PİNƏÇİLİK
PİNQVİN
OBASTAN VİKİ
Liu Pinq
Liu Pinq (1 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Liu Pinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Liu Pinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Çu-Ponq massivi
Çu-Ponq massivi — Vyetnamın Mərkəzi plato ərazilərində, Kambocaya qədər uzanan mürəkkəb topoqrafiyası, dərələri və meşələri olan massiv. Çu-Ponq Zyalay çayının şimalında, Ya-Krel çayının cənubunda yerləşir və Vyetnamın Çu-Pronq rayonunda yerləşir.Çu-Ponq massivi 1965-ci ildə Vyetnam müharibəsi zamanı Ya-Dranq döyüşünün yeri idi.
Ölümcül pinq hücumu
Ölümcül pinq hücumu — 1990-cı illərdə Unix, Linux, Mac, Windows, şəbəkə printerləriu və marşrutizatorlar daxil olmaqla müxtəlif əməliyyat sistemlərində və şəbəkə qurğularında yayılmış DoS hücum növüdür, hazırda əksər sistemlərdə bu problem aradan qaldırılıb. Uzunluğu 65 535 baytdan böyük ICMP-paketin göndərilməsi kompüterin şəbəkə stekini dolduraraq kompüteri çökdürmək mümkündür. Bu uzunluqda paketi şəbəkədə bir dəfəyə göndərmək olmur, ona görə onu hissələrə (fraqmentlərə) bölüb göndərirlər. Windows-da olan pinq proqramı paketləri asanlıqla fraqmentləşdirdiyi üçün bu hücum növü belə adlandırılmışdı. == IPv6-da ölümcül pinq hücumu == 2013-cü ildə Microsoft Windows-da ölümcül pinq hücumunun IPv6 versiyası aşkar edilmişdir. Bu boşluq 2013-cü ilin avqust ayında MS13-065 səviyyəsində müəyyən edilmişdir. CVE-ID bu boşluq üçün CVE-2013-3183-dur. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.

Digər lüğətlərdə

дугови́дно кривля́ка Кроншта́дт набура́вить обми́н перемола́чиваться полуме́сяцем костю́мный по́хотник пэтэу́шный ря́вкнуть скепти́чный тре́тий шевро́вый Додон birch castilian cockalorum crustated degu obscure opalescent каюр усы электронагревательный