Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Haaretz
"Haaretz" (ivr. ‏הארץ‏‎ — Ölkə) — İsrailin ən qədim gündəlik qəzeti, ivrit və ingilis dilində nəşr olunur. Əvvəlcə "Hadashot Ha'aretz" — "Ölkə Xəbərləri" adlanırdı. 1918-ci ildə İngilis işğal orqanları tərəfindən Fələstində quruldu. 1919-cu ildə Rusiyadan mühacirət edən sionist sosialistlərin fikirlərinin spikeri oldu və 1937-ci ildə Şoken ailəsi tərəfindən satın alındı. == Ümumi məlumat == Paralel olaraq ivrit və ingilis dilində Berliner formatında nəşr olunur. İngilis nəşri International Herald Tribune ilə birlikdə satılır. Hər iki versiya da İnternetdə mövcuddur. Şimali Amerikada, Haaretz həftəlik olaraq nəşr olunur və cümə gününün məqalələrini həftənin qalan hissəsini xəbərlər ilə birləşdirir. İsrailin digər böyük qəzetləri ilə müqayisədə Haaretz daha kiçik və daha kiçik başlıqlar və şriftlərdən istifadə edir.
Hamarat
Hamarat — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 650 nəfərdir. == Toponimiyası == Hamarat kəndi salındığı ərazinin adı ilə adlandırılmışdır. Hamarat toponimik termin kimi düzən, səthi hamar və ya hamarlanmış yer mənasındadır.
Hartert
Ernst İohann Otto Hartert (alm. Ernst Johann Otto Hartert‎; 29 oktyabr 1859, Hamburq — 11 noyabr 1933, Berlin) — alman ornitoloqu. == Elmi xidmətləri == İlk dəfə Hartert tərəfindən təsnif olunan quşlar:Corvus rhipidurus Scolopax mira Buteo oreophilus Hydrochous gigasHartertin şərəfinə adlandırılan taksonlar:Acestrura harterti Batrachostomus harterti Phlogophilus harterti == Əsərləri == 1891: Katalog der Vogelsammlung im Museum der Senckenbergischen Naturforschenden Gesellschaft in Frankfurt am Main 1897: Podargidae, Caprimulgidae und Macropterygidae 1897: Das Tierreich 1900: Trochilidae 1902: Aus den Wanderjahren eines Naturforschers: Reisen und Forschungen in Afrika, Asien und Amerika, nebst daran anknüpfenden, meist ornithologischen Studien 1903: Ueber die Pipriden-Gattung Masius Bp. 1910–1922: Die Vögel der paläarktischen Fauna: Systematische Übersicht der in Europa, Nord-asien und der Mittelmeerregion vorkommenden Vögel. Drei Bände 1920: Die Vögel Europas == Mənbə == Hans Kelm: Otto Kleinschmidt und Ernst Hartert. Aus ihrem Briefwechsel 1895-1932. In: Journ. Orn. Bd. 101, Nr.
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Xarare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir. == Turizm == Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.
Ernst Hartert
Ernst İohann Otto Hartert (alm. Ernst Johann Otto Hartert‎; 29 oktyabr 1859, Hamburq — 11 noyabr 1933, Berlin) — alman ornitoloqu. == Elmi xidmətləri == İlk dəfə Hartert tərəfindən təsnif olunan quşlar:Corvus rhipidurus Scolopax mira Buteo oreophilus Hydrochous gigasHartertin şərəfinə adlandırılan taksonlar:Acestrura harterti Batrachostomus harterti Phlogophilus harterti == Əsərləri == 1891: Katalog der Vogelsammlung im Museum der Senckenbergischen Naturforschenden Gesellschaft in Frankfurt am Main 1897: Podargidae, Caprimulgidae und Macropterygidae 1897: Das Tierreich 1900: Trochilidae 1902: Aus den Wanderjahren eines Naturforschers: Reisen und Forschungen in Afrika, Asien und Amerika, nebst daran anknüpfenden, meist ornithologischen Studien 1903: Ueber die Pipriden-Gattung Masius Bp. 1910–1922: Die Vögel der paläarktischen Fauna: Systematische Übersicht der in Europa, Nord-asien und der Mittelmeerregion vorkommenden Vögel. Drei Bände 1920: Die Vögel Europas == Mənbə == Hans Kelm: Otto Kleinschmidt und Ernst Hartert. Aus ihrem Briefwechsel 1895-1932. In: Journ. Orn. Bd. 101, Nr.
