Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hellsing
«Hellsing» (ヘルシング, herusinqu) — Kota Hirano tərəfindən yaradılmış manqa. İlk dəfə 1997-ci ildə yapon jurnalı Young King OURs-da nəşr olunub və 2008-ci ilin sentyabrında başa çatıb. Ayrıca fəsillər tankobonda toplanmış və Yaponiyada Shonen Gahosha nəşriyyatı tərəfindən nəşr olunmuşdur. 2009-cu ilin mart ayında manqanın bütün fəsilləri 10 cilddə nəşr olunmuşdur. Hekayədə "Hellsing" gizli təşkilatı və onun fövqəltəbii qüvvələrin İngiltərəyə hədələyici mübarizəsi haqqında danışılır. Yaponiyadan başqa, manqa ABŞ-də, Avstraliyada, Yeni Zelandiya, Sinqapur, Fransa, İtaliya, Almaniya və digər ölkələrdə nəşr olunub. 2010-cu ilin aprel ayında Komiks-Art şirkəti "Hellsing" manga seriyası Rusiyada nəşr üçün lisenziyasını əldə etməsini elan etdi və 2011-ci il iyunun 27-də ilk fəsil nəşr olundu. Üçüncü fəsilin ardından sonra manqanın nəşri dayandırılıb.
Anthemis hyalina
Anthemis hyalina (lat. Anthemis hyalina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Hans Memling
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Hofling eksperimenti
ABŞ tədqiqatçısı Charles K. Hofling 1966-cı ildə tabe olma prosesini əyani əks etdirən eksperiment aparmışdır. Təcrübə çöl tədqiqatı metodu ilə, Amerika xəstəxanalarından birində aparılmışdır. == Təcrübənin şərtləri == Təcrübənin şərtləri xəstəxana administrasiyası ilə razılaşdırılmışdı. Bu şərtlərə görə doktor telefon vasitəsilə tibb bacısına əmr verməli idi ki, o, pasientə "Astroten" adlı dərmandan 20 mg versin. Bu dərmanın adı uydurma idi və xəstələr üçün nəzərdə tutulmuş dərman siyahısında bu ad yox idi, lakin həmin adda dərman şüşəsi eksperimentator tərəfindən əvvəlcədən dərman otağında qoyulmuşdu. Dərman şüşəsinin üstündə aydın şəkildə qeyd edilmişdi ki, maksimal doza 10 mg-dır. Bundan başqa əmr verən doktoru tibb bacısı tanımırdı. Səhiyyə sisteminin qaydaları sadalanmış şərtlərdə xəstəyə təyin edilmiş dərmanın verilməsini qadağan edir. Təcrübədən əvvəl Hofling bir qrup tibb bacısına və bu sahədə təhsil alan tələbələrə şərtləri izah edir və onların həmin situasiyada nə edəcəklərini soruşur. Sorğuya cavab verən on iki nəfərdən onu bildirdi ki, onlar belə əmri yerinə yetirməzdilər.
Erling Şönsberq
Erling Şönsberq — Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2014)
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. == Həyatı == Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.
Medical Subject Headings
Tibbi subyekt rubrikası (qısaca: TSR (ing. Medical Subject Headings, qısaldılmış MeSH) — genişhəcmli, nəzarət olunan tibbi lüğət, indeksləşdirilmiş elmi məcmuə, jurnal və kitabların, eyni zamanda informasiyaların əldə edilməsini asandlaşdıran Amerika Birləşmiş Ştatlarının "Milli Tibbi Kitabxanası" (NLM) tərəfindən Medline və PubMed məqalələri bazası əsasında yaradılmış və daim yeniləşən bir xidmət rubrikasıdır. MeSH və ya Tibbi subyekt rubrikası internet vasitəsilə izlənilə bilinir. İlk olaraq ingilis dilində yaradılan bu rubrika artıq bir neçə dillərə tərcümə olunmuşdur.
Fridrix Şellinq
Fridrix Şellinq (alm. Friedrich Wilhelm Joseph Schelling‎; 27 yanvar 1775[…], Leonberq, Ştutqart[d] – 20 avqust 1854[…]) — alman idealist filosof. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Yohann Qotlib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Kklassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir.
Hans Memlinq
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Hoflinq eksperimenti
ABŞ tədqiqatçısı Charles K. Hofling 1966-cı ildə tabe olma prosesini əyani əks etdirən eksperiment aparmışdır. Təcrübə çöl tədqiqatı metodu ilə, Amerika xəstəxanalarından birində aparılmışdır. == Təcrübənin şərtləri == Təcrübənin şərtləri xəstəxana administrasiyası ilə razılaşdırılmışdı. Bu şərtlərə görə doktor telefon vasitəsilə tibb bacısına əmr verməli idi ki, o, pasientə "Astroten" adlı dərmandan 20 mg versin. Bu dərmanın adı uydurma idi və xəstələr üçün nəzərdə tutulmuş dərman siyahısında bu ad yox idi, lakin həmin adda dərman şüşəsi eksperimentator tərəfindən əvvəlcədən dərman otağında qoyulmuşdu. Dərman şüşəsinin üstündə aydın şəkildə qeyd edilmişdi ki, maksimal doza 10 mg-dır. Bundan başqa əmr verən doktoru tibb bacısı tanımırdı. Səhiyyə sisteminin qaydaları sadalanmış şərtlərdə xəstəyə təyin edilmiş dərmanın verilməsini qadağan edir. Təcrübədən əvvəl Hofling bir qrup tibb bacısına və bu sahədə təhsil alan tələbələrə şərtləri izah edir və onların həmin situasiyada nə edəcəklərini soruşur. Sorğuya cavab verən on iki nəfərdən onu bildirdi ki, onlar belə əmri yerinə yetirməzdilər.
