Mənbələrdə “yavaş”, “asta” mənalarını verən ağru (aquru) sözü var. Ağır-ağır hərəkət etmək ifadəsindəki ağır sözü buradan əmələ gəlib. Ağrı kəlməsi inkişaf prosesində ağır formasını kəsb edib. Ağruq sözü də olub və “yük” mənasında işlədilib. İkinci bir ağır sözü bununla bağlıdır. Üçüncü bir ağır sözü də var: “qiymətli, vəznli” deməkdir (“çəkidən yüngül, qiymətdən ağır” deyirik). Deməli, ağır kəlməsi “yavaş, yük və qiymətli” anlamlarını əks etdirən omonim sözüdür. Güman edilir ki, ağır və ağrımaq sözləri eyni kökdən əmələ gəlib. Ağır şey canlı varlığı ağrıdır; “müqəddəs”, “şərəfli” mənası da var, ən çox ağır ellər kimi işlədilir.