Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Honq Konq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Honq Konq Universiteti
Honkonq Universiteti (ing. University of Hong Kong) — Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet Çinin Honkonq şəhərindəki Pokfulam ərazisində yerləşir. == Tarixi == Honkonq Universitetinin təməli 16 mart 1910-cu ildə həmin dövrdə Honkonq qubernatoru olan Frederik Luqard tərəfindən qoyulub. Universitetin yaradılmasında məqsəd çinli gənclərin istifadəsinə ən müasir ali təhsil müəssisəsini vermək olub. Universitetin rəsmi açılışı 11 mart 1911-ci ilə təsadüf edir, 1887-ci ildən fəaliyyət göstərən Tibb Kolleci də həmin il universitetə birləşdirilir. Bir il sonra universitetdə mühəndislik və incəsənət fakültələri açılır. 1916-cı ilin dekabrında Honkonq Universiteti 23 tələbə və 5 fəxri məzunla ilk yığıncağını keçirir. Yaradılmasından on il keçdikdən sonra - 1921-ci ildə universitetə ilk qız tələbələr qəbul edilir. 1927-ci ildə burada çin Tədqiqatları Məktəbi yaradılır.
Çin Honq Konq Universiteti
Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.
Konq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Honq Konq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Hon Konq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Şi Honq
Şi Honq (313 – 334) — 313-cü ildə anadan olmuş, 333-cü ildə taxta çıxmışdı. Hu Çaonun ikinci hökmdarı idi. Lakin hakimiyyətə gələndən bir il sonra Şi Hu tərəfindən devrildi və ailəsi ilə birlikdə öldürüldü.
Konq adası
Konq adası (khm. កោះកុង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Ada Kamboca sahillərindən 54 km araləda yerləşir. İnzibati cəhətdən Kox Konq vilayəti ərazisinə daxildir. Kambocanın ən böyük adasıdır. Şimaldan cənuba 19,5 km, şərqdən qərbə 5–6 km məsasfədə uzanır. Adanın sahəsi 100 km², sahil xətdinin uzunluğu isə 53 km-dir. Adanın rəsmi saytında deyilir ki, Konq adası Honkonq böyüklükdə ərazini əhatə etsədə əhalisi bir böyük məktəb sinfinin şagirdlərinin sayından çox deyil. Ada bütünlüklə meşə ilə örtülüdür. Maksimal hündürlüyü 420 metrdir.
Liu Konq
Liu Konq Xan Çaonun üçüncü imperatoru idi. Qardaşını devirərək hakimiyyətə gəlmişdi. == İlk dövrü == Liu Konq əslində taxta çıxmaq istəmirdi və taxtı qardaşı Liu Aya təqdim etmişdi lakin Ay bundan imtina etdi. Hun ənənələrinə sadiq qalaraq Qiyan qəbiləsindən bir qızla evləndi. O Cin sülaləsi ilə mübarizəyə davam edirdi. Paytaxtı mühasirəyə çalışırdı. Onun orduları bütün döyüşlərdə asanlıqla qələbə çalsa da şəhərləri saxlaya bilmirdi. 311-ci ilin yazında Şi Le Cin sülaləsinin generalını məğlub etdi, onları mühasirəyə aldı və ordudakı şahzadəni diri-diri yandırdı. Paytaxt müdafiəsiz qalmışdı. Şi Le, Vanq Min və Lui Yao paytaxta girərək imperator Huayı əsir etdilər.
Kinq Konq (film, 2005)
Kinq Konq — 1933-cü ildə çəkilmiş eyniadlı filmin remeyki olan, Piter Ceksonun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş elmi fantastika janrlı bədii film. Baş rollarda Endi Serkis, Naomi Uotts, Cek Blek və Edrien Broudi çəkilmişdir. Filmdə hadisələr 1933-cü ildə baş verir. Süjet öz aktyorlarını və xüsusi muzdlu gəmi heyətini sirli Kəllə adasına getməyə inandıran iddialı rejissorun hekayəsindən bəhs edir. Orada onlar həmin adada yaşayan tarixdəqədərki dövrün canlıları ilə, eləcə də ələ keçirib Nyu-Yorka gətirməyi bacardıqları Kinq Konq kimi tanınan əfsanəvi nəhəng qorilla ilə qarşılaşırlar. Çəkilişlər 2004-cü ilin sentyabrından 2005-ci ilin martına qədər Yeni Zelandiyada aparılıb. Layihənin büdcəsi ilkin olaraq 150 milyon dollar olsa da, sonradan o vaxtkı rekord sayılan 207 milyon dollara yüksəldi. Rejissor orijinalın ruhuna uyğun, lakin qabaqcıl kino texnologiyasından istifadə edən remeyk yaratmağı qarşısına məqsəd qoymuşdur. Film üçün yeni ssenari yazılmışdır, lakin bu, ümumilikdə orijinal mənbəyə uyğundur. Film kommersiya baxımından uğurlu olmuş və 562 milyon dollar gəlir əldə etmişdir.
