həbsxana

is. prison f, cachot m ; geôle [[t]ʒol[/t]] f ; tôle f (arqo) ; ~ya salmaq incarcérer vt ; coffrer vt fam

həbs
həcc
OBASTAN VİKİ
Həbsxana
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Brayduell (həbsxana)
Brayduell (ing. The Bridewell) — 1768-ci ildə Nyu-Yorkda, Manhettendə tikilmiş həbsxana. Oksford ingilis dili lüğətinin tərifinə görə, "Brayduell" adı həm həbsxana, həm də iş evini bildirir. Bu termin On üç koloniyadakı bir sıra həbsxanalara istinad etmək üçün istifadə edilmişdir. Nyu-Yorkda yerləşən Brayduell həbsxanasının tikintisi 1768-ci ildə başlamış, lakin ABŞ İstiqlal müharibəsindən sonra tamamlanmamışdır. Buna baxmayaraq, ingilislər həbsxanadan hərbi əsirləri yerləşdirmək üçün istifadə edirdilər. Həbsxana binası "Tombs" adlı yeni həbsxana yaradıldıqdan sonra sökülmüşdür. Daşların bir qismi yeni cəzaçəkmə müəssisəsinin tikintisində istifadə olunmuşdur.
Stenford həbsxana eksperimenti
Stenford həbsxana eksperimenti (ing. Stanford prison experiment) — insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə. Təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində qoyulub. Təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi. Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyl peyda oldu. Həbsə salınmışlarsa mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı. Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil olub. Zimbardo, P. (2007).
Ulucanlar Həbsxana Muzeyi
Ankara Mərkəzi Qapalı Həbsxanası və Gözaltı Evi ya da Ulucanlar Həbsxanası — Ankaranın Altındağ mahalının Ulucanlar səmtində 1925–2006 arasında fəaliyyət göstərən bir həbsxanadır . Türk siyasi və ədəbi həyatında əhəmiyyətli bir yeri olan Ulucanlar Həbsxanasını bərpa edərək muzey və mədəniyyət və sənət mərkəzinə çevirmək layihəsi Altındağ Bələdiyyəsinə verildi. 2009-cu ildə başlanan bərpa işləri 2010-cu ildə tamamlandı. == Tarix == Hərbi anbar kimi xidmət etmək üçün 1923-cü ildə tikilən bir binada qurulan həbsxana, 1925-ci ildə edilən təmirdən sonra həbsxana olaraq istifadə olunmağa başladı. 68 nəslin öndə gələn adlarından Deniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnan, 6 May 1972-ci ildə həbsxana həyətindəki qovaq ağacının altında edam edildi. 1980 İnqilabının ilk edamları bu həbsxanada 8 oktyabr gecəsi solçu Necdet Adalı və sağçı Mustafa Pehlivanoğlunun edamı ilə baş verdi. 13 dekabr 1980-ci ildə Erdal Erenə verilən ölüm cəzası burada icra edildi. Həbsxanada Cüneyt Arcayürek, Mahmut Alınak, Fakir Baykurt, Hatip Dicle, Orhan Doğan, Bülent Ecevit, Yılmaz Güney, Nâzım Hikmet, Yaşar Kamal, Yavuz Öbekci, Selim Sadak, Sırrı Sakık, Kamal Tahir, Metin Toker, Muhsin Yazıcıoğlu və Leyla Zana Bir çox məşhur məhbus və məhkum qaldı. 29 sentyabr 1999-cu ildə başladılan Həyata Dönüş Əməliyyatı zamanı 10 nəfər həbsxanada öldü, 100-ə yaxın insan yaralandı. Ulucanlar Həbsxanası 1 iyul 2006-cı ildə bağlandı.
Stenford həbsxana eksperimenti (film)
Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir. Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir.
Stenford həbsxana eksperimenti (film, 2015)

İsrail Həbsxana Xidməti
İsrail Həbsxana Xidməti (ivr. ‏שירות בתי הסוהר‏‎) — ümumiyyətlə İsraildə öz qısaltması Şabas (שב״ס) və ya İngilis dilində IPS ilə tanınan, İsrail həbsxanalarına nəzarət üçün cavabdeh olan dövlət qurumudur. Bu, İctimai Təhlükəsizlik Nazirliyinin səlahiyyətindədir. 2014-cü ildə IPS-də 8,800 işçi çalışırdı.