Harriet Leyn
Harriet Leyn (ing. Harriet Rebecca Lane Johnston; 9 may 1830 və ya 1830 – 3 iyul 1903) — 1857-ci ilin 4 mart tarixindən 1861-ci ilin 4 mart tarixinə kimi ABŞ-nin Birinci xanımı. ABŞ tarixində prezidentin arvadı olmayaraq Birinci xanım olmuş 13 şəxsdən biri. Valideynləri vəfat etdikdən sonra onun qəyyumu dayısı Ceyms Byukenen olmuşdur. Ceyms Byukenen ABŞ prezidenti olarkən subay olmuşdu. Buna görə də həmin dövrdə Harriet Leyn ölkənin Birinci xanımı olmuşdur.
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764-1826) sahibkar idi. Anası Elizabet Renkin (1772-1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Harriet Namusoke
Harriet Namusoke (1 yanvar 1977) — Uqandalı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Uqandanı təmsil edir. Harriet Namusoke dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Berqer
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Broun
Marqaret Molli Broun (ing. Margaret Brown; 18 iyul 1867[…] – 26 oktyabr 1932[…], Nyu-York, ABŞ) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Marqaret Dinqeldeyn
Marqaret Dinqeldeyn (d. 30 may 1980) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Marqaret Dinqeldeyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Marqaret Etvud
Marqaret Etvud — Kanada yazarı, ədəbi tənqidçi. == Həyatı == 1939-cu ildə Ontario əyalətinin Ottava şəhərində anadan olub. 11 yaşından internat tipli məktəbə göndərilən Marqaret artıq liseydə olarkən Edqar Alan Po-nun yaradıcılığından ilhamlanaraq ilk şeirlərini yazır. 16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayan Marqaret yazıçı olmağı qarşıya məqsəd qoyur və cəmi altı il sonra ilk şeirlər kitabı “Double Persephone”-nu nəşr etdirir. Yaradıcılığının ilk illərindən uğurla yol yoldaşı olan şairə ikinci şeirlər kitabı “The Circle Game” ilə Kanadanın nüfuzlu ədəbi mükafatına – “Governor General’s Award”-a - layiq görülür. Həmin mükafatdan sonra Etvud Kanada ədəbiyyatının tanınmış fiqurlarından olur. 1972-ci ildə Kanada ədəbiyyatını geniş araşdırıb, şərh etdiyi “Survival: A Thematic Guide to Canadian Literature” kitabı ilə cəmiyyətdə irimiqyaslı ədəbi müzakirələrə səbəb olur. Ötən il “Nobel Ədəbiyyat Mükafatı” na namizəd göstərilən, həmkarı, həmcinsi və hərmyerlisi Elis Munronun ən ciddi rəqibi hesab olunan Etvud 19 şeirlər toplusunun müəllifidir - “The Circle Game” (1964), “The Journals of Susanna Moodie” (1970), “Power Politics” (1971), “You Are Happy” (1974), “True Stories” (1981), “Interlunar” (1984). Lakin nəhəng poetik irsə sahib olmasına baxmayaraq yazıçı dünya ədəbiyyatında roman müəllifi kimi tanınır. Etvud “Surfacing” (1972), “Lady Oracle” (1976), “Cat’s Eye” (1988), “The Handmaid’s Tale” (1986) kimi onlarla romanın müəllifi kimi özünə böyük ədəbi nüfuz qazanıb.
Marqaret Hamilton
Marqaret Hamilton (17 avqust 1936, ing. Margaret Hamilton)— Amerikalı kompüter mütəxəssisi, sistem mühəndisi, alim. O, "Apollon" və "Skylab" layihələrinin proqramlarını hazırlayan qrupa rəhbərlik etmişdir. == Həyatı == Marqaret Hamilton 17 avqust 1936-cı ildə İndiana ştatının Paoli şəhərində anadan olmuşdur. Orta təhsilini Hankok liseyində almış, 1954-cü ildə buranı bitirərək Miçiqan Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Daha sonra Brandeis Universitetində mücərrəd riyaziyyat sahəsi üzrə magistr təhsili almaq üçün Boston şəhərinə köçmüşdür. == Fəaliyyəti == Marqaret Hamilton 1960-cı ildə meterologiya sahəsində hava proznozunu təyin edən cd-nin inkişaf etdirilməsi işi ilə bağlı müvəqqəti olaraq Massaçusets Texnologiya İnstitutu-da çalışmışdır. 1961-1963-cü illər ərzində o, "Linkoln lab"-da "Sage" layihəsində işləmişdir. Bu layihə Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılan hava fəaliyyətlərini simulasiyalar vasitəsi ilə izləyən kompüter proqramı "Whirlwind"in davamı idi. "Sage" proyekti isə soyuq müharibə dövründə sovet hərbi təyyarələrinin hücumlarına qarşı müdafiə məqsədilə yaradılmışdı.