Vo Ti Konq
Vo Ti Konq (vyet. Võ Chí Công) və əsl adı ilə Vo Toan, (vyet. Võ Toàn; 7 avqust 1912 – 8 sentyabr 2011, Hoşimin) — Vyetnam inqilabçısı və dövlət xadimi, Vyetnam Sosialist Respublikası Dövlət Şurasının sədri (1987–1992). O, dünyanın ən uzunömürlü dövlət və hökumət başçılarından biridir, 2016-cı ilə qədər Vyetnamın ən uzunömürlü prezidenti (Vyetnam Dövlət Şurasının sədri) olmuşdur. == Mükafatları == "Qızıl ulduz" ordeni . "Oktyabr inqilabı" ordeni (5 avqust 1988-ci il, SSRİ) — "inqilabi hərəkatda fəal iştirakına, Sovet Sosialist Respublikaları İttifaqı ilə Vyetnam Sosialist Respublikası arasında hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində böyük və səmərəli fəaliyyətinə və yetmiş beşinci doğum gününə" görə.
Bonq
Bonq — tütün çəkmək üçün cihazdır . Bir qayda olaraq, bu, çətənə yandırmaq üçün konus formalı bölməsi olan, qismən su ilə doldurulmuş kiçik bir qabdır. Bong-dan istifadə edərkən, tənəffüs edilmiş tüstü sudan keçir və bununla da soyudulur. Çətənə çəkənlər arasında bonqlar populyarlıq təşkil edir. Bonq istifadə edərkən daha çox tetrahidrokannabinolun bonq çəkənin ağciyərlərinə daxil olmasını təmin edir. Eyni zamanda ağciyərlərə qatran və digər zərərli maddələrin qəbulu da artır.ABŞ-ın əksər ştatlarının qanunvericiliyi bonqları narkotik vasitələrdən istifadə üçün istifadə olunan cihazlar hesab edir, ona görə də onların saxlanması və satışı qadağandır. == Tarixi == Afrikada, Efiopiya mağaralarında aparılan qazıntılar zamanı alimlər 11–14-cü əsrlərə aid tütün boruları tapıblar. Mağaradan müxtəlif otların qalıqları tapıldı və nəzəriyyələrə görə, bu borular bonqun inkişaf tarixinin başlanğıcıdır.
Hon Yonq-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Aleks Sonq
Aleks Dimitri Sonq Bilonq (fr. Alexandre Dimitri Song Billong; 9 sentyabr 1987[…], Duala), daha çox Aleks Sonq kimi tanınır — Cibutinin "Arta/Solar7" klubunda mərkəzi və müdafiəyə meyilli yarımhücumçu qismində çıxış edən Kamerun futbolçusu. O, həmçinin mərkəz müdafiəçisi mövqeyində oynayır. 2008-2009 mövsümündən "Arsenal" klubunun önəmli oyunçusuna çevrilən Sonq 2012-ci ildə 15 milyon avroya "Barselona"ya transfer olundu. O, 2010 və 2014-cü illərdə keçirilən Dünya Çempionatlarında Kamerun millisini təmsil etmişdir. O, həmçinin 2010 Afrika Millətlər Kubokunda iştirak etmək üçün milliyə cəlb edilmişdir və yeganə Kamerun oyunçusu idi ki, adı "Turnirin Heyəti"nə salınmışdır. Sonq həmçinin Fransa vətəndaşıdır. O, keçmiş futbolçu Riqober Sonqun qardaşı oğludur. == Həyatı == Sonq Kamerunun Duala şəhərində anadan olmuşdur və üç yaşındaykən atası vəfat etmişdi. O andan sonra əmisi Riqober Sonq ona ata əvəzi olmuşdur və futbolçu karyerasını seçməkdə böyük təsir göstərmişdir.