Abaşiri həbsxanası
Abaşiri həbsxanası (yaponca: 網走刑務所, Hepbörn: Abashiri Keimusho) — Hokkaydo prefekturasının Abaşiri şəhərində yerləşən, 1890-cı ildə açılan həbsxana. Yaponiyanın ən şimal həbsxanası Abaşiri çayının yaxınlığında və Tento dağının şərqində yerləşir. On ildən az cəza alan məhkumlar orada saxlanılırdı. Həbsxananın qədim hissələri 1983-cü ildə Tento dağının ətəyinə köçürüldü və burada ölkənin yeganə həbsxana muzeyi kimi fəaliyyət göstərir. == Tarixi == 1890-cı ilin aprelində Meici hökuməti təcrid olunmuş Abaşiri kəndinə 1000-dən çox siyasi məhbus göndərdi və onları daha cənuba bağlayan bağlayan yollar çəkməyə məcbur etdi. Abaşiri həbsxanası daha sonra özünün yetərli əkinçilik sahəsi olan həbsxana olmağı ilə tanındı və Yaponiyadakı digər başqa həbsxanalara nümunə göstərildi. Həbsxananın çox hissəsi 1909-cu ildə baş verən yanğın zamanı yanmış, lakin 1912-ci ildə yenidən qurulmuşdur. 1922-ci ildə indiki adını aldı. 1984-cü ildə həbsxana müasir dəmir-beton kompleksinə köçdü. 1965-ci ildə çəkilən Abaşiri həbsxanası filmi həbsxananın məşhur turistik məkana çevrilməsinə böyük təsir göstərmiş oldu.
Alkatraz həbsxanasından qaçış
Alkatrazdan qaçış bu mənalara gələ bilər:
Alkatraz həbsxanasından qaçış (1962)
Alkatraz həbsxanasından qaçış — 1962-ci ilin iyun ayının 11-i 4 məhbus — Frenk Morriz, Enqlin qardaşları və Alen Vestin həbsxanadan qaçması hadisəsi. Frenk Morriz və Enqlin qardaşlarının qaçış planı uğurla alınsa da, Alen Vest həbsdən qaça bilmir. 1962-ci ildən indiyə kimi 3 məhbus — Frenk Morriz və Enqlin qardaşlarını görən olmayıb. FTB uzun müddət davam edən istintaqın nəticəsində həbsxana qaçaqlarının San Fransisko Körfəzində batdığı qərarına gəlib. Ancaq bu gün də yüksək səviyyədə qorunan bu həbsxanadan qaçan 3 nəfərin taleyi müəmmalı olaraq qalır.
Alkatraz həbsxanasından qaçış (iyun, 1962)

Halden həbsxanası
"Halden" həbsxanası (norv. Halden fengsel) — Norveçdə həbsxana; dünyanın "ən humanist və lüks" həbsxanası sayılır. Norveçin paytaxtı Oslo yaxınlığında yerləşən "Halden" həbsxanası 252 məhbus üçün nəzərdə tutulmuşdur. Həbsxananın ətrafında 6 metr hündürlüyündə hasar var. Layihə müəllifləri beton-blok inşaatından imtina edərək ağacla üzlənmiş ikimərtəbəli kərpic korpuslar tikiblər. Bu həbsxanada hər məhbusun vanna otaqlı əlahiddə kamerası var və bu kameralar üç ulduzlu otel otaqlarına bənzəyir. Kameralarda DVD pleyerlər, internetə qoşulmuş kompüter də var. Hər 12 məhbus üçün ayrıca qonaq otağı da nəzərdə tutulub. Həbsxana nəzarətçilərinin yarısı qadınlardır. Üstəlik, nəzarətçilərə silah verilməyib və onlar çox vaxt məhbuslarla birlikdə nahar edir, idmanla məşğul olurlar.
Həbsxanadan qaçış
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Landsberq həbsxanası
Landsberq həbsxanası — Almaniyanın Bavariya əyalətinin Landsberg am Lech şəhərində (Münhendən 65 kilometr qərbdə və Auqsburqdan 35 kilometr cənubda) yerləşən qala və həbsxanadır. Bu, həm də Adolf Hitlerin başçılıq etdiyi nasist partiyasının uğursuz Pivəxana qiyamından sonra Adolf Hitler və Rudolf Hessin saxlandığı yerdir.