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. == Yaradacılığı == === Filmləri === Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən) . === Qısa hekayələr === Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. == Həyatı == Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Yohan Heyzinq
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi. 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ).
Memlinq gölü
Memlinq gölü — Bu qədim nişan perimetri boyunca qarmaqları olan pilləli medalyon-göldür. == Haqqında == Belə təsvirlərin ilkin örnəkləri Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid edilən çeşidli saxsı məmulatı üzərində təsadüf edilir. Alimlərin fikrincə nişan bolluq, bərəkət, artım və çoxalma kimi anlayışlar əks etdirirdi. Zaman keçdikcə həmin element sənət əsərləri üzərində təkrarlanaraq getdikcə öz esatiri məzmununu itirmiş və sadəcə ornamental formaya çevrilmişdir. Lakin bu heç də onun xalça üzərindeki müxtəlifliyinə təsir göstərməmiş əksinə xalça sənətimizin ən populyar naxışlar sırasına çıxarmışdır. Azərbaycan xalçalarının keyfiyyəti və bədii özəllikləri onların təkcə ölkə daxilində deyil, eyni zamanda məmləkətimizdən çox-çox uzaqlarda məşhurlaşmasının başlıca səbəbi idi. Xarici ölkələrdə, ilk növbədə orta əsr Avropasında Azərbaycan xalçaları yüksək zövqün, var-dövlət sahibliyinin bir əlameti olaraq, eyni zamanda hansısa sirli, ecazkar bir aləmin simvolları sayılırdı. Məhz bu görkəmde onlar Avropa İntibah dövrù incəsənətində, o dönəmdə yaşamış rəssamların əsərlərində təzahür edirdi. Belələrindən birisi XV əsr görkəmli flamand rəssamı Hans Memlinq olmuşdur. Qarmaqlı medalyon onun tablolarında dəfələrlə əks etdirildiyindən elmi ədəbiyyatda ona şərti olaraq "Memling gölü" adı verilmişdir.
Halonq buxtası
Halonq buxtası (vyet. Vịnh Hạ Long) — Sakit okean, Cənubi Çin dənizi Bakbo körfəzinin daxilində yerləşən buxta. Buxta inzibati cəhətdən Vyetnamın Vandon vilayəti Halonq və Kamfa şəhərlərinin inzibati vahidliyinə daxildir. 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Görünüşü == Buxta ərazisinə ümumilikdə 3000 ada daxildir. Üstəlik bura qayalıqlar, dayazlıqlar və mağaralar daxildir. Körfəzin sahəsi 1500 km² təşkil edir. Belə desək su altı aləmi yüksık bioloji rəngarəngliyə malikdir. Halonq vyetnamcadan tərcümədə "o yeri əjdaha dəniz dibinə enmişdir" kimi səslənir. Hətta belə deyilir ki, Halonq adasını böyük bir əjdaha formalaşdırmışdır.
Paula Selinq
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni. Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub. Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı. 1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi.
Erlinq Haaland
Erlinq Haland (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — İngiltərə Premyer liqası təmsilçisi Mançester Siti klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur. == Uğurları == === Klub === === Milli === === Şəxsi === == Klub karyerası == === Brune === Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. === Molde === Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Erlinq Haland

Abraham Van Helsinq
Abraham Van Helsinq (ing. Abraham Van Helsing) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Georq fon Hertlinq
Georg fon Hertlinq (alm. Georg Friedrich Karl Freiherr von Hertling‎, 1914-cü ildən Qraf Hertlinq) (31 avqust 1843 - 4 yanvar 1919) — Katolik Mərkəz Partiyasından alman siyasətçisi idi. O, Bavariyanın xarici işlər naziri və baş naziri sonra Almaniya İmperiyasının kansleri və 1 noyabr 1917-ci ildən 30 sentyabr 1918-ci ilə qədər Prussiyanın baş naziri idi. O, iki vəzifəni tutan ilk partiya siyasətçisi idi; qalanların hamısı partiyasız idi. Hertlinqin katolikliyi onun həm akademik, həm də siyasi həyatında mühüm rol oynamışdır. O, Mərkəz partiyasının mühafizəkar qanadına mənsub idi və hökuməti imperatordan çox parlamentin iradəsindən asılı vəziyyətə gətirmək istiqamətində hərəkətlərə müqavimət göstərirdi, bu, Birinci Dünya Müharibəsinin son aylarında öz hökumətinin devrilməsinə səbəb oldu.
Riçard Uesli Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Səfəvilərin əhalini şiələşdirməsi
Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə) şiələşdirmə siyasəti. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir. Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir. == Səfəvilərdən öncə == Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi və Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular.
Van Helsinq (film)
Van Helsinq (ing. Van Helsing) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmidir. Qebriel Van Helsinq personajının rolunu Hyu Cekman canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Van Helsinq — Internet Movie Database saytında.