Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Euphorbia hooveri
Euphorbia hooveri (lat. Euphorbia hooveri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Devid Hoces
Devid Holl Hoces (ing. David Hall Hodges) 60 milyondan çox albomu satılaraq uğur qazanmış Amerikalı mahnı yazar, produser və bəstəkardır. O həmçinin Evanescence qrupunun keçmiş üzvü olub. Qrupdan ayrıldıqdan sonra şəxsi karyerasını davam etdirən Devid özünün Trading Yesterday qrupunu yaratdı, sonradan isə o, Avox, və Arrows to Athens qruplarının üzvü kimi fəalyyət götərdi. == Karyera == === 1999-2002: Evanescence === Devid 1999-cu ilin sonlarında Evanescence qrupuna qatıldı və Origin adlı ilk CD-lərini hazırladılar. Ardınca Fallen adlı albomlarını satışa çıxartdılar. İlk sinqlları olan Bring Me to Life Billboard Top 40 başda olmaqla bir çox çartlarda birinci pilləyə yüksəldi. 2003-cü ilin mart ayında işıq üzü görən Fallen albomu həftələr ərzində 16 milyondan çox satılaraq böyük bir uğura imza atdı. 2004-cü ildə Devid qrup ilə birgə Qremmi mükafatının Ən Yaxşı Rok və Ən Yaxşı Artist nominasiyaları üzrə qalib oldu. === 2003-2007: Trading Yesterday vəThe Age of Information === Fallen-dən sonra Devid qrupu tərk etdi.
High Hopes
"High Hopes" (azərb. Böyük ümidlər‎) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır. Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Hoods Entertainment
Hoods Entertainment (フッズエンタテインメント, Fuzzu Entateinmento) — Yaponiya animasiya studiyası. == İşləri == Aki Sora (OVA, 2009) Aki Sora ~Yume no Naka~ (OVA, 2010) The Qwaser of Stigmata (Anime serialı, 2010) The Qwaser of Stigmata : Portrait of the Empress (OVA, 2010) Manyū Hiken-chō (anime serialı, 2011) The Qwaser of Stigmata II (anime serialı, 2011) Mysterious Girlfriend X (anime serialı, OVA, 2012) BlazBlue Alter Memory (anime serialı, 2013) Fantasista Doll (anime serialı, 2013) Rescue Me!
Joseph Dalton Hooker
Cozef Dalton Huker (ing. Joseph Dalton Hooker; 30 iyun 1817[…] – 10 dekabr 1911[…] və ya 1911) — ingilis botaniki və səyyahı. == Bioqrafiyası == 1844–1859: Flora Antarctica: the botany of the Antarctic voyage. 3 vols, 1844 (general), 1853 (New Zealand), 1859 (Tasmania). Reeve, London. 1846–1867: Handbook of the New Zealand flora 1849: Niger flora 1849–1851: The Rhododendrons of Sikkim-Himalaya 1854: Himalayan Journals, or notes of a naturalist, in Bengal, the Sikkim and Nepal Himalayas, Khasia Mountains … 1855: Illustrations of Himalayan plants 1855: Flora indica, with Thomas Thomson 1858: with George Bentham, Handbook of the British flora. ("Bentham & Hooker") 1859: A century of Indian orchids 1862–1883: with George Bentham, Genera plantarum 1870; 1878: The student's flora of the British Isles. Macmillan, London. 1872–1897: The flora of British India 1898–1900: Handbook to the Ceylon flora 1904–1906: An epitome to the British Indian species of Impatiens == Çap olunmuş əsərləri == Hooker J. D. On the flora of Australia: Its origin, affinities, and distribution, being an Introductory essay to the Flora of Tasmania. — L.: Lovell Reeve, 1859 (ing.) Hooker J. D. On the origin and distribution of species: Introductory essay to the Flora of Tasmania // American Journal of Science and Arts.
Obergefell v. Hodges
Obergefell v. Hodges — ABŞ Ali Məhkəməsinin ABŞ Konstitusiyasına on dördüncü düzəlişi əsas tutaraq bütün ölkə ərazisində eynicinsli evliliklərin leqallaşdırılması haqqında qərar verdiyi işdir. Tanco v. Haslam (Tennesi), DeBoer v. Snyder (Miçiqan), Bourke v. Beshear (Kentukki) adlı oxşar məzmunlu digər üç işlə dəstəklənən Obergefell v. Hodges işində eynicinsli evlilikləri qadağan edən dövlət qanununa yenidən baxılmışdır. Məhkəmə iş üzrə qarşı tərəfin arqumentlərini 28 aprel 2015-ci ildə dinləmişdir. 26 iyun 2015-ci ildə isə ABŞ Ali Məhkəməsi son qərarını açıqlayıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.
William Jackson Hooker
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.
Poloves-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili. Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев.
Sky Living Loves
«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir. 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər. 25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Black Holes and Revelations
Black Holes and Revelations — İngiltərə rok qrupu Muse-un dördüncü studiya albomu. 3 iyul 2006-cı ildə Warner Bros. Records və Helium-3 tərəfindən buraxılıb.
This Is How Tomorrow Moves
This Is How Tomorrow Moves — İngiltərə müğənnisi Beabadoobee-nin üçüncü studiya albomu. 16 avqust 2024-cü ildə Dirty Hit tərəfindən buraxılacaq. Albomdan ilk sinql "Take A Bite" mayın 9-da işıq üzü görüb.
When a Man Loves a Woman
"When a Man Loves a Woman" (azərb. Kişi qadını sevəndə‎) — Persi Slecin mahnısı. Mahnı Kelvin Lüis və Endrü Rayt tərəfindən yazılıb. Slec sinqlı 17 fevral 1966-cı ildə Alabama ştatının Şeffild şəhərində yerləşən Norala Sound Studio səsyazma studiyasında yazdırıb. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb. "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.
Cinsi həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Gizli həvəs (film, 2013)
"Gizli həvəs" (fr. Adore) — Avstraliya və Fransa dram janrında film. Rejissor Enn Fontendir. Film, britaniyalı yazıçı Doris Lessinqin "Nənələr" adlı novellasının ekranizasiyasıdır. == Məzmun == Yeni Cənubi Uels, Roz, onun əri Harold və oğlu Tom dəniz sahilində yaşayırlar. Dul olan Lil, oğlu İen ilə yaxınlıqda yaşayır. Roz və Lili ən yaxın dostlardır, buna görə də Tom ilə İen yaxın dostluq edirlər. Harold arvadından gizli olaraq ona Sidneydə təklif olunan işdə işləməyə razılıq verir. Amma sonra o ona bu iş barədə danışır və onun razılığını gözləyir, amma Roz tərəddüd içərisindədir. İen və Roz cinsi əlaqəyə başlayırlar.