Montelyupix həbsxanası
Montelyupix həbsxanası (pol. Więzienie Montelupich) — II Dünya müharibəsində Gestapo tərəfindən XX əsrin əvvəllərində istifadə edilmiş Krakovdakı tarixi həbsxana. Həbsxana yerləşdiyi prospektin adı ilə Montelyupix həbsxanası adlanıb. "İşğal olunmuş Polşadakı ən dəhşətli nasist həbsxanalarından biri" kimi qəbul edilir. Gestapo müəssisəni 1941-ci il martın sonunda Alman Sicherheitspolizei— dən alıb. Montelyupix Həbsxanasına nəzarət etmək üçün məsul olan nasist məmurlarından biri də Lyudviq Han idi Montelyupixdeki II Dünya müharibəsi məhbusları, əsasən, etnik cəhətdən Polşa siyasi məhbusları və Gestapo küçə basqınlarının qurbanları, eyni zamanda həbs cəzasına məhkum edilmiş SS və Təhlükəsizlik Xidmətinin (SD) Alman üzvləri, İngilis və Sovet casusları və paraşütçüləri, Waffen-SS-ni tərk edən əsgərlər və müntəzəm məhkumlar idi. 1940-1944-cü illərdə Montelyupixə keçmiş və ya həyatlarını sona çatdıransiyasi məhbusların sayı 50.000-ə yaxındır. Kurkeviçova bildirir ki,"orta əsr işgəncələri" almanların əsas və prinsipial sorğu metodunu təşkil edirdi. 1939-cu il tarixli fotoşəkildə, həbsxananın (qapının) qapısındakı lövhə üzərindəki yazıda "Sicherheits-Polizei-Gefängnis Montelupich" yazısı oxunsa da, "Montelyupix Həbsxanası" adı adi populyar konvensiyaya əsaslanaraq indi o formada tarixə keçsə belə ciddi şəkildə qeyri-rəsmi olaraq verilir. Montelyupix istintaqı birinci instansiya həbsxanası idi,Nasistlər tərəfindən 1939-cu ildə Krakov Professorlarının Həbsi adlandırılan Yagellon Universitetindən Polşa professorlarını həbs etmək üçün istifadə edilən Polşa ziyalılarının aradan qaldırılması üçün bir əməliyyat idi.
Qara delfin həbsxanası
Qara delfin (rus. Чёрный дельфин) — ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniya. Rusiyanın Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən koloniyada əsasən qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır. Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq saxlanılır. Qara delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir. Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir. Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.
Qobustan həbsxanası
Qobustan həbsxanası — Ədliyyə nazirliyinin nəzdində fəaliyyət göstərən qapalı cəza çəkmə mərkəzi. AZ-1080, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Spaç Həbsxanası
Spaç həbsxanası (alb. Burgu i Spaçit) — Albaniyanın kommunist rejimi boyunca xüsusi olaraq siyasi məhkumlar üçün istifadə edilmiş həbsxana idi. Spaç kəndində yerləşdiyi üçün belə adlandırılmışdır. Keçmiş həbsxana indi ikinci dərəcəli milli abidə kimi qorunur. Sürətlə körlanan bu obyekti muzeyə çevirmək planlaşdırılırdı, amma 2013-cü ilin fevral ayına olan vəziyyətə görə bu barədə hələ heç bir irəliləyiş əldə olunmayıb. 1973-cü ildə bir sıra məhbuslar üsyan qaldırdılar, onun gedişində kommunist bayrağı endirilmişdir. 1984-cü ildə analoji üsyan Qafë Bar həbsxanasında baş vermişdir. 2015-ci ildə Nyu York təşkilatı olan World Monument Fund həbsxananı "Dünyanın ən təhlükəli 50 abidəsi" siyahısına salmışdır.
