Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hibrid (biologiya)
Mələz olaraq da bilinən hibrid, iki fərqli heyvanın və ya bitkinin birləşməsindən yaranan yeni növdür. Fərqli növlər arasında aparılan hibridlər nəsil verməz, qısır heyvanlardır. Eyni növlərin müxtəlif cinsləri arasındakı hibrirləşmə zamanı, məhsuldarlıq davam etsə də, bəzi nəsillər valideynlərinin deyil, uzaq atalarının genetik xüsusiyyətlərində görünə bilər. Eyni cinsin iki növün arasında yaranan bir hibrid üçün (x) işarəsi növlərin ortasında göstərilir. Məsələn Picea x lutzii : Picea glauca × Picea sitchensis adlı iki növün təbii hibrididir. (×) işarəsi cins adından qabaq yer alırsa, iki ayrı cinsin növləri arasındakı hibridliyi ifadə edir. Məsələn: × Cupressocyparis leylandii hibridi: Cupressus macrocarpa × Chamaecyparis nootkatensis adlı iki cinsin növləri arasında formalaşmışdır.
Hibrid abutilon
== Təbii yayılması: == Vətəni Cənubi Amerikadır. == Botaniki təsviri: == Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. == Ekologiyası: == Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Hibrid avtomobil
Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur. Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi. Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər.
Hibrid kompüter
Hibrid kompüter (ing. hybrid computer) həm rəqəmsal, həm də analoq sxemləri olan kompüter. Rəqəmsal sxemlər ikilik ədədlərin sıfırlarını və birlərini "qoşmaq-ayırmaq" tipli diskret siqnallar şəklində göstərir; onlar praktiki olaraq bütün kompüterlərdə, o cümlədən fərdi kompüterlərə tətbiq olunur. Analoq sxemlər kəsilməz dəyişən fiziki kəmiyyətlərin (məsələn, gərginlik və cərəyan şiddətinin) qiymətlərini göstərmək üçün istifadə olunur; onlara texniki quraşdırma və başqa sahələrdə (çox zaman, sənayedə) tətbiq olunan bəzi xüsusi kompüterlərdə rast gəlmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hibrid müharibəsi
Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər.Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi. == Tərifi == Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir. Belə izah ilə problem göz qabağındadır: Mak Kuin bu təriflə "bütün müharibələrin potensial hibrid olduğunu" etiraf etməyə məcburdur.
Hibrid nüvə
Hibrid-nüvə (ing. Hybrid kernel) — modifikasiya olunmuş mikro-nüvələr (kompyuterin əməliyyat sisteminin əsas minimal funksiyalarının toplusu) əməliyyatın sürətləndirilməsi üçün nüvənin sahəsində “nəzərə çarpılmayacaq” hissəsini işlətmək üçün imkan yaradır. == “Hibrid” nüvələrin üstünlükləri və çatışmazlıqları == Nəzərdən keçirilmiş bütün əməliyyat sistemlərinin hazırlanması yanaşmalarının öz üstün və əskik cəhətləri var. Bir çox halda müasir ƏS-ləri bu yanaşmaların ayrı-ayrı kombinasiyalarından istifadə edir. Misal üçün, hal-hazırda, "Linux"un nüvəsi monolit sistem olmaqla ayrı-ayrı nüvə modullarından ibarətdir. Nüvənin kompilyasiyası zamanı bir çox modul adlandırılan komponentilərinin dinamik yüklənməsi və dayandırılmasına icazə vermək olar. Modulun yüklənməsi zamanı onun kodu sistem səviyyəsində yüklənir və nüvənin digər hissələri ilə əlaqəyə keçir. Modulun daxilində nüvənin ixrac etdiyi istənilən funkaiyalarından istifadə etmək mümkündür. GNU ƏS-nin (Debian/GNU Hurd) bir neçə variantında monolit nüvə yerinə Mach nüvəsindən istifadə olunur ("Hurd"dakı kimi) və onun üzərində – istifadəçi məkanında "Linux"un istifadəsi zamanı nüvənin bir hissəsi ola biləcək prosseslər işləyir. Qarışıq yanaşmanın başqa bir nümunəsi də monolit nüvəli ƏS-nin mikro-nüvə vasitəsilə yüklənməsi olardı.
Hibrid tərə
Hibrid tərə (lat. Chenopodium hybridum) - tərələr cinsinə aid bitki növü.
