Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mavlu (Sərdəşt)
Mavlu (fars. ماولو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (18 ailə).
Typhlodromalus havu
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir.Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub. XI əsrdə yaşamış türkoloq-alim Mahmud Kaşğarlıya görə, davulu ovçular icad ediblər.
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq ilə yanaşı, Saksoniya-Anhalt əyalətində əhali sayına görə ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bölgədə təxminən 240 min insan yaşayır.
Halva
Halva – Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35-47% şəkər, 30-32% yağ, 12-13% zülallı maddə, 1.8-2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545 - 555 kkal olur. == Səməni halvası == Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar.1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Havsa
Havsa - Ədirnənin ilçəsi. == Tarixi == Havsa ilçəsi qədim romalılar tərəfindən qurulmuşdur. Havsa Roma imperiyası ikiyə parçalandıqdan sonra bizanslıların əlində qalmışdır. 1331 ilində Rumelinə keçən türklər buranı I Murad vasitəsiylə türk torpaqlarına daxil etmiş və ilçəyə "Hosa" adını vermişdilər. Edirne Osmanlı dövlətinin hökumət mərkəzi olduqdan sonra Hosada yaşayan rumlar padişah I Muradın yaşamaq və dini azadlıq ilə bağlı fərmanlarına əhəmiyyət vermədən buranı tərk edərək İstanbul və Selanik ətrafına köç etmişdilər. İstanbulun fəthindən sonra Anadoludan gətirilən köçərilərlə qəsəbənin türkləşdirilməsi təmin edilmiş, Sokollu Mehmed Paşanın bura önəm verməsiylə türklük artmışdır. Bu gün Hacı İsa, Hacı Qazi və Halvacı Baba məhəllələri o dövrdə gətirilən köçəri ailələrin adlarını daşıyır. Tarixi əsərlər 1531 ilində Sokollu Mehmed Paşa tərəfindən oğlu Kazım Paşa adına Memar Sinana hazırladılar Sokollu məscidi, Fukaraya Bektaşilərindən olduğu deyilən Qurd Bəy abidəsi, sadəcə kəməri qalan karvansara, xarab vəziyyəttəki Sokollu Hamamı və bu gün də istifadə edilən bütün infrastrukturu Memar Sinan tərəfindən əsası qoyulan bulaqdır. Tarixi əsərlərdən Hafsa Xatun və Abdülsəlam Məscidindən heç bir iz qalmayıb. Hafizə Sultanın ilçədə yaşamağa başlamasından sonra ilçəyə bir müddə "Hafsə" deyilmiş, daha sonra bu iki adın birləşməsindən "Havsa" adı yaranmışdır.
Havuş
Havuş (əvvəlki adı: Avuş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılmış, Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Haxulu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Hayku
Hayku (yap. 俳句) - yapon poeziyasındakı janrlardan biridir. Hayku 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır.Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər. == Ədəbiyyat == A.Məmmədli, “Haylada unudulan tariximiz və təmbur” (2013), M.Allahmanlı, “Xalqın zəngin söz xəzinəsi” (2013).
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Havpa
Havpa (sor. هاوپا, Hāwpā, hərf. eynitipli şəxs), həmçinin Kürd Milli Sosialist Partiyası (kurm. Partiya Sosyalîst a Neteweyî ya Kurdî, qısaca forma "PSNK") — İraq Kürdüstanında kürd neonasist və hökumət əleyhinə yeraltı hərəkat.Havpa 21 mart 2020-ci ildə Ərbildə gənc tələbələr tərəfindən Novruzun ilk günündə qurulmuşdur. Onların tez-tez vurğuladıqları təşkilatın əsas məqsədi Kürdüstanda yalnız etnik kürdlərin yaşaya bilməsidir. Havpa sionist işğal hökuməti konspirasiya nəzəriyyəsinə inanır, Kürdüstan Regional Hökumətinin hakim Bərzani və Təlabani ailələri kürd hökumətinin yəhudi işğalçıları olduğunu bildirir. "Instagram" və "Telegram" kimi müxtəlif onlayn platformalar vasitəsilə Havpa ərəblərin Kürdüstan bölgəsindən qovmaq, türkmanlar və aysorlara qarşı soyqırımı keçirmək ideyasını təbliğ etmək üçün kampaniya həyata keçirdi.Bundan əlavə, Havpa İraq Kürdüstanının hər yerində plakatlar nümayiş etdirərək fəallıq göstərir.