Sultanəhməd həbsxanası
Sultanəhməd həbsxanası — İstanbulda, Sultanəhməd meydanının şərq seqmentindəki sahədə yer almış köhnə həbsxana. Hal-hazırda "Four Seasons" hotel olaraq istifadə edilir. Sultanəhməd həbsxanasının 1918-1919-cu illərdə memar Memar Vedat Tek tərəfindən inşa edilmişdir. 1845-ci ildə tikintisinə başlanan, sonradan ədliyyə olaraq istifadə olunan Darülfünun binasının yanında inşa edilmişdir. Bayrampaşa həbsxanasının açılmasından sonra, 1969-cu ildə bağlanıldı. 1980-ci ildə İstanbuldakı cəza evlərindəki sıxlıq səbəbi ilə, Hərbi vəziyyət Komandanlığının istəyinə əsasən təkrar həbsxana halına gətirilmişdi və 1986-ci ilə qədər hərbi həbsxana olaraq fəaliyyət göstərmişdir. Bir daxili həyəti şərq-qərb istiqamətində əhatə edən iki əsas quruluşdan ibarət bina zirzəmi qatlar üzərinə oturur və qismən tək, qismən də iki mərtəbəli bir görünüş alır. Binanın qərb qanadının cənub ucuna 1788-ci ildə Nakşidil Sultan bulağı inşa edilmişdir. Min nəfərlik tutuma malik həbsxananın xarici hissəsində olduqca çox sayda çini istifadə edilmişdir və çinilər dövrün çini ustası Kütahyalı Hafiz Mehmed Emin tərəfindən düzəldilmişdir. Bina 1996-ci ildə bərpa edilərək hotelə çevrilibdir.
Həbsxanada təcavüz
Petux və ya xoruz (rus. петух), həmçinin keçi və ya kozyol (rus. козёл), çmo (rus. чмо), mavi və ya qoluboy (rus. голубой), incidilmiş, küsdürülmüş, sındırılmış, pərt olunmuş, "obıjenniy" (rus. обиженный) — cinayət jarqonunda həbsxana iyerarxiyasında ən aşağı səviyyəni tutan şəxsi, passiv homoseksualı və ya adətən məhbus etikasının kobud şəkildə pozulmasına görə zorla homoseksual cinsi əlaqəyə girmiş şəxsi ifadə edən anlayış. "Petux" həmçinin, Azərbaycanda homoseksuallara qarşı istifadə edilən təhqiredici sözdür. == Hüquqi baxımdan == 2015-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın ən yüksək rejimli koloniyalarından birində cəza çəkən, islah müəssisəsində mövcud olan həbsxana iyerarxiyasına qarşı çıxış edən məhbusun şikayətini qəbul etmişdir.
Həbsxanalarda internet
Həbsxanalarda internet — həbsxana şəraitində məhkumların internetdən istifadə etməsi. Həbsxanalarda internetdən istifadə məhbuslara xarici dünya ilə kommunikasiya qurmağa imkan verir. Həbsxanalarda telefondan istifadə hallarında olduğu kimi nəzarət altında internetdən müxtəlif məqsədlər üçün istifadə etmək hüququ ABŞ-nin 49 islah sistemində və Kanadanın beş vilayətində təsdiqlənmişdir. Havay, Ayova, Nebraska və Nevada istisna olmaqla, hesabat verən ABŞ sistemlərinin hər biri və Kanadanın hesabat verən beş vilayətinin hamısı məhbusların təhsil proqramlarını işə salmaq üçün kompüterlərdən istifadə edir. Teletibb vasitəsilə məhbusların sağlamlıq problemlərini həll etmək üçün 36 hesabat verən ABŞ sistemi var. Həbsxanada cib telefonlarından istifadə etmək hallarında olduğu kimi nəzarətsiz formada smartfon, şəxsi notbuk və planşet vasitəsilə internetə çıxış bütün məhbuslar üçün qadağandır. == Ölkələr üzrə == === Avstraliya === Məhkumların kompüter qurğularına və internet resurslarına çıxışı Avstraliyada yurisdiksiyalara görə dəyişir. Bəzi ştatlarda fərdi kompüter qabiliyyətinə malik cihazların həbsxana kameralarında istifadəsinə icazə verilir, bəzilərində idarə olunan formada internetə çıxış təmin edilir, digər ştatlarda isə bütün mövcud cihazlar geri alınır. Kompüterlərdən istifadə ümumiyyətlə təhsil, qanuni məqsədlər və idarə olunan reinteqrasiya üçündür. Bu siyasətin əsası təhsil və ya hüquqi məqsədlər üçün kompüterdən istifadəyə ehtiyacı olan bütün məhbusların əlverişsiz vəziyyətdə qalmamasını təmin etməkdir.
