Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hallasan
Hallasan Cənubi Koreyanın Çejudo adasında yerləşən Qalxanvari vulkandır. Cənubi Koreyadakı ən yüksək dağdır. Dağ və ətrafındakı ərazi Hallasan Milli Parkı (한라산국립공원, 漢拏山國立公園) kimi təyin olunmuşdur. Cirisan və Soraksan ilə birlikdə Hallasan Cənubi Koreyanın üç əsas dağından biri hesab olunur. == Adları == Hallasan Cənubi Koreyadakı ən yüksək zirvədir və koreyalılar burda müxtəlif allahların və ruhların yaşadığına inandığı üçün bu dağa sitayiş edir. Bu dağın adı Şimali Koreyada Çosungulda Hannasan (한나산) kimi yazılır, lakin yenə də Hallasan olaraq tələffüz olunur. Keçmişdə bu dağ Buaq (부악/釜岳), Vonsan (원산/圓山), Cinsan (진산/鎭山), Sonsan (선산/仙山), Dumuaq (두무악/頭無岳), Burasan (부라산/浮羅山), Yonqcusan (영주산/瀛州山), və Hyolmanqbonq (혈망봉/穴望峯) kimi bir çox digər adları ilə tanınmışdır. Bu adların hər birinin mənaları və əfsanələri var. === Hallasan === Han kainatı təmsil edir və la isə "dartmaq" mənasına gəlir. Hər iki söz birlikdə dağın kainatı dartacaq qədər hündür olduğunu ifadə edir.