Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alüminium hidroksid
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi. == Alınması == Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar: A l 2 ( S O 4 ) 3 + 6 N H 3 + 6 H 2 O ⟶ 2 A l ( O H ) 3 ↓ + 3 ( N H 4 ) 2 S O 4 {\displaystyle {\mathsf {Al_{2}(SO_{4})_{3}+6NH_{3}+6H_{2}O\longrightarrow 2Al(OH)_{3}\downarrow +~3(NH_{4})_{2}SO_{4}}}} Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür. Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı: 2 A l C l 3 + 3 N a 2 C O 3 + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 C O 2 ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}CO_{3}+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3CO_{2}\uparrow +~6NaCl}}} 2 A l C l 3 + 3 N a 2 S + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}S+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3H_{2}S\uparrow +~6NaCl}}} == Fiziki xassələri == Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir: monoklinik (γ) gibbsit triklinik (γ ') gibbsit (hidrarqillit) bayerit (γ) nordstrandit (β) Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır. == Kimyəvi xassələri == Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur: turşularla: A l ( O H ) 3 + 3 H C l ⟶ A l C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+3HCl\longrightarrow AlCl_{3}+3H_{2}O}}} qələvi lərlə: A l ( O H ) 3 + N a O H + 2 H 2 O ⟶ N a [ A l ( O H ) 4 ( H 2 O ) 2 ] {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH+2H_{2}O\longrightarrow Na[Al(OH)_{4}(H_{2}O)_{2}]}}} Bərk reagentlərin əriməsi nəticəsində: A l ( O H ) 3 + N a O H → 1000 o C N a A l O 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH\ {\xrightarrow {1000^{o}C}}\ NaAlO_{2}+2H_{2}O}}} Qızdırıldıqda parçalanır: 2 A l ( O H ) 3 → t > 575 o C A l 2 O 3 + 3 H 2 O {\displaystyle {\mathsf {2Al(OH)_{3}\ {\xrightarrow {t>575^{o}C}}\ Al_{2}O_{3}+3H_{2}O}}} Ammonyak məhlulları ilə reaksiya daxil olmur. == Tətbiqi == Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur. == Mənbə == Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов.
Kalsium hidroksid
Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur. == Trivial adları == Sönmüş əhəng Əhəng südü Əhəng suyu == Alınması == Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir: CaO + H2O → Ca(OH)2+Q == Xassələri == Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur: Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O Ca(OH)2 + SO3 → CaSO4 +H2O Ca(OH)2 + CO2 → CaCO3 + H2O Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOH Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir: Ca(OH)2 →CaO + H2O Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir: Ca(OH)2←→ Ca2+ + 2OH− == Tətbiqi == Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur. == Təhlükəsizliyi == Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər. == Mənbə == Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298 N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu.
Hidroksil qrupu
Hidroksil qrupu — Hidroksi və ya hidroksil qrupu, bir hidrogen atomuna kovalent şəkildə bağlanmış bir oksigen atomundan ibarət kimyəvi formul — OH olan funksional bir qrupdur. Üzvi kimya içərisində spirtlər və karboksilik turşular bir və ya daha çox hidroksil qrupu ehtiva edir. Həm hidroksid adlanan mənfi yüklü OH-anyon, həm də hidroksil radikal olaraq bilinən neytral OH radikal, məhdudlaşdırılmamış bir hidroksil qrupundan ibarətdir IUPAC tərəfindən müəyyən edildiyi kimi, "hidroksil" termini yalnız hidroksil radikalına (· OH) aiddir, -OH funksionallığı hidroksi adlanır. == Xüsusiyyətləri == Su, alkoqollar, karboksilik turşular və bir çox digər hidroksi tərkibli birləşmələr oksigenin (3.5) və hidrogenin (2.1) elektromənfiliyi arasındakı böyük fərqə görə asanlıqla təmizlənə bilər. Hidroksi ehtiva edən birləşmələr molekullar arasındakı elektrostatik cazibəni artıraraq molekullararası hidrogen əlaqələrində iştirak edir və beləliklə bu funksional qrupa malik olmayan birləşmələr üçün daha yüksək qaynama və ərimə nöqtələrinə çatır. Çox vaxt suda az həll olan üzvi birləşmələr, şəkərlər və amin turşuları ilə göstərildiyi kimi iki və ya daha çox hidroksi qrupu olduqda suda həll olur . == Giriş == Hidroksil qrupu kimya və biokimyada geniş istifadə olunur. Bir çox qeyri-üzvi birləşmə, ən böyük sənaye miqyasında istehsal olunan kimyəvi birləşmə olan kükürd turşusu da daxil olmaqla hidroksil qruplarını ehtiva edir. Hidroksil qrupları, sadə bioloji molekulları uzun zəncirlərə bağlayan dehidrasiya reaksiyalarında iştirak edirlər. Triasilqliserol əmələ gətirmək üçün yağ turşusunun qliserola qoşulması -OH-u yağ turşusunun karboksi terminalından çıxarır.
Hidroksam turşuları
Hidroksam turşuları — RC(O)N(OH)R' funksional qrup saxlayan üzvi birləşmələr sinfi. Burada R və R' karbohidrogen radikalıdır. Faktiki olaraq onlar azot atomunda bir hidrogen atomu hidroksil qrupu ilə əvəz olunmuş amidlərdir (RC(O)NHR'). Əksər hallarda metallarla xelatəmələgətirici agent kimi istifadə olunurlar. Tautomerliyə malikdirlər, dönər olaraq hidroksiimin formaya keçə bilərlər. Hidroksam turşusu ilk dəfə Vilhelm Lossen tərəfindən 1869-cu ildə laboratoriya şəraitində alınmışdır. Etiloksalat və hidroksilaminin qarşılıqlı təsiri nəticəsində oksalohidroksamturşusu alınmışdır. Bir qədər sonra hidroksilaminin benzoy turşusunun xloranhidridi ilə reaksiyası nəticəsində hidroksam turşusunun mono-, di- və tribenzol törəmələrinin qarışığı alınmışdır. Hidroksam turşusunu adətən karbon turşularının xloranhidridləri və ya mürəkkəb efirlərdən alırlar. Məsələn, benzhidroksam turşusunun alınması aşağıdakı reaksiya tənliyinə uyğun olaraq gedir.