QONQ

is. [ ing. ]
1. Metal disk şəklində zərbli musiqi aləti.
2. İdman yarışının başlanmasını bildirən siqnal.
QONKA
QONMA
OBASTAN VİKİ
Luis de Qonqora
Luis de Qonqora (isp. Luis de Góngora y Argote, 11 iyul 1561–23 may 1627)— İspaniya şairi, barokko üslubi cərəyanının banisi. == Həyatı == XVII əsr ispan ədəbiyyatında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de Qonqora-i-Arqote olmuşdur. Servantes onu "nadir və təkrarolunmaz bir dahi" adlandırmışdır. Qonqora öz orijinal poeziyası ilə barokko ədəbiyyatında qonqorizm, kultizm, kulterianizm adları ilə səciyyələnən bir cərəyanın yaranmasına səbəb olmuşdur. O, 1561-ci ildə Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. Atası Fransisko de Arqote Kordova şəhər hakimi idi. İlk təhsilini şair evdə almış, Salamanka universitetində oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan dillərini mükəmməl bilməsi və aristokratlığı ona kömək etmir.
QONQO
QONQO (ing. GONGO) — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" (ing. Government-Organized (və ya Operated) Non-Governmental Organization) ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır. Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.. Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.
Qonqurdağ
Qonqurdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı ilə onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2770 m. Qonur formasında da qeydə alınmişdir. Coğrafi ad qonur sözünün qədim “nq” qovuşuq səsli formasıdır. Dağın adı vulkan mənşəli olmasına görə qonura çalan şlakin rəngi ilə bağlıdır. Oronim qonqur (qonur) və dağ komponentlərinin birləşməsindən düzəlmişdir.
Qonqurtay
Qonqurtay — Çingiz xanın soyundan gələn şahzadə və Elxanilər dövlətinin Anadoludakı canişini. Hülakü xanın Xitay tayfasından olan kəniz arvadından dünyaya gələn Qonqurtay birbaşa taxta iddia edə bilməmişdir, lakin hərbi və siyasi istedadına görə Elxanilər dövlətinin idarə olunmasında mühüm şəxslərdən olmuş, Əhməd Təkudarın 1282-ci ildə hakimiyyətə çıxmasında, onun Arqun tərəfindən 1284-cü ildə devrilməsi kimi hadisələrdə mühüm rol oynamışdır. Dövlət daxilində seçildiyi bir digər məsələ isə uzun müddət Elxanilər dövlətinin Anadolu canişini vəzifəsini yerinə yetirməsidir. == Həyatı == Qonqurtay Hülakü xanın Xitay tafasından olan kənizi Açuça Aquçi ilə olan izdivacından dünyaya gəlmişdi. Qonqurtay Hülakü xanın doqquzuncu oğlu idi və qardaşı Abaqanın hakimiyyəti dövründə əsas komandanlardan biri olaraq fəaliyyət göstərmişdi. O, iki dəfə Elxanilər dövlətinin Anadolu canişini olaraq təyin edilmiş, birinci canişinliyi Abaqa, ikincisi isə Əhməd Təkudar xan dövründə olmuşdur. Onun qışlağı Tokat yaxınlığındakı Kazova düzü, canişinliyinin mərkəzi isə Kayseri idi. == Anadoludakı canişinliyi == Qonqurtay 1277-ci ildə baş vermiş Əlbistan döyüşündən sonra Anadoludakı monqol ordusunun komandanı, Şəmsəddin Cüveyni də ona vəzir təyin edilmişdir. Bu təyinat zamanı ona Rum Səlcuqlu Sultanlığına qarşı üsyan qaldırmış türkman tayfalarına qarşı da mübarizə aparmaq tapşırılmışdı. O, Səlcuqlu taxtına iddia edən Cimrini təqib etmiş və onun himayədarları olan Qaramanlılara hücum etmişdir.
Miroslava Qonqadze
Miroslava Vladimirovna Qonqadze (ukr. Мирослава Володимирівна Гонгадзе;19 iyun 1972, Berejanı[d], Ternopil vilayəti) — Hazırda ABŞ-da yaşayan ukraynalı jurnalist. Həyat yoldaşı, jurnalist Georgi Qonqadze 2000-ci ildə qaçırılaraq öldürülüb. O vaxtdan o, Ukraynada mətbuat azadlığını və jurnalistlərin təhlükəsizliyini müdafiə edən, tanınan ictimai xadimə çevrilib. Həyat yoldaşının öldürülməsi ilə bağlı ədalətin bərpa edilməsi məsələlərindəki mübarizəsini davam etdirir. == Həyatı == Miroslava Vladimirovna Petrişin 19 iyun 1972-ci ildə Berejanıda (Ukrayna SSR-in Ternopil vilayəti) anadan olub. O, Lvov Universitetində mülki hüquq üzrə magistr dərəcəsi alıb (1997-ci ildə bitirib) və 1990-cı illərin əvvəllərində yerli özünüidarəetmə orqanlarında hüquq məsləhətçisi işləyib. 1990-cı illərin əvvəllərində Miroslava Petrışin Ukrayna siyasəti və jurnalistika sahsində görünməyə başlayıb. 1993-cü ildə Post-Postup jurnalının "İnformasiya" şöbəsinin mütəxəssisi vəzifəsində çalışıb. 1994 və 1995-ci illərdə “Yeni dalğa” (ukr.

Digər lüğətlərdə