Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baxşeyiş Hətəmli
Baxşeyiş Hətəmli, Baxşeyiş Abbasoğlu (Hətəmli) — 1963-cü il fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1970–80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981–82-ci illərdə, 1984–1987-ci illərdə Ağdam rayonunun M. F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982–1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1981–90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə "Ağdam" qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı hərbi hissələrinin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri və kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir. O, Qarabağ müharibəsinin iştirakçısıdır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Baş leytenantdır. Azərbaycan Respublikasının torpaqlarının erməni təcavüzündən müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, gənclərimizə mərdlik, vətənpərvərlik və qəhrəmanlıq duyğularının aşılanmasında göstərdiyi xidmətlərinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyi tərəfindən "Fədai", "Vətən naminə" və "Vətənpərvərlik işində xidmətlərinə görə" medalları ilə təltif olunmuş, iki dəfə 708 saylı hərbi hissənin döş nişanını almışdır.
Hətəmlər
Hətəmlər (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Hətəmlər (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonu inzibati ərazi vahidində kənd.
Hətəmlər (Laçın)
Hətəmlər – Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Yaşayış məntəqəsi hətəmlər nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.Kənd əhalisinin etnik tərkibi azərbaycanlılardan ibarətdir. == Tanınmışları == Maarif Köçkün – şair. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hətəmlər (Tovuz)
Hətəmlər — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd hətəmlər nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində, dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.