Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haubitsa
Haubitsa (alm. haubitze‎, çex. houfnice, ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.
Özüyeriyən haubitsa
Özüyeriyən haubitsa və ya Özüyeriyən Artilleriya Sistemi (SPG), başqa bir nəqliyyat vasitəsinin çəkmə gücünə ehtiyacı olmadan təkərli və ya tırtıllı şassi üzərində hərəkət edə bilən bir artilleriya növüdür. Bu termin həm özüyeriyən haubitsalar, həm də raket siniflərini əhatə edir. Bu nəqliyyat vasitələri, ümumiyyətlə, üstündə haubitsalar, minaatanlar, raket və ya idarəolunan raketlər daşıyan yüksək hərəkət qabiliyyəti olan tırtıllı nəqliyyat vasitələridir. Bu silahlar döyüş regionlarında uzun mənzilli olduqlarına görə lazım olan atəş qüvvəsini təmin edirlər. Keçmişdə özüyeriyən haubitsalar qrupuna hücum topları və tank məhv edənlər də daxil edilmişdilər. Bu ağır zirehli maşınlar əvvəlcə piyada birləşmələrini dəstəkləmək üçün istehsal edilmişdi və daha sonra tank əleyhinə silahlara çevrilmişdirlər. Modern dövrdə özüyeriyən haubitsa sistemləri görünüşü ilə tanka bənzəsə də, incə zirehlərinə görə yaxın döyüşə dəstək ola bilmirlər. Zirehləri heyəti yalnız yüngül atəşli silahlardan və ya qəlpə qırıntılarından qoruya bilər. Bir çoxunun piyadaların atəşinə qarşı pulemyotları vardır. Bu silahların ən böyük üstünlüyü, onları çəkməyə başqa bir vasitəyə ehtiyacı olmadan tapşırıq yerinə çox tez gedə bilmələridir.
203 mm Haubitsa M-1931 (B4)
B-4 203 mm-lik (8 düym) sovet istehsalı olan ağır sinifə məxsus haubitsasıdır . Haubitsin rəsmi adı 203 mm-lik haubitsa modeli 1931-dir (rus: 203-мм гаубица образца 1931 года (Б-4)).Bu haubitsa xüsusi ilə də şəhərlərdə baş vermiş olan toqquşmalar zamanı Nasist Almaniyasının ordusu hesab edilən Vermaxtın sığınacaqlarının və binalarının dağıdılmasında faydalı olmuşdur. Atış sürəti dəqiqədə 1 mərmi olub, maksimum atəş məsafəsi 18 km, lülənin qalxma bucağı isə 0° ilə 60° arası təşkil etmişdir.
Şahzadə Lyubitsa sarayı
Şahzadə Lyubitsa sarayı (serb. Конак књегиње Љубице) ― Serbiyanın paytaxtı Belqradda yerləşən saray. Mədəniyyət və memarlıq əhəmiyyətinə görə yaşayış yeri "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" olaraq təyin edilmişdir. Bu saray 1829-cu ilə qədər yaşamaq üçün istifadə edilmiş, lakin yaşı və yerləşdiyi əyalət nəzərə alınaraq şahzadə Miloş Obrenoviç başqa iqamətgah tikməyə qərar vermişdir. İqamətgahı 19-cu əsrin ilk yarısında Belqradda qorunub saxlanılan mülki memarlıq nümunələri arasında ən diqqətçəkənlərdən biridir. Tikili 1829-1830-cu illər arasında tikilmişdir. Şahzadə Miloşun planlarına görə, iqamətgahın iki məqsədi var idi: ailəsi şahzadə Lyubitsa və daha sonralar Serbiyanın hakimləri olan oğulları Milan və Mihailo üçün ev və eyni zamanda sarayı. Tikinti 1829-cu ilin iyulunda başladı, 1830-cu ilin payızının sonlarında başa çatdı. Şahzadə Lyubitsa 22 noyabr 1830-cu il tarixli məktubunda ərinə "yeni iqamətgahda yerləşdiklərini" bildirmişdir. 1836-cı ildə iqamətgaha yeni bir Türk hamamı əlavə edilmişdir.
Bad Habits (mahnı)
"Bad Habits" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-in ilk sinqlı. 10 yanvar 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Yazılması == Stacey Andersona danışan Keyn müsahibəsində "Bad Habits" mahnısının Törnerin bas gitara çalması, və özünün bunun üzərinə oxuması ilə yarandığını bildirib. Onlar həmçinin mahnının orijinal yazısının 40 dəqiqəyə yaxın olduğunu qeyd ediblər. == Musiqi videosu == Video 10 yanvar 2016-cı ildə sinql ilə eyni gündə buraxılıb. Klipdə Törner və Keynin Kaliforniyadakı barların birində göstərdiyi performansdan görüntülər yer alıb. Musiqi videosu Ben Chappell tərəfindən çəkilib.