Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nomonyx
Maskalı göydimdik (lat. Nomonyx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Omonim
Omonim (yun. ὁμός ὄνομα - eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bu sözlər omonim deyil: 1) Yazılışı eyni olan, vurğusuna görə fərqlənən sözlər paronim adlanır. 2) Yazılışı ilə oxunuşu eyni, lakin kökləri fərqli olan sözlər omoqraf adlanır 3) Ümumi və xüsusi sözlər; 4) Yazılışı və tələffüzü eyni, bir-birinə məcaz yolu ilə bənzəyən sözlər (belə sözlər çoxmənalı sözlər sayılır, omonimlərdə məcaz olmur).
Nomonyx dominicus
Adi maskalı göydimdik (lat. Nomonyx dominicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin maskalı göydimdik cinsinə aid heyvan növü.
Ad hominem
Şəxsiyyətə appelyasiya ( lat. argumentum ad hominem - “insanla bağlı arqument”) — arqumentin özünün, obyektiv faktların və ya məntiqi əsaslandırmanın uyğunsuzluğunu göstərmək əvəzinə, arqumenti gətirən şəxsin və ya arqumentlə əlaqəli şəxsin xarakterinə, motivinə və ya digər atributuna işarə etmək yolu ilə arqumentin təkzib edildiyi məntiqi xəta. Aşağıdakı növlərə bölünür: argumentum ad hominem personam ("şəxsiyyətə keçid") - şəxsiyyəti birbaşa tənqid etmək və ya rəqibi təhqir etmək; argumentum ad hominem circumstantiae - rəqibin nöqteyi-nəzərinin onun şəxsi şəraiti ilə izahı; argumentum ad hominem tu quoque (“və sən də”) rəqibin özünün öz arqumentinə zidd davranmasının göstərmək. Demaqogik üsullar çox vaxt belə müraciəti ehtiva edir.