Hibrid çatıotu
== Təbii yayılması: == Vətəni Cənubi Amerikadır. == Botaniki təsviri: == Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. == Ekologiyası: == Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Hibrid öskürəkotu
Petasites hybridus (lat. Petasites hybridus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öskürəkotu cinsinə aid bitki növü.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Hibrid Giriş Şəbəkələri
Hibrid Giriş Şəbəkələri — lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. == İstifadə halları == Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G. Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. == Texnologiya == Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Hibrid qiymətli kağızlar
Hibrid varlıqlar (folklorda)
Hibrid varlıqlar (folklorda) Hibrid / dimorf/ polimorf varlıqlar - müxtəlif canlıların xüsusiyyətlərini görünüşlərində birləşdirən miflərin, nağılların, əfsanələrin personajlarıdır; antropomorf və zoomorf xüsusiyyətlərin birləşməsi halında onlara yarıinsan deyilir. Demək olar ki, bütün qədim və ənənəvi mədəniyyətlərdə məlumdur. Polimorf obrazlarda, insan fantaziyası, gerçək heyvanların əsas xüsusiyyətlərini birləşdirərək, müxtəlif dərəcədə məşhur olan bir çox uydurma canlılar yaradıb. Bu cür canlıların yaşayış yeri olaraq çox vaxt sivilizasiyanın sonundakı əlçatmaz ərazilər - səhralar, dağların zirvələri, meşələr, dənizlər və s., eləcə də bu xalqın demək olar heç bir əlaqəsinin olmadığı uzaq ölkələr göstərilirdi. == Mifologiyada == Yarı insan-yarı heyvan şəkilləri əsasən ibtidai xalqların mədəniyyətində rast gəlinir. Mesopotamiyada çox sayda polimorf heyvanlar yaradılmışdır. Onları yaratmaq üçün əsasən aslanın başından və pəncələrindən, zəhərli ilanların başlarından və ya quyruqlarından, yırtıcı quşların müxtəlif atributlarından istifadə edirdilər. Mesopotamiya mifologiyasında aslanların yırtıcı quşlar, digər heyvanlar və insanlar olan hibridləri məlumdur: "Babil əjdahaları" Siruşi və ya Muxşuşi, insan başlı qanadlı öküzlər Karubu, qapıları qoruyan şedu (lammassu), savaş tanrısı Ninurta qanadlı aslan kimi təsvir olunur. İkiçayarasında, qanadlı kentavrların şəkilləri də var. İki və dörd ayaqda gəzən polimorf canlılar üçün termin bölgüsü var idi.
Hibridləşmə anlayışı
Hibridləşmə anlayışı — ümumiləşmə anlayışıdır. Hibrid anlayışının əsasını atomun valent halında (atomun birləşmənin tərkibindəki halı) ayrı-ayrı ilkin orbitalların müəyyən prinsiplər üzrə hibridləşməsi (ümumiləşməsi) təşkil edir. == Hibridləşmə anlayışının izahı == Karbon atomu adi halda iki açıq elektrona malikdir. Lakin o asanlıqla həyəcanlı hala keçir və bu vaxt elektron cütü (2s2) açılır və onlardan biri 2p-yarımsəviyyədə olan boş xanaya keçir. Buna müvafiq olaraq, karbon atomu həyəcanlı halında dörd kimyəvi rabitə yaradır. Yəni birləşmələrdə onun oksidləşmə dərəcəsi dördə bərabər olur. Karbon atomunun həyacanlı halında valent elektronları müxtəlif yarımsəviyyələrdə yerləşdiyi üçün onların əsasında əmələ gələn kimyəvi rabitələr öz təbiətinə görə bir-birindən fərqlənməlidir.Yəni, p-elektronların əsasında yaranan üç rabitə bir cür təbiətə, s-elektron əsasında yaranan rabitə isə başqa cür təbiətə malik olmalıdır. Lakin son illər aparılan dəqiq tədqiqatlar yuxarıda göstərilən məntiq əsasında çıxarılan nəticələrin heç birinin düzgünlüyünü təsdiq etməmişdir. Müəyyən olunmuşdur ki, metan molekulu düzgün tetraedr formasına malikdir. Molekulda kimyəvi rabitələr tetraederin mərkəzindən onun təpələrinə istiqamətlənmişdir.
