Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Evelyn Hamann
Evelyn Hamann (ing. Evelyn Hamann; 6 Avqust 1942 - 28 Oktyabr 2007) — Alman aktrisa.
Hacman
Hacman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacıman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Albizia saman
Albizia saman (lat. Albizia saman) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərarabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Bir dövretmə ayın, yəni Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə və 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə və 12 saniyə). Müasir təqvimlərdə ay 365 və 366 gün davam edir və bir ilin 12-də biri olaraq qəbul edilir.
Böyük Hamam
Böyük Hamam (yun. Μπουγιούκ Χαμάμ) ― Şimali Nikosiyada türk hamamı. İplik Pazarı məscidinə yaxındır. Zaman keçdikcə ətraf ərazilərin zəmininin qalxması nəticəsində tikilinin qapısı yer səviyyəsindən 2 metr, hamam otaqları isə 3 metr aşağıda qalmışdır. == Tarix == Hamamın yerində 1306-1309-cu illərdə latınların Müqəddəs Corc kilsəsi inşa edilmiş və böyük şənliklərlə açılmışdır. Kilsə XIV əsrdə iki mühüm hadisənin məkanı olmuşdur. 10 noyabr 1330-cu ildə Lefkoşa şəhər divarlarının içərisindən axan Pedieos çayının daşqınlarına məruz qaldı. Daşqın 3 000 nəfərin ölümünə səbəb oldu. 17 yanvar 1369-cu ildə isə bəzi cəngavərlər Kipr kralı I Pyotru öldürmək üçün plan qurduqda kilsə sui-qəsd məkanı oldu. Kevork Keşişyana görə kilsə kral sarayının yaxınlığında idi və beləliklə böyük əhəmiyyət kəsb edirdi.Bina adadakı Osmanlı hakimiyyətinin ilk illərində, 1571-1590-cı illər arasında Türk hamamı olaraq yenidən qurulmuşdur.
Ciloan Hamad
Ciloan Hamad (isv. Jiloan Hamad; 6 noyabr 1990, Bakı) — İsveç millisinin və "Hammarbü" FK-nın futbolçusu. == Həyatı == Milliyyətcə kürd olan Ciloan Hamad 6 noyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun ailəsi Bakıya İraqın Ranya şəhərindən gəlmişdir. Onun atası Mohammed Hamad, 15 il idi ki, kürd peşmərgəsində döyüşürdü; həyat yoldaşı və uşaqları ilə birlikdə İraqdan qaçmışdır. Ailəsi sonra Türkmənistanda, daha sonra isə Rusiyada qaçqın statusu almışdır. 1992-ci ildə iki yaşındaykən qaçqın kimi İsveçdə məskunlaşmışlar.
Ded Hasan
Aslan Rəşidoviç (Raşoyeviç) Usoyan (gürc. ასლან უსოიანი, rus. Асла́н Раши́дович Усоя́н; 28 fevral 1937, Tbilisi – 16 yanvar 2013, Moskva) — kürd və yezid əsilli SSRİ və Rusiya cinayətkarı. Usoyanın təsiri postsovet məkanına və bir çox Qərbi Avropa cinayət dünyasına yayılmışdır. "Ded Xasan" (rus. Дед Хасан, azərb. Həsən Baba‎) və "Deduşka" (rus. Дедушка, azərb. Baba‎) ləqəbləri ilə tanınır. Əməliyyat və media məlumatlarına görə, Ded Xasan — Qafqaz cinayətkar dəstələrinin lideri idi (xüsusilə "Tbilisi" və "Kürd" klanlarının), həmçinin də Rusiyanın ən güclü cinayətkar "avtoritetlərindən" və "qanuni oğrularından" biri idi.O Azərbaycan cinayət ailəminin şahı sayılan Lotu Quli adlı Nadir Səlifova ona sadiq olan idmançı Yapon ləqəbli Novruz Bayramovu onun bratvasina (qardaşlığına) verməsini istəyir.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Gümbəzli hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. == Tarix == XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər.1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır.2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar. 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutub. Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində gerçəkləşib. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-nin Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hakan Erol
Hakan Erol (10 avqust 1984, Ərzurum) — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. == Həyatı == 1984-cü il,10 avgustda Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. Əslən Qərbi Azərbaycan, Türkiyənin İğdır vilayətindəndir. Ana tərəfdən Əmirasan xan Qırxlı-Avşar (Təbriz xanı) soyundandır. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin İnstrumental İfaçılıq bölümünü bitirmişdir. 2014-cü ildən şairə, söz yazarı Leyli İsrafilova ilə evlidir. 2019-cu ildə Kaan adlı oğlu dünyaya gəlmişdir. 2018-ci ildə Türkiyə istehsalı "Dümdüzz Adam" filminin soundtrackini aranjiman etmişdir. == Karyerası == 2005-ci ildən musiqi sahəsində fəaliyyət göstərir. Peşəkar karyerasına isə 2010-cu ildən bəstəkar kimi fəaliyyətini davam etdirməkdədir.
Hakan Fidan
Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən). == Həyatı və karyerası == Ata tərəfdən kürddür.1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi. 14 noyabr 2007-də Baş nazirin məsləhətçisi vəzifəsinə gələn Hakan Fidan, 2008-ci il noyabr ayında Beynəlxalq Atom Enerjisi Təşkilatı İdarə heyəti üzvlüyünə təyin edildi.
Hakan Günday
Hakan Günday (d.29 may, 1976, Rodos) — Türk yazıçıdır. == Həyatı == 29 may 1976-cı ildə Rodosda doğulmuşdur. İlk təhsilini Brüsseldə tamamlamış, Ankaradakı Tofiq Fikrət Liseyini bitirdikdən sonra Hacettepe Üniversitetinin Fransız tərcüməçiliyi fakültəsində təhsil almışdır. Növbəti il Université Libre Brukselles-in siyasi elmlər fakültəsinə keçmişdir. Təhsilinə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində davam etmişdir. Hakan Günday Türkiyənin keçmiş millət vəkillərindən olan Faiq Gündayın nəvəsidir. == Yaradıcılığı == İlk romanı Kinyas və Kayranı 2000-ci ildə çap etdirir. Son romanı Daha isə 2013-cü il oktyabrın 23-də çıxmışdır.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Hakan Utangaç
Hakan Utangaç 1965-ci ildə İstanbulda doğulmuşdur. Pentagram qrupunu qurmuşdur.
Hakan Yavuz
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır. == Həyatının erkən dönəmi və təhsili == Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.