Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmyerlilər
Həmyerlilər — 1998-ci ildə rejissorlar Lütfi Məmmədbəyov və Əmirhüseyn Məcidov tərəfindən eyniadlı pyes əsasında ekranlaşdırılmış tammetrajlı televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Bürcəli Əsgərov,Səyavuş Aslan, Tariyel Qasımov,Nübar Novruzova və Hacı İsmayılov ifa edirlər. Əsərin müəllifi Altay Məmmədovdur. == Məzmun == Televiziya tamaşasında hadisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən idarələrin birində və ətrafında cərəyan edir. Belə ki, hadisələr idarəyə yeni inspektorun(əslində, nazir müavininin) təyin edilməsi ilə üz verir. Yeni işçinin rəhbərin həmyerlisi olması idarənin qəliz taleyi üçün ümid yeri hesab edilir, fəqət inspektorun(Tariyel Qasımov) öz işini dürüst şəkildə yerinə yetirməsi," Həmyerli" məsələsini dövlətə sədaqətlə xidmətdən üstün tutmaması idarə rəhbərliyinin planlarını alt-üst edir. Televiziya tamaşasında günün ümdə məsələləri işıq üzü görür. Rüşvətxorluq, həmyerlipərəstlik, dələduzluq, şan-şöhrətə aludə kimi əyriliklər ekran həllini tapır. Tamaşanın ən yaddaqalan süjeti isə sonda hər kəsin Xanım xalanın(Lətifə Əliyeva) sayəsində inspektorun, əslində, nazir müavini olduğunu bilməsidir.
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti və ya İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı (az-əbcəd. ایروان والیلیگی مسلمانلری یرداشلیگی‎) — Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə İrəvan quberniyasının soyqırımına məruz qalan türk-müsəlman əhalisi arasında əlaqələr yaratmaq və həmin quberniyadan olan azərbaycanlı qaçqınlara maddi yardım göstərmək məqsədilə Bakıda yaradılmış qurum. İrəvan quberniyası, həmçinin Naxçıvan bölgəsilə əlaqələrin yaradılması və inkişafında, buradakı yerli azərbaycanlı əhalinin problemlərinin həllində əslən keçmiş İrəvan quberniyasından olan ictimai xadimlərin, ziyalıların, onların yaratdıqları təşkilatların və cəmiyyətlərin mühüm rolu olmuşdur. 1919-cu il yanvarın 2-də Bakıda İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirildi. Araz-Türk Cümhuriyyətinin nümayəndəsi P. Bayrambəyov müşavirə iştirakçılarını İrəvan quberniyası müsəlmanlarının faciəli vəziyyəti ilə tanış etdi. O, Araz-Türk Cümhuriyyətinin yaranması tarixi barədə də ətraflı məlumat verdi. Müşavirədə tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyasını tutmaq, bu mümkün olmadıqda isə Ararat Cümhuriyyəti müsəlmanlara qarşı törədilən vəhşiliklərin qarşısını almaq üçün tədbirlər görməyə məcbur etmək qərara alındı. Bölgəyə qarışıq komissiya göndərmək xahişi ilə ingilis generalı Tomsona müraciət etmək, onunla görüşmək məqsədilə Teymur bəy Makinski, P.Bayrambəyov və başqalarından ibarət nümayəndə heyəti yaratmaq, yerli azərbaycanlı əhalinin ağır vəziyyətilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinə memorandumlar vermək də nəzərdə tutulurdu. Qərara uyğun olaraq, 1919-cu il yanvarın 5-də Parlamentin binasında keçmiş İrəvan quberniyasında, o cümlədən Naxçıvan bölgəsində yaşayan azərbaycanlıların nümayəndələrinin fövqəladə iclası keçirildi, mahaldakı mövcud vəziyyət müzakirə olundu və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı adlı cəmiyyət yaradıldı. Yanvarın 6-da cəmiyyətin iclasında aşağıdakı tərkibdə idarə heyəti seçildi: Teymur bəy Makinski (sədr), H.Qasımov (sədr müavini), R.İsmayılov (katib), M.Sidqi (katibin müavini) və Abbasəli bəy Makinski (xəzinədar).