Annabel Çonq
Annabel Çonq (ing. Annabel Chong) — Sinqapur əsilli ABŞ pornoaktrisa. == Həyatı == Qreys Quek 22 may 1972-ci ildə Sinqapurda anadan olmuşdur. Londona köçdükdən sonra burada incəsənət və hüquqşünaslığı öyrənir. London Kral Kollecində təhsil alır. ABŞ-yə gəldikdən sonra isə Cənubi Kaliforniya Universitetində təhsil almağa başlayır. Burada Qreys ilk dəfə olaraq pornokaryerasına başlayır. 2007-ci ildə onun həyatı əsasında "251" pyesi hazırlanmışdır.
Aşina Çonq
Aşina Çonq (阿史那忠) (611-674) - Tan sülaləsi sərkərdələrindən olub, Göytürk şahzadəsi idi. == Həyatı == Aşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. İllig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi. ==== Vəzifələri ==== 635-ci ildə Sağ Mühafizəçiləri sərkərdəsi təyin edildi. 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu. 650-ci ildə Hsüe Quo knyazı titulunu aldı. 668-ci ildə Kinxay yolu mühafizəsinin rəisi təyin olunmuşdur. == Ailəsi == Dinhsianq valisinin qızı, həmçinin Tanq Taiçonqun ögey qızı Şahzadə Linçuan (臨川公主) ilə evli idi. === Övladları === Aşina Cian (阿史那暕) == Ölümü == 674-cü ildə vəfat etmişdir.
Conatan Vonq
Conatan Vonq (23 avqust 1992) — Malayziyalı atıcı. Conatan Vonq Malayziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Conatan Vonq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 574 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hong Kong
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Donq Yuan
Donq Yuan — Çinli rəssam. == Həyatı == Donq Yuan Çin mənzərəsinin böyük ustalarından biridir. Rəssam Çində anadan olub. Donq Yuan günlərində bu sahə Cənub-Şərqin bir hissəsi idi. Ustadın yaradıcılığının demək olar ki, bütün dövrü İmperator Li Cinq hakimiyyət dövründə oldu. Bəzi zamanlarda Çin rəsm əsərləri ilə məşğul idi. Bununla yanaşı 961-ci ildə Akademiya qurulduqdan sonra Donq Yuan bura üzv oldu. Donq Yuan ilk növbədə monoxrom mənzərələri ilə məlumdur, lakin o, təkcə monoxrom işləri deyil, eyni zamanda, Li Sisyunyadan gələn ənənə ilə də çəkmişdir. == Qalereya == == Ədəbiyyat == Го Жо-сюй. «Записки о живописи: что видел и слышал» — М., «Наука», 1978 Виноградова Н. А. «Китайская пейзажная живопись» — М.: «Изобразительное искусство», 1972 Various authors.
Jonq Li
Yon Li (5 yanvar 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Yon Li Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Lonq Biç
Lonq Biç (ing. Long Beach) — Sakit Okean'ın sahilində Los-Ancelesin 30 km cənubunda yerləşən, əhalisinə görə ABŞ-nin 38-ci, Kaliforniya ştatının 7-ci böyük şəhəri. Təxminən 500 min əhalisi olan şəhər dünyanın ən böyük limanlarından birinə və inkişaf etmiş neft sənayesinə sahibdir. Şəhərdə Təyyarə və Avtomobil hissələri istehsal edilir. == Coğrafiyası == Lonq-Biç Los-Ancelesin məkəzindən təxminən 30 km uzaqlıqda yerləşir. Ümumi səhəsi 170,7 km², quru sahəsi 130,5 km², su sahəsi isə 40 km²-dir. 1964-cü ildə Təyyarə qəzasında ölmüş kosmonavt Teodor Friman və 1967-ci ildə Apollon 1'də baş verən yanğında ölən 3 kosmonavt Qas Qrissom, Edvard Vayt və Rocer Çaffinin adı verilmiş 4 süni ada mövcuddur.
Lonq boğazı
Lonq boğazı — Vrangel adasını materikdən ayırırr. Çukot dənizini Şərqi Sibir dənizi ilə birləşdirir. Uzunluğu 128 km, eninin ən dar yeri 146 km təşkil edir. Dayaz yeri 36 m, ən dərin yeri isə 50 m-dir. İlin böyük hissəsi buzla örtülü olur. Boğazı Amerikan kit ovçusu Tomas Lonqun şərəfinə adlandırılmışdır. O 1867-ci ildə Vrangel adasını kəşf etmişdir. Boğaz ərazisindən Şimal dəniz yolu və 180-ci meridian keçir.