Bavlı rayonu
Bavlı rayonu (tatar. Баулы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Bavlı şəhəridir. == Coğrafiyası == Qərbdən Buqulma rayonu, şimaldan Yutazinski rayonu ilə, şərqdən Başqırdıstan Respublikası ilə (Şaran, Tuymazı rayonları, Oktyabrski şəhər rayonu), Orenburq vilayəti (Severnı və Abdulinski rayonları) ilə həmsərhəddir. Rayonda əsasən qara və karbonatlı torpaqlar yayılmışdır. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Samara əyalətinin Buqulma qəzasına, 1920-1930-cu illərdə isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna daxil olur. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının inzibati bir qurumu olaraq rayon 10 avqust 1930-cu ildə qurulmuşdur. 4 yanvar 1963-cü ildə Bavlı rayonunun ərazisi Buqulma rayonuna daxil edilir. 12 yanvar 1965-ci ildə Bavlı rayonu yenidən qurulur.
Cin Harlou
Cin Harlou (ing. Jean Harlow; 3 mart 1911 — 7 iyun 1937) — ABŞ aktrisasıdır.
Crocodylus halli
Crocodylus halli — əsl timsahlar sinfinin dümayəndəsi. Yeni Qvineyaya aid endemik canlı. Bu növə 1989-cu ildə Yeni Qvineyanın şimalında və cənubundakı timsahlar arasında açıq fərqləri görən Amerikalı zooloq Filip Hallın adı verilmişdir. == Yayılması == Yeni Qvineya adasının cənub hissəsində yayılmışdır. Crocodylus halli nümayəndələri bataqlıqlarda, çaylarda, göllərdə və bəzən Papua Yeni Qvineyanın mərkəzi yüksəkliklərinin cənubundakı çaylarda, eləcə də Florida ştatının Sent-Oqastin şəhərindəki zooparkdan birində yaşayır. Müqəddəs Auqustin Alleqator Ferması Zooloji parkda daha əvvəl Yeni Qvineya timsahı hesab edilən üç timsah əslində yeni bir növ olduğu ortaya çıxır. == Təsvir == Uzunluğu 3 m-dən çoxdur. Yeni Qvineya timsahlarından əsas fərqlər kəllə nisbətlərində və quruluşundadır. Quru mövsümün sonuna (iyul-noyabr) yaxın nəsil verən Crocodylus novaeguineae-dən fərqli olaraq, bu canlılar yağışlı mövsümdə (noyabr-aprel) çoxalırlar. Bundan əlavə Crocodylus halli Crocodylus novaeguineae-dən daha böyük yumurta qoyur..
Cuhi Çavla
Cuhi Çavla (ing. Juhi Chawla, hind जूही चावला) — Hindistanın aktrisa və prodüseri. == Həyatı == Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının Ludhiana şəhərində anadan olmuşdur. J. J. Montessori-Bombey məktəbini bitirmişdir. Onun uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi. 1984-cü ildə Cuhi "Miss Hindistan" titulunu qazanır və daha sonra "Dünya gözəli" yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Bir qədər keçmiş Cuhi Çavla model kimi çalışır və bir neçə filmdə çəkilməyə müvəffəq olur. Cuhi Çavla, Cay Mahta ilə ailə qurmuşdur. 21 fevral 2001-ci ildə qızı Canvi anadan olmuşdur. 2 il sonra – 21 iyul 2003-cü ildə Cuhi ikinci dəfə ana olur.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Hallux valgus
Hallux valgus — Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. (lat. hallux — baş ayaq barmaq; lat.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.