Olenivka həbsxanasında qətliam
Olenivka həbsxanasında qətliam — 29 iyul 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Donetsk vilayətinin Olenivka yaxınlığındakı Molodijne kəndində Rusiya tərəfindən idarə olunan həbsxanada ukraynalı hərbi əsirlərin yerləşdiyi binanın dağıdılması. Hadisə nəticəsində , 53–62 ukraynalı hərbi əsir həlak olmuş, 75–130 nəfər yaralanmışdır. Əsirlər əsasən Mariupolun mühasirəsində Ukraynanın son qalası olan Azovstal kompleksinin əsgərləri idilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdir ki, Rusiya orada ukraynalı əsirlərin işgəncə və qətlini ört-basdır etmək üçün kazarmanı partlatmışdır və Ukrayna rəsmiləri əvvəlcədən qazılmış məzarların peyk şəkillərini təqdim etmişdilər. Rusiya HIMARS raketinin Ukrayna ərazisindən vurulduğunu irəli sürmüşdür. Məhkəmə və silah ekspertlərinin işinə, habelə peyk şəkillərinə əsaslanan müstəqil araşdırmalar, hadisələrin Rusiya versiyasının çox güman ki, uydurma və dezinformasiya olduğunu müəyyən etmişdir, çünki zərərin HIMARS raketi tərəfindən vurulması ehtimalı praktiki olaraq yoxdur və bunun əvəzinə sübutlar həbsxananın binanın içərisində partladılmış bomba ilə partladıldığı göstərir. 3 avqustda BMT-nin baş katibi Antoniu Quterreş həm Rusiya, həm də Ukraynanın tələbi ilə faktaraşdırıcı missiya yaratmaq qərarını açıqlamışdır. Buna baxmayaraq, Rusiya BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıqdan imtina etmiş və faktaraşdırıcı missiya ləğv edilmişdir. 29 iyul 2022-ci ildə verdiyi bəyanatda Avropa İttifaqının xarici əlaqələr üzrə yüksək vəzifəli rəsmisi Jozep Borrell Rusiyanı hücumda günahlandırmış, bunu "dəhşətli vəhşilik" və "barbar hərəkət" adlandırmışdır. Estoniya, Birləşmiş Krallıq və Fransa rəsmiləri də oxşar münasibət bildirmişdilər.
İzolyasiya həbsxanası
İzolyasiya həbsxanası (ukr. Ізоляція, rus. Изоляция) — Ukraynanın Donetsk şəhərində 2014-cü ildə Rusiya Silahlı Qüvvələri tərəfindən şəhərin ələ keçirilməsindən sonra, keçmiş "İzolyasiya" fabriki və incəsənət mərkəzi binalarının yerində yaradılmış həbsxana. Həbsxana, Donetsk Xalq Respublikası (DXR) nümayəndələrinin “İzolyasiya” İncəsənət Fondunun ərazisini ələ keçirərək DXR Dövlət Təhlükəsizlik Nazirliyinin qapalı ərazisinə çevirdikdən sonra yaradılıb. İzolyasiya DXR döyüşçüləri üçün təlim mərkəzi, eləcə də avtomobillər, hərbi texnika və silahlar üçün anbar kimi də fəaliyyət göstərir. Həbsxana gizli statusa malikdir, çünki məhbuslar lazımi araşdırma aparılmadan qanunsuz DPR məhkəmələri tərəfindən məhkum edilir. İzolyasiya məhbuslarının yalnız işgəncələrə məruz qaldıqdan sonra etiraf etdikləri bir çox məlum məsələlər var. Bina, 1955-ci ildə xam pambığın emalı fabriki kimi tikilmiş və sonradan pambıq plitələr, bazalt lifi, bazalt karton, bazalt matları və bazalt əsaslı plitələr istehsalına uyğunlaşdırılmış bina kimi fəaliyyət göstərmişdir. Zavod 1990-cı ildə bağlanıb. 2010-cu ildən 2014-cü ilə qədər yaradıcı sənətlər ətrafında mərkəzləşmiş İzolyasiya Fondu ərazisinə çevrilib.
İzolyatsiya həbsxanası

Fox River həbsxanası
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Lefortovo həbsxanası
Lefortovo həbsxanası ( Лефортовская тюрьма ) — Rusiya, Moskva şəhərinin Lefortovo rayonunda yerləşən həbsxana . Həbsxana 1881-ci ildə Rusiya İmperiyası dövründə tikilib və çar I Pyotrun köməkçisi Frans Lefortun adını daşıyır. Həbsxana xüsusilə Sovet İttifaqı dövründə siyasi məhbusların göndərildiyi yer idi. Hal-hazırda həbsxana Rusiya Ədliyyə Nazirliyinə bağlıdır.

Digər lüğətlərdə