HƏRARƏT

is. [ ər. ]
1. İstilik. Havanın hərarəti. Sobanın hərarəti. – Payızın ilk günləri idi.
Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq.
Bahar günəşinin hərarəti tək; Xəyalım dünyanı salama gəlir. S.Vurğun.

// İnsan bədəninin istilik dərəcəsi (səhhətin göstəricisi kimi); qızdırma. Xəstənin hərarətini ölçmək. Uşağın hərarəti var. – Yasəmənin qızdırması getdikcə artırdı.
Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. S.S.Axundov.

2. məc. Mehribanlıq, səmimiyyət; səmimi, xoş hisslər, xoş münasibət.
Dedim, iki anam vardır, qoy var olsun bu həqiqət; Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. S.Rüstəm.
Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.

3. is. Hərarətlə şəklində zərf – mehribanlıqla, səmimiyyətlə, xoş hisslərlə, xeyirxahcasına, coşqunluqla. Hərarətlə görüşmək.
– Qadın qollarını açıb, Tahirin boynunu hərarətlə qucaqladı. M.Hüseyn.
Gəlirim bu olub ki, neçə insan əlini; gözlərinə dik baxıb; hərarətlə sıxmışam. R.Rza.

// məc. Coşqunluqla, qızğınlıqla, ehtirasla.
Ortada bir nəfər dayanıb çox hərarətlə danışırdı. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏRARƏT 1. HƏRARƏT (tibdə və s.-də) Ey mürgüləyən qəlbimə şiddətli hərarət (A.Şaiq); İSTİ Həkim əvvəl onun başına baxdı, istisini yoxladı
  • HƏRARƏT qızğınlıq — coşğunluq — ehtiras
  • HƏRARƏT qızdırma — istilik

Etimologiya

  • HƏRARƏT Ərəbcədir, hərr (isti) sözünün cəm formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏRAMİLİK
HƏRARƏTKEÇİRMƏ

Digər lüğətlərdə

Бог Сын городьба́ гуменник дрему́честь зю́йдовый комбинезо́н на́ руку облока́чиваться пикообра́зно подмока́ть русофо́бски уплотни́тельный я́блоновка в намёт домо́вый ка́нуть умали́ть брать кутырь demagog liverish slip away бестия коротышка сибаритка