Petasites hibridus
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
== Məzmun == Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədi ilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Hebrid adaları
Hebrid adaları (ing. Hebrides [ˈhɛbrɨˌdiːz], şot.kelt Innse Gall) — Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən arxipelaqdır. Britaniya adaları qrupuna daxildir. Arxipelaqın iki ada silsiləsi - Daxili və Xarici Hebrid adaları, Litl-Minç və Nort-Minç boğazları, həmçinin daxili Hebrid dənizi ilə ayrılır. == Təsviri == Hebrid adaları 500-ə yaxın qayalı, əsasən hündür adalardan ibarət geniş səpələnmiş qrupdur, onlardan 100-ə yaxını məskunlaşıb. Səthinin sahəsi təxminən 7,2 min km²-dir, bunun təxminən 1,6 min km²-ni göllər tutur. Adaların səthinin çox hissəsini qayalı və ya bataqlıq düzənliklər (torf bataqlıqları) təşkil edir. 1009 m-ə qədər alçaq dağlar (Skay adasındakı Kullin-Hils dağı), həmçinin lava sahələri və qədim buzlaşmanın izləri (troqlar, karrlar) var. Rütubətli dəniz iqlimi, yanvarda orta temperatur 4-6 °C, iyulda 12-14 °C-dir. Çoxlu yağıntı düşür - ildə 2000 mm-ə qədər.
Hebrid dənizi
Hebrides dənizi (ing. Sea of the Hebrides) — Atlantik okeannın şimal-şərqində, Şotlandiyanın qərb sahilləri ilə Hebrid adaları arasında yerləşir. Hebrid dənizi və Litl-Minc boğazı, Nort-Minç boğazı adaları iki qrupa bölür: Daxili Hebrid və Xariçi Hebrid adaları. Dənizin sahəsi 47,000 km², orta dərinliyi 64 m, ən dərin yeri isə 137 m təşkil edir. == Ədəbiyyat == Johnson, Alison (1989) Islands in the Sound: Wildlife in the Hebrides: London. Victor Gollancz ISBN 0-575-04640-6 (Detail taken from Islands in the Sound……….").
Hybrid Theory
Hybrid Theory – Linkin Parkın birinci studiya albomu. 2000-ci ildə satışa çıxarılmışdır. Bu albom 21-ci əsrin ən çox satılan albomudur. Bu münasibətlə qrupa Gold CD mükafatı təqdim olunmuşdur. Linkin Park fanlarının əksəriyyətinin sevdiyi mahnılar bu albomdadır. Onlardan ən bəyənilənləri: One Step Closer və In The End-dir.
Pniktogen hidrid
Pniktogen hidridlər və ya hidrogen pniktidlər hidrogenlə kovalent rabitə ilə bağlanmış pniktogen atomlarından ibarət birləşmələrdir (V qrup elementləri: azot, fosfor, arsen və bismut). == Pniktogen trihidridlər == Ən sadə seriya, X pniktogenlərdən birini təmsil edən XH3 (daha az yayılmış H3X) kimyəvi formuluna malikdir. Piramida quruluşa sahibdirlər (III qrup hidridlərinin trigonal düzülüşündən fərqli olaraq) və buna görə də qütblüdürlər. Bu pniktogen trihidridlər ümumiyyətlə getdikcə qeyri-sabitdir və daha ağır elementlərlə zəhərlidirlər. Sadə hidrogen halogenidlər və xalkogenidlər kimi, pniktogen hidridlər də suda həll olur. Turş sulu məhlullar əmələ gətirən hidrogen sulfid və hidrogen flüorid kimi digər hidridlərdən fərqli olaraq, ammonyak suda əridilərək əsas ammonium hidroksidi meydana gətirir ( hidroniumdan fərqli olaraq hidroksid ionu əmələ gətirərək). Fosfin eyni zamanda suda həll olur. Arsin və stibin daha azdır və bismutinin olub olmadığı bilinmir. == Xassələri == Bütün alifatik doymuş hidrogen pniktidlərin formulu Xn Hn+2 düsturuna malikdir. Ammonyak bütün birləşmələr arasında böyük miqyasda sənaye üsulu ilə istehsal olunur.
Hybrid Access Networks
Hibrid Giriş Şəbəkələri, lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. == İstifadə halları == Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G.Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. == Texnologiya == Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Hybrid Theory EP
Hybrid Theory EP - Linkin Parkın ilk yoxlama albomudur. 1998-ci ildə Mayk Vekfildin qrubu tərk edincə yeni vokal axtarıldı və Çester Benninqton qruba daxil edildi. 1999-cu ildə çıxarılan bu albom 500 ədəd satdı. Bundan sonra Xero adı Hybrid Theory olaraq dəyişdirildi ancaq Hybrid Theory adlı bir qrubun olması onları yene adılarını dəyişməyə məcbur etdi. Bu albomdaki bəzi mahnılar 2002-ci ildə çıxan Reanimation albomunda da yer aldı. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Acacia hybrida
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Avena hybrida
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Bellis hybrida
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Bernoullia hybrida
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Bidens hybrida
Bidens leucanthema (lat. Bidens leucanthema) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü. == Sinonim == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Kıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Qıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Qıbrız
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².