çəkişmənin içində yer aldı. Bu səbəblə bir dəfə həbsə də atıldı. Amma həbsdən çıxarılması üçün bəzi qəbilələrin üsyanını başladacaq qədər nüfuzluydu. On cildlik ensiklopedik əsəri əl-İklil'in günümüzə yalnızca VIII və X cildləri çatmıdır. Əl-İklil və başqa əsəriSifa Cəzirətü'l-Ərəb (1884-91; Ərəb yarımadası coğrafiyası), Ərəbistan'la ilgili başlıca qaynaqlardandır. Bunlarda Cənubi Ərəbistan şeirinin dəyərli örnəkləri ilə yanaşı qəbilələrin soy-kötüyü, Ərəbistanın topografiyası və tarixi mövzusunda da bir çox bilgi vardır.
Stenford həbsxana eksperimenti (film)
Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir. Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır. == Məzmun == Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir.
Stenford həbsxana eksperimenti (film, 2015)
Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir. Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır. == Məzmun == Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir.
Büreyr ibn Xudeyr əl-Həmdani
Büreyr ibn Xudeyr əl-Həmdani (ərəb. بُرَيْر بن خُضَيْر ٱلْهَمْدَانِيّ‎) — əslən Yəməndən olan Bəni-Həmdan tayfasının bir qolu olan Bəni-Məşriq nəslindəndir. O, qari idi və Məscidül-Kufədə Quran öyrədirdi. O, həm də tabiinlərdən və Əlinin də səhabəsi idi. Büreyr Hüseyn ibn Əlinin Mədinədən Kərbəlaya hicrət etdiyini eşidəndə Hüseynin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. == Ömər ibn Sədə etiraz == Hüseynin bəzi səhabələri Ömər ibn Sədi Kərbəla döyüşündə Hüseyn ibn Əlinin su əldə etməsinə icazə vermədiyinə görə qınamışlar ki, onların arasında İbn Sədin yanına gedən Büreyr ibn Xudeyr İbn Sədin yanına gedərək Allahı və Onun Rəsulunu tanıdığını iddia edərkən "peyğəmbər ailəsini susuzluqdan ölümə tərk edib-etməyəcəyini" soruşdu. == Yezidlə mübahilə == Əbdülqeysin müttəfiqi Yezid ibn Moqal Hüseynin düşərgəsinə doğru hərəkət etdi və yaxınlaşaraq uca səslə Büreyr ibn Xudeyri çağırıb soruşdu ki, Allahın onun üçün təyin etdiyi taleyi necə tapdığını soruşdu. Bureyr cavab verdi ki, Allah onun barəsində xeyir, Yezidə isə şər göndərmişdir. Buna cavab olaraq Yezid onu azğınlardan olan yalançı adlandırdı. Büreyr onu "mübahilə"yə (yəni yalançı olana Allahın lənətini yağdırmağa) çağırdı.
Seyf ibn əl-Haris əl-Həmdani
Seyf ibn əl-Haris əl-Həmdani — Aşura günü Kərbəla döyüşündə şəhid. == Nəsil == Seyf ibn Haris (Haras) ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi. == Kərbəla döyüşündə == Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular. Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar." Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir." Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin." Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.
Meyxana
Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir. == Etimologiya == "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir. == Tarixi == === XX əsrin erkən illəri === Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırında yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir: Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.Tənqid-təbliğ teatrı səhnəsində 1922–1923-cü illərdə söylənilmiş meyxanalar – Əliağa Vahid və Bağır Cabbarzadə, daha sonralar Mirpaşa və Əli İslam, Ağasəlim Çildağ və Həkim Qəni duetləri deyişmənin ən gözəl nümunələri hesab edilə bilər.
Nassauvia remyana
Calopappus (lat. Calopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Calopappus acerosus Meyen === Sinonim === Calopappus acanthifolius J.Rémy Nassauvia acanthifolia (J.Rémy) G.F.Grandjot Nassauvia acanthifolia (J.Rémy ex Remy) G.F.Grandjot & K.Grandjot Nassauvia acerosa (Meyen) Wedd. Nassauvia remyana Wedd. == Ədəbiyyat == Crisci, J. V. & S. E. Freire. 1986. El género Calopappus (Compositae, Mutisieae). Caldasia 15(71–75): 57–69. Marticorena, C. & M. Quezada. 1985.
Ageratina remyana
Ageratina remyana (lat. Ageratina remyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Baccharis texana
Baccharis texana (lat. Baccharis texana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Quercus texana
Quercus texana (lat. Quercus texana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvia texana
Salvia texana (lat. Salvia texana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu[d] – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. == Tərcümeyi hal == Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.