Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Haqq Ədalət Partiyası
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. == Haqqında == Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür. Əli İnsanov yekdilliklə sədr seçilmişdir.
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. == Məzmun == Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. == Haqqında == Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub.Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb. Filmin çəkilişləri Qarsda, Bakı şəhərində, Gədəbəy, Qazax, Kəlbəcər və başqa rayonlarında aparılıb.
Haqq və Azadlıqlar Hərəkatı
Haqq və Azadlıqlar Hərəkatı (qısaca HAH, bolqar: Движение за права и свободи Dviženie za Prava i Svobodi, qısaca ДПС DPS, türk: Hak ve Özgürlükler Hareketi, qısaca HÖH) ― üzvlərinin əksəriyyətini Bolqarıstan Türklərinin yaratdığı siyasi partiyadır. Lideri Lütfi Məstandır.
Haqq və Bərabərlik Partiyası
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Haqq yolu (film, 1971)
Haqq yolu (türk. Hak Yolu) 1971-ci il Türkiyə və İran istehsalı olan dram filmi.
Şeyx Ənvər ül-Haqq
Şeyx Ənvər ül-Haqq (11 may 1917, Calandhar[d], Britaniya Hindistanı – 3 mart 1995, Lahor) — 23 sentyabr 1977-ci il tarixindən 25 mart 1981-ci il tarixinə kimi (istefaya qədər) Pakistanın 9-cu Baş hüquqşünas vəzifəsini icra edən Pakistan hüquqşünası və akademik. O, Lahordakı Pəncab Universitetində iqtisadçı olaraq təhsil almış, 1944-cü ildə Britaniya Hindistanında bələdiyyə idarəçiliyinə rəhbərlik etmək üçün təyin edilmiş bir məmur olaraq Hindistan Dövlət Xidmətinin məmuru olaraq çalışmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində Pakistanın müstəqillik qazandı.Sonradan o, 1957-ci ildə Sind Ali Məhkəməsinin hakimi olaraq yüksəldildi. 1962-ci ildə Ali Məhkəmədə vəzifə almaq üçün namizəd oldu və 1971-ci ildə Pakistan Ali Məhkəməsinin baş hakimi vəzifəsinə təyin olunmadan əvvəl 1970-ci ildə Lahor Ali Məhkəməsinin baş hakimi təyin edildi.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Co Saqq
Cozef "Co" Saqq (ing. Joseph "Joe" Sugg; İngiltərə, Uiltşir) — britaniyalı vloqçu. Zoella kimi bilinən, Zoi Saqq adlı YouTube vloqçusunun kiçik qardaşıdır.
Haqi qəsri
Haqi qəsri (萩城, Haqi-co) – Yaponiyanın Yamaquçi prefekturasının Haqi şəhərində mövcud olmuş qəsr. Meyci islahatından sonra 1874-cü ildə sökülmüşdür. 2015-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına salınıb. == Tarix == Qəsr 1604-1606-cı illərdə Çoşu hanının idarəçisi olan Mori klanı tərəfindən tikdirilmişdir. Mori klanının 14 nəsli bu qəsrdə yaşamışdır. Mori klanı imperator hakimiyyətinə güclü dəstək verməsi ilə tanınırdı və Meyci islahatından sonra 1874-cü ildə Haqi qəsrini könüllü şəkildə sökmüşdür. Qəsrin samurayları işsiz qalsa da, klan onlara fermer olmağı və meyvə yetişdirməyi tövsiyə etmişdir.Haqinin keçmiş samuray ailələrinin bir çox davamçısı qədim divarların arxasındakı samuray məhəllərinə yaşamağa davam edir. == Quruluşu == Qəsrin bir hissəsi adada yerləşirdi, bir tərəfi körfəzə, bir tərəfi çay və xəndəyə baxırdı. Qəsrin arxasında bir müşahidə qülləsi yerləşirdi.Qəsrin tenşusu beşmərtəbəli idi və daxili xəndəyin kənarında yerləşirdi. Birinci mərtəbəsi şimaldan cənuba 16,2 metr, şərqdən cənuba 19,8 metr ölçülərində idi.
Haqqə surəsi
69-cu surə
Yohan Heqq
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Zoi Saqq
Zoi Elizabet Saqq (ing. Zoe Elizabeth Sugg; İngiltərə, Lakok) — britaniyalı vloqçu. ThatcherJoe kimi bilinən, Co Saqq adlı YouTube vloqçusunun böyük bacısıdır.
İsmayıl Haqqı
İsmayıl Hakkı (türk. İsmail Hakkı; 1883, Konstantinopol – 4 iyun 1923) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 13 mart 1899-cu ildə hərbi məktəbə daxil olmuş və 10 yanvar 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1910-1911-ci illər arasında fransız ordusunda təlim keçdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 17 sentyabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 4 aprel 1923-cü ildə Keşan Jandarma Bölgəsinin müfəttişi olarkən vəfat etdi. == Mükafatları == "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 156.
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Əl-Həqq
Əl-Həqq (ər. الحقّ) — Allahın adlarından biri.
Haq (Üşnəviyyə)
Haq (fars. ‎هق‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 927 nəfər yaşayır (155 ailə).
"Hanq Nqa" mehmanxanası
"Hanq Nqa" — Vyetnamın Dalat şəhərində mehmanxana. Mehmanxananın əsası 1990-cı ildə qoyulmuşdur. Hotelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır. Bu təəccüb doğuran mehmanxana bütün ənənəvi memarlıq standartlarından uzaqdır. Öz görünüşünə görə nağıl personajının sarayını xatırladır. O özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, hotelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı "dəlilər evi", "ağacda koma" və ya "hörümçək daxması" adlandırır. == Mənbə == Dünyada 10 ən qeyri-adi bina.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Minimal əmək haqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum əmək haqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Sövməəyi-Həqq (Sərab)
Sövməəyi-Həqq (fars. صومعه حق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (27 ailə).
Torpaq Haqqı (1986)
== Məzmun == Filmdə neft istehsalı prosesində yol verilən laqeydlik nəticəsində və baxımsızlıq ucbatından dünyanın min cür nemətlərini yetişdirməyə qadir olan Abşeron torpaqlarının yararsıq hala düşməsindən bəhs edilir. Film eyni zamanda torpağı sevməyi və onu qorumağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Sirus Zindadel (Sirus kimi) Operator: Azər Salayev Bəstəkar: Əli Babayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Uzunçarşılı İsmayıl Haqqı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. == Həyatı == 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsi ilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001-2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Johan Hegg
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.