Luz Lonq
Karl Lüdviq (Luz) Lonq - Almaniyanın Berlin şəhərində keçirilmiş 1936 Yay Olimpiya Oyunlarında Almaniyanı təmsil etmiş yüngül atlet və Olimpiya Oyunlarının gümüş medalçısı. == Erkən illəri == 1913-cü ildə Leypsiq şəhərində anadan olmuşdur. == 1936 Yay Olimpiya Oyunları == == İkinci dünya müharibəsi illərində == == Populyar mədəniyyətdə == 2016-cı ildə rejissor Stiven Hopkins tərəfindən çəkilən 1936-cı ildə Berlində keçirilmiş Yay Olimpiya Oyunlarınının 4 qızıl medalçısı məşhur afroamerikalı yüngül atlet Cessi Ouensin həyatından bəhs edən "Yarış" bioqrafik filmində onun Luz Lonqla olan mübarizəsi təsvir olunmuşdur. Filmdə Luz Lonq rolunu aktyor David Kross canlandırmışdır.
Ronq adası
Ronq adası (khm. កោះរ៉ុង) — Siam körfəzində yerləşən Kambocaya məxsus olan ada. Ada turizm şəhəri olan Sianuvildən 25 km aralıda qərarlaşır. Adanın mənası kambocadan tərcümədə mağara və ya tunel məbasını verir. Bununla belə bəzi yerli əhalinin nümayəndələri Ronq isminin tarixi qəhrəmanın adı olmasını deyirlər. Qədim kxmer dilində isə Ronq sözü saxlanc yeri mənasınl verir. Ronq adası inzibati cəhətdən Preasianuk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 78 km² təşkil edir. 61 km sahil xəttinin 43 kilometri çimərlikdir. Son zamanlar adanı xaricilər daha tez-tez ziyarət edir.
Ronq çayı
Rong çayı (çin. 融江, Róng Jiāng) — Çinin Quansi əyalətindəki çay. Çay Sanjianq və Ronqşui şəhərlərindən keçir. Lonqşenq qəsəbəsi ətrafındakı çay vadisinində çaydakı ənənəvi taxta evlərdə yaşayan çjuanlar məskunlaşmışdır.
Sonq Donqlun
Sonq Donqlun (d. 28 aprel 1991) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sonq Donqlun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sonq Donqlun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Hon Kong
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Pong
Pong – ilk videooyunlardan biri. Pong 2D (ikiölçülü) qrafikə sahib stolüstü tennis oyunudur.Computer space kimi videooyunlarından daha sonra çıxmasına baxmayaraq Pong papulyarlıq qazanan ilk videooyunlarından biridir.Məqsəd masa tennisi oyununda daha yüksək xal qazanaraq rəqibi məğlub etməkdir. Birinci nəsil oyun konsolları üçün nəzərdə tutulmuş oyun, Atari firması tərəfindən 1972-ci ildə orjinal olaraq satışa çıxarılıb.Allan Alcorn tərəfindən Atari-nin həmtəsisçisi Nolan Bushnell tərəfindən ona verilən bir məşq olaraq yaradılan ilk arcade videooyunlarından biri idi. Bushnell, oyunun konsepsiyasını ilk ev videooyun konsolu olan Magnavox Odyssey-ə daxil olan elektron bir stolüstü tennis oyununu əsas götürdü. Buna cavab olaraq, Magnavox daha sonra Atari'yi patent pozuntusuna görə məhkəməyə verdi. Bushnell və Atari-nin həmtəsisçisi Ted Dabney, Alcorn-un işinin keyfiyyətinə təəccübləndilər və oyunu istehsal etməyə qərar verdilər.
King Kong (film, 2005)
Awesome Kong
Kia Michelle Stevens (4 sentyabr 1977) — Amerika peşəkar qadın güləşçisidir. Geniş quruluşu və davamlılığı ilə diqqəti cəlb etdi. WWE Raw Kharma adlı əlavə bir rəqib olaraq tədbirin bir hissəsi idi. Professional Güləş Liqasında 2002-də debüt etdi. TNA Təsnifat Güləşçiləri Yaponiya və ABŞ qarşılaşmaları zamanı "Zəhmli Kong" adı ilə tanınan nəhəng bədən güləşçisi, ayaqları arasındakı yerə zərbə endirən "Zəhmli Bomba" hərəkəti ilə məşhurdur. TNA dövründə bir komanda olaraq güləşçi və menecer Melissa Anderson ilə bir araya gəldi. Zəhmli Kong 25 May 2019 yeni AEW ilə müqavilə imzaladı.
Bəndər-Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Alex Song