1. Hər hansı hesablamanın nəticəsi; hesablama, hesab.
Hamı işdən çəkilib çıxdığı halda, mühasib çıxmaq istəmir və əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı.
Zülfüqar çox tutqun idi. Haqq-hesab düz gəlmədiyi üçün hirslənir, dodağını gəmirirdi.
2. Hesabat.
…Katib haqq-hesab məruzəsində Gülyanağın adını çəkdi, onu … təriflədi.
[Muxtar Şahinə:] Durub bir sənə də haqq-hesab verim?
3. Say-hesab.
Professorun Mehman haqqında olan tərifləri haqq-hesaba gəlməz oldu.
◊ Haqq-hesab çəkmək – 1) hesabat tələb etmək;
2) hesablamaq, hesab etmək, saymaq.
[Məzahir Qönçəyə:] Dünən də bir abbasımı kəsmisən, haqq-hesabı düz çək, sonrası yaxşı olmaz. ;
3) məc. qisas almaq, öc almaq, hesablaşmaq. O bizimlə haqq-hesab çəkir.
– [Koroğlu:] Çək atları, yəhərlə, gedib, Həsən xanla haqq-hesabımızı çəkək. “ ”.
Haqq-hesabı çürütmək (üzmək) – 1) aralarında olan məsələni qəti həll edib qurtarmaq.
[Cahandar ağa] Molla Sadıqla birdəfəlik haqq-hesabı çürütmək istəyirdi. ;
2) məc. əvəz çıxmaq, intiqam almaq, öc almaq, hesablaşmaq.
[Ağagül Nəcəf bəyə:] Təəssüf ki, səninlə haqq-hesabı çürütməyə vaxt qalmadı, dayı!
Haqq-hesabını vermək – işdən qovmaq, çıxarmaq.
[Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin” – deyib qovardı.