Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Zəhərlənmə
Zəhərlənmə — orqanizmə zəhər və ya toksinlərin düşməsi ilə meydana gələn xəstəlik və ya rahatsızlanma, habelə bu xəstəliyə gətirib çıxaran hərəkətlər (məsələn, kiminsə zəhərlənməsi və ya zəhərlə öldürülməsi). Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu miqdarda toksik maddə daxil olur. Daxilolma təkcə mədə-bağırsaq yolu ilə deyil, həm də tənəffüs sistemi, dəri, inyeksiya və s. yollarla mümkündür. İlk yardım zamanı öncə zəhərin nə olduğu, nə qədər qəbul edildiyi, hansı yolla qəbul edildiyi, nə qədər vaxt keçdiyi nəzərə alınmalıdır. Təcili tədbirlər 3 istiqamətdə aparılır: 1. Zəhəri orqanizmdən mümkün qədər çıxarmaq. Əgər xəstə zəhəri ağızdan qəbul edibsə tez mədə yuyulmalı, çox vaxt keçibsə həm də işlədicilər verilməli, imalə olunmalıdır. Mədəni yumaq üçün xəstə çoxlu miqdarda otaq temperaturunda su içib qusmalıdır. Suya 4-5 tablet aktivləşdirilmiş kömür əlavə etmək olar.
Fərqlənmə kursu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Ageratina helenae
Ageratina helenae (lat. Ageratina helenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe helenae
Aloe helenae (lat. Aloe helenae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Bulbophyllum helenae
Bulbophyllum helenae (lat. Bulbophyllum helenae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Jurinea helenae
Jurinea helenae (lat. Jurinea helenae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Paphiopedilum helenae
Paphiopedilum helenae (lat. Paphiopedilum helenae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Paphiopedilum helenae f.
Crataegus helenae
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Rosa helenae
Rosa helenae (lat. Rosa helenae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan kollardır. Qopartikanları bir formada, iri, əyilmiş, bəzi hallarda düz, qaidə hissəsi çox enliləşmişdir, yarpaqları yumşaq tüklüdür, 5-7 ədəd yumurtavarı və ya ellipsşəkilli, az iylidir. Vəzicikli və yumşaq tüklə örtülü, mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltığı 8-12 mm uzunluğunda, 5-6 mm enində olub, qısa, nazik sivri qulaqcıqlara malikdir. Bunlar üstdən çılpaq və hamar, altdan kənarı boyu vəzili və sıx tüklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri tək və ya 2-3 olmaqla yerləşmişdir, uzunsaplaqlıdır.
Paphiopedilum helenae f. aureum
Paphiopedilum helenae (lat. Paphiopedilum helenae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Paphiopedilum helenae f.