Hökmdar hamamı (Qədim Gəncə)
Hökmdar hamamı — Qədim Gəncə ərazisində, Hökmdar sarayı kompleksinə daxil olan XVI əsrə aid tarix-memarlıq abidəsidir.
== Tarixi ==
Xan hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir. Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir.
Hamam ərazisindən 3 metr dərinlikdə sikkə dəfinəsi üzə çıxarılmışdır. Dəfinədə XII-XIII əsrlərə aid 104 mis sikkə olmuşdur.
== Memarlıq xüsusiyyətləri ==
Tikili ərazisində 40-50 sm qalınlıqlı divarlara malik tüstü boruları və istiliyin təsiri ilə yanmış otaqlar aşkarlanmışdır. Hamamın aşmış divarlarından biri üzərində bir neçə qat əhəng məhlulu üzlüyü vardır. Divarın ən yuxarı hissəsi isə üçbucaqlardan əmələ gələn kobud həndəsi naxışlarla bəzədilmişdir. Həmçinin, tikilinin altından keçən iki boru kəməri aşkarlanmışdır.
== İstinadlar ==
== Ədəbiyyat ==
Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи.