Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Gallion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Merlion
Merlion (ing. Merlion, çin. 魚尾獅, malay Singa-Laut) — Sinqapurun simvolu, mifik varlıq. Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir"). Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.
Helios
Helios, Elios (yun. Ἥλιος, Ἠέλιος yunan mifologiyasında günəş tanrısı. Titanlardan Hiperion ilə Teyanın oğludur, Eos və Selenanın qardaşı. Helios təsvirlərdə göylərdən okean sahillərinə enən dörd qanadlı at qoşulmuş cəng arabasında, başına işıq saçan çələng qoymuş, uzun gözqamaşdırıcı libasda, yaraşıqlı kişi obrazında göstərilir. Əfsanəyə görə o hər şeydən xəbardar olarmış və pis və yaxşı hadisələrin şahidinə çevilərmiş. Məhz Persefonanın qaçırdanı anası Demetraya o nişan vermişdir.
Bredi Ellison
Bredi Ellison (27 oktyabr 1988, Qlendeyl, Arizona, Amerika Birləşmiş Ştatları) — Amerika Birləşmiş Ştatlarını təmsil edən oxatan. Bredi Ellison 2012-ci ildə London Olimpiadasında bir gümüş, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında isə bir gümüş və bir bürünc medal qazanıb. Bredi Ellison həmçinin 2013-cü ildə Dünya çempionu olub. == Karyerası == Bredi Ellison karyerasında birinci ciddi uğurunu 2007-ci ildə Pan Amerikan Oyunlarında qazandı. O, Braziliyada keçirilən yarışlarda qızıl medal qazandı. Bredi Ellison karyerasında birinci dəfə Olimpiya Oyunlarına isə 2008-ci ildə qatıldı. Fərdi yarışlarda o, 1/16 final mərhələsində Kanada idmançısa məğlub olaraq mübarizəni medalsız başa vurdu. Bredi Ellison birinci ciddi zəfərini isə 2011-ci ildə Dünya Çempionatında qazandı. İtaliyanın Turin şəhərində baş tutan yarışlarda Bredi Ellison bürünc medal qazandı. Növbəti, 2012-ci il isə Bredi Ellison daha uğurlu oldu.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Harlan Ellison
Harlan Ellison (27 may 1934 27 iyun 2018))—ABŞ fantast yazıçısı. == Həyatı == Harlan Ellison 1934-cü il 27 may tarixində Amerikada dünyaya göz açıb. Onun yəhudi amerikan ailəsi sonralar qaldıqları yeri tərk edir. 1949-cu ildə atasının ölümündən sonra ailə Klivlendə qayıdır. Uşaq yaşlarından tamaşalarda oynayan Harlanın artıq karyerası var idi. Yeniyetmə çağlarından işiylə əlaqədar ailədən kənarda keçirdiyi günlər də onun həyatında dərin izlər buraxır. Zamanla Şimali Karolinada yük maşını sürücüsü, kitab satıcısı, mağaza administratoru kimi işləsə də ədəbiyyatla da məşğul olur.. H. Ellison 1955-ci ildə Nyu-Yorka köçərək burada yaradıcılıqla daha müntəzəm məşğul olmağa başlayır. Əsərlərində elmi fantastikaya üstünlük verən yazıçı iki il ərzində 100-dən çox hekayəni nəşr etdirir. 1956-cı ildə Şarlotta Steinlə evlənən yazar bir il sonra gənc briqadalar haqqında əsərini qələmə alır.
Ziyilli hallimon
Ziyilli hallimon — Qafqazda,Avropada,Krımda,Qərbi Sibirdə,İranda,Monqolustanda,Yaponiyada və Çində təbii halda bitir.Krım və Qafqazda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm olan yarımkol bitkidir.Gövdələri çubuqvari,düz və ya dırmaşan olub,yarpaqlara sıx yapışmış ağımtıl-boz qabıqlıdır.Yarpaqları qarşılıqlı,tamkənarları,saplaqlı,lansetvaridən uzunsova qədər və ya uzunsov-ellipsvari,bəzən ən aşağı yarpaqları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkilli,aşağı yarpaqları küt,yuxarıdakılar bizdir.Çiçəkləri nazik sünbülşəkillidir,yarpaqsız süpürgə çiçək qruplarına yığılmışdır.Dişicikli çiçəklərin kasayarpaqları oturaq,ətli,yumurtaşəkilli,yuxarısı bitişik,dişli,kənarları yumşaq çıxıntılıdır.Aprel ayında çiçəkləyir.Oktyabr ayında meyvəsi yetişir. == Ekologiyası == Duzlu torpaqlarda,günəşli ərazilərdə bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kür-Araz ovalığında,Naxçıvan düzənliyində,Aranda və aşağı dağ qurşağında,səhra və yarımsəhralarda,şoranlıqlarda,şoranlaşmamış gilli təpələrdə yayılmışdır. == İstifadəsi == Dəvələr üçün yardımçı yemdir.Dekorativ bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Elliot Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq, onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü Hun dövlətinin də sonu gəldi.
Helian Çanq
Helian Çanq 2-ci Hsia şanyüsüdür. Cəmi 3 il hakimiyyətdə qalmışdı amma gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da qapıları gec bağlandığı üçün düşmən ordu içəri girmişdi. Vey ordusunu qovmağı bacaran Çanq qardaşı Dinqi onlara qarşı göndərdi. Özü Vey ordusuna məğlub olaraq Tonqvana yox, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə Çanq qaçmağa çalışarkən edam olundu. Şimal Vey onun digər qardaşlarını da edam etdi.
