Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərvərdə
Pərvərdə - karameləoxşar Azərbaycan şirniyyatı Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. Tərkibinə düyü unu, şəkər tozu, limon turşusu, vanil daxildir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Hərmələ
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Hərəkə
Hərəkə (حرکه), Ərəb əlifbasındaçı səsli hərflərin yerinə işlənir. Əsldə bu əlifbada hammı səslilər göstərilmir. Azərbaican-ərab əlifbasında bəzi hərflər səsli yerinə işlənir. Misal üçün əlif A/a yerinə istifadə olunur ha belə hərdən هـ/ه Ə yerinə işlənir. Hərəkələr müasir Ərəb dilində yeni yaranmışdır. Səslilər yalnız Quran yazılarında maxsus tələfüz göstərmək məqsədilə istifadə olunur. fəthə (فَتحه) َ hərfin yuxarısında gəlir və Ə səsin verir. سَله (sələ) bu misalda ikinci Ə səsini ـه göstərir. kəsrə (کَسره) ِ hərfin aşağısında gəlir və İ səsin verir. بـِل (bil) zəmmə (ضمه) ُ hərfin yuxarısında gəlir və O, U səslərin verir həmin hərəkə و ilə gələndə (وُ) O, U, Ö və Ü səsidə verir.
Xosrov Gərədə
Xosrov Gərədə (19 may 1884, Ədirnə – 20 mart 1962, İstanbul) — Türk İstiqlal Müharibəsində və Cümhuriyyət tarixində önəmli adlardan biri olan Türk əsgəri, siyasətçi və diplomatdır. Qurtuluş Müharibəsi dövründə daxili qiyamların yatırılmasında rol oynadı. Müharibədən sonra səfir və müavin vəzifələrində çalışıb. Rıdvanbəyoğlu ailəsindən Ferik (general-leytenant) Mehmet Ali Paşanın və Mah-ı Nur Hanımın oğludur. 1908-ci ildə Hərbi Akademiyanı qərargah kapitanı rütbəsi ilə bitirmişdir. 7. Diviziya qərargah zabiti və Afina hərbi attaşesi vəzifələrində çalışmışdır. Birinci Dünya Müharibəsi dövründə qərargahda 2-ci Komandir idi. Kəşfiyyat şöbəsi zabiti, 1. Qafqaz Korpusu Baş qərargah rəisi, 25.
Hərmələ ibn kahil əsədi
Uşaqlardan hərbidə istifadə edilməsi
Uşaqlardan hərbidə istifadə edilməsi — Uşaqlardan hərbidə istifadə edilməsi halı əsasən bir neçə formada müşahidə edilir: Uşaqların bir başa hərbi əməliyyatlarda iştirak etməsi, uşaqlardan müşahidəçi, xəbərçi və kəşfiyyat məqəsədləri ilə istifadə edilməsi. Tarix boyunca baş vermiş bir çox müharibələr zamanı uşaqlardan hərbi əməliyyatların gedişində fəal şəkildə istifadə edilmişdir. Bir çox dini və mənəvi dəyərlərdə uşaqlardan bu məqsədlərlə istifadə edilməsi qadağan edilsədə, 1970-ci ildən bəri yaşanan müharibələrdə uşaq əməyindən istifadə hallarının artması müşahidə edilir. 1970-ci illərdə qəbul edilmiş Uşaqlardan hərbidə istifadə edilməsinin dayandılması barədə Konvensiyasının qəbul edilməsinə baxmayaraq belə halların sayı azalmamışdır. 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyırlar.
Amblyseiulella heveae
Amblyseiulella heveae (lat. Amblyseiulella heveae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.
Devid Hervud
Devid Hervud (ing. David Harewood; 8 dekabr 1965) — Böyük Britaniya aktyoru və aparıcısı. O, daha çox "Vətən" teleserialındakı MKİ Terrorizmə Qarşı Mübarizə Departamentinin müdiri, eləcə də "Supergörl" teleserialındakı Con Cons / Marslı ovçu və Henk Henşou rolları ilə tanınır. == Həyatı == Devid Hervud 8 dekabr 1965-ci il tarixində Birləşmiş Krallığa daxil olan İngiltərənin Birminhem şəhərində anadan olmuşdur. Ailəsi Barbados əsillidir və 1950-ci illərin axırlarında İngiltərə köçmüşdülər. Onun atası yük maşını sürücüsü, anası isə ərzaq tədarükçüsü idi. Onun bacısı Sandra, qardaşları isə Rocer və Poldur. O, Müqəddəs Benedikt adına kiçik məktəb və Veşvud Hit Akademiyasında təhsil almışdır. O, Milli Gənclik Teatrının üzvüdür. Gənclik illərində Birminhem şəhər mərkəzindəki bir çaxır barında işləmiş Hervud 19 yaşında Dram İncəsənəti üzrə Kral Akademiyasına daxil olmuşdur.