Marqaret Kavendiş
Marqaret Kavendiş (1623[…] və ya 1617 – 15 dekabr 1673[…], İngiltərə krallığı) — İngiltərə yazıçısı. == Həyatı == Kavendişlər sülaləsindən olan, Nyukasl hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623–15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub. Marqaret İngiltərənin Kolçester yaxınlarında yaşayan zəngin bir ailənin səkkiz uşağının ən kiçiyi olub. Ailədəki yaşlı qadınlardan ilk təhsil alaraq çox kiçik yaşlarından yazmağa marağı oyanıb. Marqaret gəncliyində kraliça Henrietta Mariyanın nədiməsi (saray xanımı, kraliça yanında kübar qızlara verilən ad) olub. 1644-cü ildə krallıq məğlubiyyətə uğradığı zaman Marqaret kraliça və xidmətçiləri ilə birlikdə Fransaya qaçır.
Marqaret Kenyatta
Marqaret Wambui Kenyatta (16 fevral 1928, Nayrobi – 5 aprel 2017, Nayrobi) - Keniyalı siyasətçidir. Keniyanın ilk prezidenti Jomo Kenyatta və həyat yoldaşı Qreys Vahunun qızıdır. Marqaret 1970-1976-cı illərdə Nayrobinin meri və 1976-cı ildən 1986-cı ilə qədər Keniyanın BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışmışdır. Daha sonra 1992-2002-ci illərdə Keniya Seçki Komissiyasının komissarı təyin edilmişdir. Marqaret Keniyanın dördüncü prezidenti Uhuru Kenyatta'nın (Mama Ngina Kenyatta'nın oğlu, Jomo Kenyatta'nın 4'cü arvadı) bir bacısıdır. == Erkən həyat == Margaret Kenyatta, Keniyanın paytaxtı Nayrobinin Pumwani Doğum Xəstəxanasında, Keniyanın ilk prezidenti olmuş Keniyalı siyasətçi Jomo Kenyatta'nın oğlu və ilk həyat yoldaşı Grace Wahu'da anadan olub. Kenyatta'nın Wahu ilə evlənməsindən sonra qardaşı Peter Muigai'den sonra ikinci övladdır. Marqaret anadan olanda atası siyasi fəallıq göstərdi və müstəmləkəçi işğalçılar tərəfindən zorla alınan Afrika torpaqlarının geri qaytarılması uğrunda mübarizə üçün yaradılan Kikuyu Mərkəzi Birliyinin (KCA) baş katibi oldu. 1929-cu ildə, yalnız bir yaşı olanda, atası siyasi mövzuları müzakirə etmək üçün KCA-nı təmsil etmək üçün İngiltərəyə getdi. Kenyatta növbəti il vətənə qayıtdı, lakin 1931-ci ildə İngiltərəyə və Sovet İttifaqına sonrakı təhsil üçün qayıtdı.
Marqaret Kin
Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[…], Neşvill – 26 iyun 2022, Napa[d], Kaliforniya) — ABŞ rəssamı. == Həyatı == Marqaret (Peggi Doris Hokins) Kin Tenessi ştatında, Neşvildə anadan olub. İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini - biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də “iri gözlü mələklər”inə görə tanınırdı. On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur.
Marqaret Mitçell
Marqaret Mitçell (ing. Margaret Munnerlyn Mitchell; 8 noyabr 1900, Atlanta – 16 avqust 1949[…], Atlanta) — ABŞ-lı yazıçı. Marqaret Mitçell 1936-cı ildə nəşr etdirdiyi “Küləklə sovrulanlar” əsəri ilə məşhurlaşdı. 1936-cı ildə nəşr olunan “Küləklə sovrulanlar” kitabı 1936-cı ildə “Ən görkəmli roman” nominasiyasında Milli Kitab Mükafatını və 1937-ci ildə ABŞ-də 70-dən çox nəşri ilə Pulitser Mükafatını qazanıb və 37 dilə tərcümə olunub. 1939-cu ildə rejissor Viktor Fleminqin çəkdiyi eyniadlı film səkkiz Oskar qazandı. == Həyatı == Marqaret Mitçell 1900-cü ildə ABŞ-nin Atlantandə doğulub. Yazıçının atası Skarlett Ohara İrlandlı, ana tərəfi isə Fransızdır. Babaları ABŞ Vətəndaş müharibəsində iştirak ediblər. Romanda təsvir olunan hadisələr də elə Vətəndaş Müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı aristokrat ailədə böyüyüb, tərbiyə almışdır.
Marqaret Senqer
Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[…], Korninq[d], Nyu-York ştatı – 6 sentyabr 1966[…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri. == Həyatı == 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür. == Yaponiya == 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir.Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur. 1954-cü ildə ikinci dəfə Tokioya səyahət edərək Yaponiya Ailə Planlaşdırması Federasiyasının quruluş mərasimində iştirak etmişdir.