Henlon ülgücü
Henlon ülgücü - Bir hadisəni açıqlayan zaman həqiqətə uyğun olmayan izahatları istisna etməyi məsləhət bilən deyimdir. Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma. Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Eyni ideyanı daşıyan deyimlər daha əvvəl də mövcud olmuşdur.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. == Həyatı == Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.
Toyota Allion
Toyota Allion — Toyotanın 2001-ci ildən etibarən Yaponiyada istehsal etdiyi sedan avtomobil modeldir. Toyota Allionun 2001-ci ildən 2007-ci ilə qədər ilk nəsil istehsalı baş tutmuşdur. 2007-ci ildən bu günə qədər isə ikinci nəsil avtomobillər istehsal edilir və istehsalı davam etməkdədir. 20 dekabr 2004-cü ildən istehsal olunan Allion modeli LED işıqla təchiz olunmuşdur.
Harvey Elliot
Harvi Elliot (4 aprel 2003) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Zollinger-Ellison sindromu
Zollinger-Ellison sindromu — Qastrinoma G hüceyrələrinin şişi olub, aşırı qastrin ifraz edir, mədə turşusu hipersekresiyası, mədə və 12 barmaq bağırsaq xoraları törədir, əksər hallarda bəd xassəlidir. Qastrinoma pankreasın adacıq şişləri arasında insulinomadan sonra ikinci yerdə durur. Adacıqların bədxassəli şişlərindən və I tip MEN-də ən çox rast gələndir.
Helli Berri
Heli Mariya Berri (14 avqust 1966) — ABŞ aktrisası və keçmiş model.
Hello, World!
Salam dünya – proqramı kompüter ekranında "Hello, World!" yazısını çap edən proqramdır. Proqramlaşdırma dilləri öyrədilərkən ilkin nümunə kimi bu proqramdan istifadə olunur. Müxtəlif proqramlaşdırma dillərində Hello World proqramı nümunələri. ADA: ASP: Basic: C: C++: C# Java:JavaScript: Pascal: PHP: Python 2. XPython 3.
Hello Neighbor
Hello Neighbor — Dynamic Pixels tərəfindən inkişaf etdirilmiş və 8 dekabr 2017 tarixində təqdim edilmiş videooyun.
Gertrud Elion
Gertrud Elion(23 yanvar 1918[…], Nyu-York ştatı – 21 fevral 1999[…]) — Amerikalı biokimyaçı və farmakoloq. 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını alıb. Bir çox yeni dərmanlar hazrlayıb. İstifadə etdiyi innovativ tədqiqat üsulları sonradan QİÇS'ə qarşı mübarizə aparan zidovudinin hazırlanmasına səbəb olub. == Həyatı == Nyu-Yorkda immiqrant valideynlər üçün anadan olmuş Gertrud Elion ilk gəncliyini atasının diş həkimi olduğu Manhettendə keçirib. Qardaşı dünyaya gələndə ailə Bronksa köçüb. 15 yaşında Nyu-York şəhərindəki Hunter Kollecinə daxil olub və 19 yaşında kimya fakültəsini əla qiymətlərlə bitirib. O, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkib. Laborator kimi iş tapıb və Nyu-York Universitetinə qayıdıb. Elion 1941-ci ildə magistr dərəcəsi üzrə işi bitirərkən bir neçə il liseydə əvəzedici müəllim kimi çalışıb.
Karnegi Mellon Universiteti
Karnegi Mellon Universiteti (ing. Carnegie Mellon University) — ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. == Reytinqi == Yarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülmüşdür. == Məşhur məzunları == Karnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-nin beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır. Klinton Devisson – fizika üzrə Nobel mükafatı laureatı; Otto Stern – fizika üzrə Nobel mükafatı laureatı; Pol Flory – kimya üzrə Nobel mükafatı laureatı; Herbert Simon – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Franko Modiqliani – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Merton Miller – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Robert Lukas – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Popl – kimya üzrə Nobel mükafatı laureatı; Volter Kohn – kimya üzrə Nobel mükafatı laureatı; Pol Loterbur – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskott – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Ada Yonath – kimya üzrə Nobel mükafatı laureatı; Nilofər Bəxtiyar – Pakistanın federal turizm naziri; Çarlz Ervin Vilson – ABŞ-nin keçmiş müdafiə naziri; Piter De Mut – Pensilvaniyadan olan konqresmen; Lerri Giammo – Merillend ştatının Rokvill şəhərinin meri; Kliford Şull – fizika üzrə Nobel mükafatı laureatı; Con Forbes Neş – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskot – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Holl – fizika üzrə Nobel mükafatı laureatı; Oliver Uilliamson – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.
Robert Elliot Kan
Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[…], Nyu-York, Nyu-York ştatı) —ABŞ elektrik mühəndisi və Vint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir. 2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır. == Həyatı == Robert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır. Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır. O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.
The Million Dollar Homepage
The Million Dollar Homepage — 26 avqust 2005-ci ildə Aleks Teu tərəfindən qurulan veb sayt. Teu İngiltərədə təhsil alan universitet tələbəsi idi və saytı təhsil haqqını ödəmək üçün qurmuşdur. Ana səhifə 1000 x 1000 piksel olaraq milyon pikseldən ibarətdir. Aleks 10 × 10 ölçüsündə olan hər bloku 1 dollara satışa çıxarmışdı. Blokları satın alanlar özlərinə məxsus blokda reklam yerləşdirəcəkdilər. Bu sayt bir müddət sonra internet ulduzuna çevrildi. Alexa reytinqinə görə 40.044 ziyarət ilə təxminən 127-ci sırada yer aldı. 1 yanvar 2006-cı ildə son 1000 piksel eBay platfomasında auksiona çıxarıldı. Auksion 11 yanvarda 38.100 dollarla yekunlaşdı və saytın ümumi gəliri 1.037.100 ABŞ dolları oldu.